Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4039/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı “əmlaka zərər dəyməsinin qarşısının alınması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, maddi ziyan, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(105)356/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,065 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Qonşuluqda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi X1 və istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə yaşadığı Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi 249 saylı evin həyətində olan tut ağacını kökündən yerdən öz hesabına çıxarılması vəzifəsinin qoyulması, cavabdehin iddiaçının fərdi yaşayış evindən təx minən 20-25 məsafədə qanunla nəzərdə tutulmuş hər hansı bir müvafiq icazəsi olmadan işlətdiyi emalatxananın fəaliyyət göstərməsinin sağlamlıq və istirahət hüququnun pozulmasına səbəb olduğu üçün dəmirçi emalatxanasının fəaliyyət göstərməsinin qarşısının alınaraq dayandırılması, cavabdehə fərdi yaşayış evinin həyətlərinin giriş qapılarının qarşısında yerləşən ümumi istifadədə yolda özünün mülkiyyətində və ya sahibliyində olan avtonəqliyyat və digər texniki vasitələrin (traktor və s.) mütəmadi olaraq saxlamağı qadağan olunması, cavabdehdən 1200 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 2200 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddi açının mülkiyyətində olan torpaq sahəsi hər 4 tərəfdən 40 sm. qalınlığında mişar daşı ilə hasarlanmış, həyətə aqlay döşənmişdir. Evin sağ tərəfindəki həyət və həyətin içərisində tikilmiş fərdi yaşayış evi cavabdeh X4 məxsusdur. X3 həyəti ilə iddiaçının həyətinin arasındakı daş hasarı iddiaçı öz vəsaiti hesabına tikmiş və cavabdeh hasarın tikilməsinə heç bir vəsait xərcləməmişdir. Cavabdeh hasarın dibindən tut ağacı əkmiş, ağac dərin kök salaraq qalınlığı 40 sm olan daş hasarı yerindən çatlatmış və hasar uçmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Tut ağacının kökləri hasarın altı ilə iddiaçının həyətinə doğru inkişaf edərək, həyətə döşənilmiş aqlay daşlarını dağıtmış, nəticədə iddiaçıya xeyli miqdarda zərər dəymişdir. Bundan başqa, tut ağacının budaqları iddiaçının həyətinin bir hissəsinə düşdüy ündən, ağacın meyvələri yaz-yay aylarında yer örtüyünü korlayır, payız-qış aylarında isə ağacın yarpaqları və həşəratların sürfələri həyəti zibilləyir. Bu ağaca görə iddiaçı həyətinin bu hissəsindən demək olar ki, istifadə edə bilmir. Tut ağacı baxımsızlıq ucbatından uzanmış, ağacın budaqlanaraq kəsilməsi lazımdır. Hər gün iddiaçı və ailə üzvləri ağacın həyətə tökdüyü zibilləri yığırlar. Eyni zamanda, ağac evin işıqlanma rejimini pozur. İddiaçı, dəfələrlə cavabdehdən ağacın kötüyünün kəsilməsini, budaqlarının budanmasını tələb etsə də, buna əhəmiyyət verməmişdir. Yay aylarında ağacın yetişmiş meyvələri yerin örtüyündə şirə təbəqəsi yaradaraq həyəti anti-sanitar vəziyyətə salır, həşərat və üfunət əlindən həyətə çıxmaq mümkün olmur. Yerə düşən meyvənin turşuması nəticəsində həyətdə olan üfun ətdən pəncərələri açmaq olmur. Ağac böyüdükcə kötüyü həyət divarını və asfalt örtüyünü parçalayır. Eyni zamanda, ağacın kötüyü kanalizasiya xəttini bağlayır. Kanalizasiya bağlanmasın deyə kötüklərini təmizləmək məcburiyyətində qalırlar. İddiaçı bununla bağlı, Abşeron rayon Masazır bələdiyyəsi və Ekologiya İdarəsinə müraciət etsə də, həmin qurumlar evin xüsusi mülkiyyət olduğuna görə tədbir görə bilməyəcəklərini bildirmişlər. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evindən təxminən 20-25 məsafədə qanunla nəzərdə tutulmuş hər hansı bir müvafiq icazəsi olmadan dəmirçi emalatxanası işlədir. Həmin emalatxanada metal məmulatlarla işlənən zaman, daha doğrusu metal məmulatlar cilanalan zaman onun hisi, pası, tozu, həmin emalatxanada metal məmulatların hazırlanmasında istifadə olunan lak və boya materiallarının qoxusu bütün ətrafı, o cümlədən yaşadığı evi bürüyür. Həmin yoldan keçmək və evdə oturmaq olmur, insan sağlamlığına, xüsusi ilə də tənəffüs yollarına olduqca mənfi təsir edir. Bundan başqa, həmin emalatxanada metal məmulatlarla işlənən zaman yaranan səs-küy narahatçılığa səbəb olur və bu da iddiaçının konstitusiya ilə nəzərdə tutulmuş istirahət hüququnun pozulmasına səbəb olur.
5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02 iyul 2021-ci il tarixli rəyinə əsasən, cavabdehin yaşadığı fərdi yaşayış evinin həyətində olan tut ağacının kökləri iddiaçıya məxsus fərdi yaşayış evinin həyətinin hasarının çatlamasına və həyətin döşəməsinin aqlay daşlarını dağıtmasına səbəb olduğu, iddiaçının faktiki istifadəsində olan to rpaq sahəsinin sərhəd hasarında və döşəməsinə vurulmuş aqlay daşlarının üzərində mövcud olan qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 330 manat məbləğində müəyyən edilmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)-1333/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Kazımov) iddia qismən təmin edilmiş, cavabdeh X2 İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarında və döşəməsinə vurulmuş aqlay daşlarının üzərində mövcud olan qüsurların (çatların) aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinə 330 manat məbləğində çəkiləcək xərcin alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavab dehin üzərinə yaşadığı Abşeron rayonu, evin həyətində olan tut ağacını kökündən öz hesabına çıxarılması vəzifəsinin qoyulması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cavabdehin həyətində bitən tut ağacının uzanan kökləri iddiaçıya ziyan vurmuşdur. Lakin, iddiaçı cavabdehə xəbərdarlıq etdikdən sonra, cavabdeh məhkəmənin gedişatı zamanı ağır texnika vasitəsini öz həyətinə salaraq həmin ağacın köklərini çıxarmış və bu hal məhkəməyə təqdim olunmuş foto şəkillərlə öz təsdiqini tapmışdır. Bununla yanaşı qanunun tələbinə əsasən, gələcəkdə çıxıntılı budaqlar və uzanan köklər cavabdehin mülkiyyətinə ziyan vurarsa onları kəsib özündə saxlaya bilər.
8. Məhkəmə iddia tələbinin “cavabdehin fərdi yaşayış evindən təxminən 20-25 məsafədə qanunla nəzərdə tutulmuş hər hansı bir müvafiq icazəsi olmadan işlət diyi və həmin emalatxananın fəaliyyət göstərməsi sağlamlıq və istirahət hüququnun pozulmasına səbəb olduğu üçün qeyd olunan dəmirçi emalatxanasının fəaliyyət göstərməsinin qarşısı alınaraq dayandırılması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, məhkəmənin təklif etməsinə və cavabdehin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı onun yaşadığı evdən 20-25 metr aralıda yerləşən sözügedən emalatxananın cavabdeh tərəfindən müvafiq icazə olmadan işlədilməsi, məhkəməyə qədər hərəkətlərə riayət olunmadığından, həmin emalatxananın fəaliyyətinin onun sağlamlıq və istirahət hüququnu pozması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia tələbi bu hissədə iş materialları ilə də təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, idd ia tələbi bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir.
9. Həmçinin məhkəmə iddia tələbinin “cavabdehə iddiaçıya məxsus fərdi yaşayış evinin həyətlərinin giriş qapılarının qarşısında yerləşən ümumi istifadədə olan yolda özünün mülkiyyətində və ya sahibliyində olan avtonəqliyyat və digər texniki vasitələrin (traktor və sair) mütəmadi olaraq saxlamağın qadağan olunması” hissəsinə münasibətdə qeyd etmişdir ki, hər bir şəxsin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat və digər texniki vasitələrlə digər şəxslərin və qonşuların hüquqlarını pozmadan ümumi istifadədə olan yoldan istifadə etmək hüququ vardır. Lakin, məhkəmə baxışı dövründə cavabdeh X1 olan traktorun ümumi istifadədə olan yoldan çıxardığı müəyyən olunmuşdur.
10. Məhkəmə iddia tələbinin “cavabdehdən 1200 ma nat məbləğində maddi ziyanın iddiaçının xeyrinə ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona dəymiş maddi zərərin 1200 manat olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hasarında və döşəməsinə vurulmuş aqlay daşlarının üzərində mövcud olan qüsurların (çatların) aradan qaldırılması üçün dəymiş zərərin məbləği 330 manat təşkil edir. Ona görə də iddia bu hissədə qismən təmin edilərək dəymiş maddi zərərə görə 330 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Bundan əlavə, məhkəmə “cavabdehdən 1000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsində əsassız hesab etmişdir. Qanunvericinin mövqeyinə görə, mə nəvi zərərin vurulmasını iddia edən tərəf bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni və cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 6, 21.1, 21.2, 152.1, 152.5, 157.4, 170.1, 170.2, 174.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi t əcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)-1333/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya icraatı zamanı ünvan 2 ünvanında fəaliyyət göstərən cavabdehə məxsus dəmirçi emalatxanasından ətraf mühitə atılan səs-küy, toz, kimyəvi qaz və vibrasiyanın yol verilən norma daxilində olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrome trologiya Xidmətinə həvalə edilmişdir. Xidmətin mütəxəssisləri tərəfindən 03 fevral 2022-ci ildə aparılmış monitorinq nəticəsində təyin edilən səs-küyün səviyyəsinin, vibrasiyanın ətraf mühit üçün yol verilən hədd daxilində olduğu müəyyən edilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(105)-356/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)-1333/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübu t edə bilməmiş, öz dəlillərinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(105)-356/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 125-ci, Mülki Məcəllənin 157.4, 170.2, 171.1, 174.1, 1096.1-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 101.6-cı maddələrinin pozulması ilə qəbul edilmi şdir. Belə ki, apellyasiya işin hallarını tam araşdırmamış, tut ağacının çıxıntılı budaqlarının və köklərinin kəsilməsinin mümkün olmamasını, cavabdehin həyətində bir neçə tut ağacının olmasını və kəsildiyinin, kökünün çıxarılmasının fotoşəkilləri təqdim olunduğu tut ağacının iddiaçının kəsilməsi tələb etdiyi ağac olmadığını nəzərə almamışdır. Həmçinin məhkəmə emalatxananın fəaliyyətinin dayandırılmasına dair tələbi araşdırmamış, həmin tələb üzrə ekspertiza keçirməmiş, Milli Hidrometrologiya Xidmətinin əməkdaşları monitorinq keçirən zaman cavabdehin dəmir məmulatlarını içəri yığdığını, çöldə iş görmədiyini nəzərə almamışdır. Daha sonra cavabdeh istifadəsində olan traktoru müvəqqəti olaraq ərazidən çıxarmışdır. İddiaçıya vurulmuş ziyan düzgün müəyyən olunmamışdır.
19. Kassasiya şikayətinə A zərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsas ən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başq a maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını poz an) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 24. “Mənəvi zərərin ödənilməsi barədə qanunveric iliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabər liyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müay inə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən Milli Hidrometrologiya Xidmətindən mütəxəssis rəyi alınmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
28. Məhkəmə kollegiy ası qeyd edir ki, hazırki iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.
29. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
30. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
31. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının aydınlaşdırılmaması ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir.
32. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 15 mart 2022-ci il tarixli, 2(105)-356/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.