Məhkəmə qərarları › İş №2(012)-5040/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5040/2020

07.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5040/2020 07.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi E.Məmmədov İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı” İB-yə vurulmuş 2537 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2567 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə sözügedən mülki işin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixinə məhkəmə hazırlıq iclasına təyin edilmiş və həmin tarixdə də sözügedən mülki işin baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Balakən rayon məhkəməsinin hakimi qərardadında Cavabdeh məxsus daşınmaz əmlakın Abşeron rayonu ərazisində yerləşməsini əsas götürüb AR MPM-in 39.1-ci maddəsinə, həmçinin istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı AR MPM-in 36.9-cu maddəsinə istinad edərək hesab etmişdir ki, hazırkı mülki işə aidiyyəti üzrə Abşeron rayon məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Balakən rayon məhkəməsi icraatında olan 2(019)-946/2020 saylı mülki işi Abşeron rayon məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsində göstərilmişdir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi hazırkı iddia tələbi qanunsuz qoşulma ilə bağlı itirilmiş qaz sərfiyatına görə vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan AR MPM-in 39.1-ci maddənin təsiri altına düşmür, qeyd olunan maddənin iddia tələbi ilə heç bir əlaqəsi yoxdur, həmin maddənin məzmununa və tələbinə uyğun deyildir. Bundan başqa AR MPM-in 36.9-cu maddəsinə də istinad olunaraq mülki işin Abşeron rayon məhkəməsinə göndərilməsi işin faktiki halları ilə uyğunluq təşkil etmir. Belə ki, iddia ərizəsi istehlakçı tərəfindən yox, «İddiaçı» İstehsalat Birliyi tərəfindən qaldırılmışdır ki, bu da istehlakçı hüquqlarının pozulması ilə bağlı deyildir. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti institutu bu təminatlardan biridir. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Balakən rayon məhkəməsi əsassız olaraq işi baxılması üçün Abşeron rayon məhkəməsinə göndərmişdir ki, bu da məhkəmələr arasında fikir ayrılığı yaradır. Məhkəmələr arasında fikir ayrılığı olduğundan Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən məhkəmə hesab edi ki, ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasınının müəyyən edilməsi üçün mülki iş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinin tələbinə görə, məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğundan Azərbaycan Respublikası MPM-in 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasınının müəyyən edilməsi üçün mülki iş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. HAKİM: E.T.Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar