Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5068/2020 14.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki halda məhkəməyə daxil olmuş iddia ərizəsində Cavabdeh2 Abşeron rayonu ərazisində qeydiyyatda olması barədə heç bir sənəd yoxdur. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 89.1 və 89.3-cü maddələrinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işguzar yazışmalar və sair sənəd və materiallar sayılır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir. Həmin Məcəllənin 149.2.5, 150.0 və 150.0.5-ci maddələrinin məzmununa əsasən ərizəyə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, yəni qeyd edildiyi kimi onların əsilləri və ya qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Lakin iş materiallarını nəzərdən keçirərkən iddia ərizəsinə əlavə edilmiş sənədlərin qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş surətlərinin əlavə edilməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Hazırki halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dairiddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35.1,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-5068/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5068/2020
14.12.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver