Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5169/2023 16.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Məhəmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq 220 manat sabit pul məbləğində alimentin və Mediasiya prosessinin keçirilməsi üçün onun tərəfdən ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəfərova X6 Sahib Məmməd oğlu ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh ilə münasibəti əvvəllər yaxşı olmuş lakin sonradan cavabdeh ona və övladına qarşı laqeyd yanaşmış, süni şəkildə davalar salaraq münasibətlərini pozmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)- 2934/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu il tarixdə Bakı şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 794 saylı nikah qeyd ləğv edilmişdir. Birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 onun himayəsinmdə saxlanılmışdır. Hal-hazırda cavabdeh övladına qarşı olan öhdəliklərini yerinə yetirmir və cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşağın maddi ehtiyaclarını qarşılamaqdan boyun qaçırır. Birgə nikahdan olan uşaq azyaşlı olduğundan heç bir yerdə çalışa bilmir və ona başqa baxacaq bir digər şəxs yoxdur. Bu da iddiaçının maddi sıxıntılara düşməyinə və uşağın müəyyən xərclərini qarşılamağa yetmir. Cavabdehin övladına qarşı olan biganə münasibətini, uşağa faktiki anasının baxmasını, onun bütün maddi xərclərinə olan ehtiyacılamı ödəməyini də nəzərə alaraq cavabdeh ilə birgə nikahlarından doğulmuş övladı X1 üçün aliment cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Məhəmməd oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, uşağın saxlanılması üçün hər ay 150 manat məbləğində alimenti ödəmişdir. Uşağı ilə maraqlanır, hər dəfə telefon ilə əlaqə saxlayır. İkinci dəfə ailə qurmuşdur. Dövlət işində işlədiyindən başqa işdə də işləyə bilmir. Maddi imkanı aşağı olduğundan uşağın saxlanılması üçün müəyyən edilən 150 manat aliment məbləğini ödəməyə razıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 274151 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Məhəmməd oğlu ilə X5 arasında olan nikah xx.xx.2017-ci il tarixdə pozulmuş, qadına Cəfərova soyadı verilmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİİ № 041883 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 360 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh Məhəmməd oğlu, anası X3r. - Abşeron rayon Məhkəməsinin 29.063.2017-ci il tarixli, 2(012)-2934/2017 saylı qətnaməsinin surətindən görünür ki, X2 iddiası təmin edilmiş, Cavabdeh»Məmməd oğlu ilə X5 arasında bağlanmış, 06 noyabr 2010 -cu il tarixdə Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsində qeydə alınmış 794 saylı nikah qeydi ləğv edilmiş, 07 fevral 2013-cü il tarixdə anadan olmuş X4 anası X2 yanında qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2023-cü ildə yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn azyaşlının mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını təqdim etməməsini nəzərə alaraq, xx.xx.2013-cü il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Cavabdeh Məhəmməd oğlundan İddiaçı хеyrinə Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, yəni, xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq xx.xx.2023-cü il tarixdən başlayaraq hər аy bir uşaq üçün 220 mаnаt sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 112.1.3. maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (220 manat x 12 = 2640 manat) ödənilməli olan 46.4 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Məhəmməd oğlundan xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixdən başlayaraq hər аy bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra olunsun. Cavabdeh Məhəmməd oğlundan dövlət rüsumuna görə 46.4 (qırx altı manat qırx qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov