Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5280/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin və əldə edilmiş qazancdan əsassız faydalanmağa görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin və əldə edilmiş qazancdan əsassız faydalanmağa görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus 6600 ABŞ dolları pulun ödəniləcəyi vaxt milli pul olan manatın ekvivalentinə uyğun məbləğdə, eləcə də məhkəməyə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, ona məxsus pul vəsaitini uzun müddət özündə saxlayıb onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsinin cavabdehdən tələb edilməsi, bu faizlərin miqdarı isə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi ilə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun Cavabdeh ilə uzaq qohumluq münasibəti vardır. 2018-ci ilin sentyabr ayının əvvəllərində cavabdeh ona birgə iş qurub biznes əldə etməyi təklif etmişdir. Sonra onu 10 sentyabr 2018-ci il tarixdə özü ilə birlikdə Gürcüstana aparıb özünün guya Gürcüstandakı şəriki kimi təqdim etdiyi İqor Abulaşvili adlı şəxslə tanış etmişdir. Cavabdehin deməsinə görə Gürcüstan Respublikasında Azərbaycanda istehsal olunan şirniyyat, əsas etibarı ilə peçenye və vafli yaxşı satılır və bu sahəyə pul yatırmaqla yaxşı qazanc əldə etmək olar. Onlar Azərbaycanda yerləşən «Orelay» şirkətindən vafli alaraq Gürcüstanda satışını təşkil etməklə qazanc əldə edə biləcəklərinə dair onu inandırmışlar. Gürcüstandan geri qayıdarkən yolüstü Ağcabədi rayonundakı digər qohumu İlqar Əliyevin evində qonaq olan zaman Cavabdeh onun kimi İlqarı da inandırmışdır ki, Gürcüstandakı işləri yaxşı gedir, odur ki, İlqar da pul qoysa, o da yaxşı gəlir götürə bilər. İlqar da buna razılıq vermişdir. Əvvəlcə Elşadın təklifi ilə İlqar pul düzəldənədək o, Elşadla hər biri 6500 ABŞ dolları pul qoyub Azərbaycanın Ağdaş şəhərindəki «Orelay» şirkətindən 10 ton vafli almaq qərarına gəlmişlər. O, öz payına düşən 6500 ABŞ dollarını 2018-ci ilin oktyabr ayının əvvəllərində Elşada vermiş və Elşad məhsul sifariş etmişdir. Həmin məhsulun satışından 1333 ABŞ dolları ona pul vermiş və cəmi 4000 ABŞ dolları qazanc olduğunu, bunun da 1333 ABŞ dollarını Gürcüstandakı şəriki İqor Abulaşviliyə verdiyini, qalan 1333 ABŞ dollarını özü götürdüyünü bildirmiş, o isə bir söz deməmişdir. Ona qazanc hesabı ilə verilən 1333 ABŞ dolları və maya dəyəri olan 6500 dollarından isə 3000 ABŞ dolları hissə-hissə ona bank vasitəsilə ödənilmişdir. Çeklər isə ondadır. Növbəti dəfə Elşadın təklifi ilə İlqar, Elşad və o, hər biri 5500 ABŞ dolları pul qoyub «Avrora» şirkətindən 20 ton peçenye almalı idilər. Yenə də o və eləcə də İlqar adambaşına 5500 ABŞ dolları pulu Elşada vermiş və məhsulu sifariş etmişlər. Faktiki 19 ton məhsul alınmış, yenə də məhsulun satışını İqor həyata keçirmişdir. Bu məhsulun satışından onlar dörd nəfər olmaqla, yəni İlqar, Elşad, İqor və o, hər biri Elşadın deməsilə adambaşına 1250 ABŞ dolları pul qazanc götürmüşlər. Yenə də ona pul vəsaiti bank köçürməsi yolu ilə daxil olmuşdur. Onun əsas məbləği olan 5500 ABŞ dollarından 3000 ABŞ dolları hissə-hissə göndərilmiş, bu dəfə də 2500 dollar borclu qalmışdır. Pulu ona hissə-hissə göndərdiyi üçün o, təkrar olaraq bir söz deməmişdir. Belə ki, malın orada satılması nəzərdə tutulmuşdur. Sonrakı hesabat zamanı o, artıq 6000 ABŞ dolları pulunun yerində olmadığını və məhsulun vəd olunandan gec satıldığını bilib pul qalığının düzgün olmaması barədə Elşada xəbərdarlıq etmişdir. Elşad narahatlıq üçün əsas olmadığını, mal satıldıqca qalan pulların da gələcəyini bildirmişdir. O, İlqarı Gürcüstana göndərib başa salmışdır ki, İqorla söhbət etsin və real vəziyyəti bilsin. İlqar gedib İqorla söhbət edib öyrənmişdir ki, Elşad hər mal satılanda ümumi qazancdan 1500- 2000 ABŞ dolları pul oğurlayıbmış. O, Elşadla birinci dəfə «Orelay» şirkətindən peçenye götürəndə, cavabdehə Gürcüstanda kişi üçün üzqırxan məhsullarının satışından yaxşı qazanc əldə edilməsinin mümkünlüyünü, belə ki, həmin məhsulların orada satılmadığını bildirmişdir. O, Elşada 600 ABŞ dolları pul vermişdir ki, hələlik qazancı yoxlasınlar. Lakin Elşad bu pulu ondan aldıqdan sonra satdığı üzqırxanın pullarını da özü götürmüş və ona həmin məhsulla bağlı pul verməmişdir. O, artıq Elşadın onu aldatdığını bilib, 2019-cu ilin fevral ayının əvvəllərində Elşaddan pullarının hamısını geri istəmişdir. Elşad tezliklə onunla haqq-hesab edəcəyini vəd etmiş, lakin pullarını geri qaytarmaq əvəzinə, ondan xəbərsiz onun pulu ilə əlavə olaraq iki dəfə, hər dəfə də 20 ton olmaqla peçenye alıb və Gürcüstana aparıb sataraq özünə qanzac əldə etmişdir. Bunu biləndən sonra o, «Avrora» şirkətinə gedib orada ixrac üzrə menecer Cəfər İsayev adlı şəxslə görüşüb söhbət edərkən məlum olmuşdur ki, İlqarla onun nağd olaraq Elşada verdiyi cəmi 11000 ABŞ dolları pulun 3500 ABŞ dollarını özündə saxlamış, həmin şirkətə cəmi 7500 ABŞ dolları pul ödəmiş, öz payına düşən 5500 ABŞ dollarını isə ödəməmiş, həmin şəxsdən nisyə mal götürmüşdür. Elşadın indiyədək həmin şirkətə 4700 ABŞ dolları borcu qalmışdır. Beləliklə, cavabdeh ona cəmi 6600 ABŞ dolları ziyan vurmuşdur. Yəni onun pulunu bu günədək özündə saxlayıb qazanc əldə etmişdir. Bu pulu o, cavabdehdən iki ilə yaxın müddətdir ki, ala bilmir. Ona hər dəfə yalan vədlər verib vaxt uzadır. Onun göstərdiyi faktları həmin hadisələrin şahidi kimi şahid X7 və «Avrora» şirkətinin meneceri Cəfər İsayev təsdiq edə bilər. Beləliklə də, o, cavabdehə birinci dəfə 6500 ABŞ dolları, ikinci dəfə isə 5500 ABŞ dolları, üzqırxan məhsulları alan zaman isə 600 ABŞ dolları pul vəsaiti vermişdir. Peçenyenin satışından hər biri 1400 ABŞ dolları, Ağdaşda yerləşən fabrikdən alınmış vaflilərin satışından isə hər biri 3000 ABŞ dolları gəlir əldə etməli idilər. O, özü bir dəfə X2 bacısı oğlu ilə getmiş, avtomobil almışlar. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Belə ki, o, 2016-cı ilin yay aylarından etibarən 2018-ci ilin ortalarına qədər Azərbaycanda istehsal olunan peçenyələrin Gürcüstanda satışı ilə məşğul olurdu. İddiaçı onun həyat yoldaşının dayısı oğludur. İddiaçıya bizneslə bağlı hər hansı bir iş birliyi təklif etməmiş, əksinə olaraq, iddiaçı özü 2018-ci ildə ona yaxınlaşaraq, onun nə iş gördüyü ilə maraqlanmışdır. O, iddiaçıya gördüyü işlər barədə məlumat vermiş, iddiaçı isə Mərcan broyler şirkətindən ayrıldığını, hazırda işsiz olduğunu və işin halları ilə maraqlandıqdan sonra onun gördüyü işlə məşğul olmaq istədiyini bildirmişdir. O, iddiaçıya peçenyə mövzusunun onun öz işi olduğunu, əlavə nə ilə məşğul olmaq istəyirsə Gürcüstana gedərək nəyə tələbat varsa onu öyrənməyi, ağılabatandırsa məşğul olmağı tövsiyyə etmişdir. Həmçinin, o, iddiaçıya məhsulları keyfiyyətli olan Orelay adlı şokolad fabrikinin olduğunu bildirmişdir. O, iddiaçının avtomaşını ilə Ağdaş rayonunda yerləşən həmin müəssisəyə gedərək, oranın Namiq Ədilov adlı rəhbəri ilə görüşmüş, Gürcüstana aparmaq üçün onlara nümunələr lazım olduğunu bildirmiş, müdirin göstərişi ilə onlara qutularda vafli və karamel məhsullarının nümunələri verilmişdir. Həmin məhsullar iddiaçıda qalmışdır. Sonra onlar, yəni o, iddiaçı və iddiaçının atası avtovağzalda görüşüb, nümunələri avtobusa yükləyərək, Gürcüstana yola düşmüşlər. Tiflis şəhərində onları eyni zamanda Azərbaycan və Gürcüstan vətəndaşı olan İqor Abulaşvili adlı şəxs qarşılamışdır. Həmin şəxs iddia ərizəsində göstərildiyi kimi onun şəriki deyildi, sadəcə onun həmin şəxslə alıcı və satıcı kimi işgüzar münasibətləri vardı. İqor Abulaşvili nümunələri öz avtomaşınına yükləyərək, iddiaçının iştirakı ilə topdan satış məntəqələrinə aparıb məhsulları göstərmişdir. Bakıya qayıtdıqdan sonra iddiaçı özü də məhsullarını Gürcüstanda satmaq üçün şirkətlər axtarmağa başlamışdır. X11 şirkətində olduqları zaman bir nəfərlə tanış olmuşlar, hansı ki, həmin şəxs Gürcüstanda satılması üçün bir dəfə istifadə üçün Blade 3 plus markalı üz qırxmaq üçün lezva nümunələri vermişdir. Həmin lezvaları Gürcüstanda bəyənmişlər. Etiraza əlavə olunmuş pul köçürməsi barədə qəbz və 21.09.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 1 saylı əlavəsindən göründüyü kimi, iddiaçı 1158 manatdan (bu günki ekvivalentlə 681 ABŞ dolları) ibarət olan birinci köçürməsini iddia ərizəsində qeyri-səmimi olaraq, qeyd etdiyi kimi, ona deyil, məhz həmin İmport-R MMC-yə öz əlləri ilə özü etmişdir (Qoşma № 1). Həmin mallar Binə ticarət mərkəzində avtobuslara yüklənilərək Gürcüstana yollanmışdır. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etməyi unutmuşdur ki, həmin 1158 manat dəyərində olan malın 1600 Gürcüstan larisindən (869 manat) ibarət gömrük rüsumları onun tərəfindən ödənilmişdir. Bir müddət sonra iddiaçı bildirmişdir ki, İmport-R MMC-nin əməkdaşı Gürcüstana göndərilən malların yerdə qalan pullarını istəyir. İqor Abulaşvili ilə əlaqə saxlanıldıqda, o, bildirdi ki, malların çox hissəsi satılmır, anbarda qalmışdır. Həmin zaman o, tam zərərə girmədən, bu işdən yarı ziyanla çıxmaq üçün anbarda qalan malı İmport-R MMC-nin Gürcüstandakı nümayəndələrinə geri qaytarmağı təklif etmişdir. Elə də edərək, daha az zərərlə İmport-R MMC ilə münasibətlərə son qoyulmuşdur. Sonra o, iddiaçıya əllərdə qalan malın satışından əldə olunan xeyri iddiaçının götürməsini, bu dəfə ziyana isə özünün getməsini bildirmişdir. Bu, onun iddiaçı ilə iş birliyinin birinci əməliyyatı idi və iddiaçı özü də bu əməliyyatın birinci olduğunu təsdiqləyərək, iddia ərizəsində qeyd etmişdir ki, "üzqırxana görə mən Elşada 600 ABŞ dolları verdim ki, hələlik qazancı yoxlayaq". Lakin xatırladır ki, iddiaçı manat şəklində olan bu pulu ona deyil, birbaşa olaraq şirkətə keçirmişdir. Bir dəfə Gürcüstandan qayıdanda iddiaçı qohumu İlqarın Ağcabədidə olduğunu, yolüstü ona dəyməyi, sonra Bakıya getməyi bildirmişdir. İlqarı o, qohum kimi xeyir-şər işlərindən tanıyırdı, lakin onunla başqa bir əlaqəsi olmamışdır. Ağcabədidə İlqar onları qarşılayaraq evinə qonaq aparmışdır. Söhbət əsnasında o deyil, iddiaçı özü İlqara təklif etmişdir ki, Gürcüstanda belə perspektivli işlər var və onlara qoşulmağı təklif etmişdir. İlqar soruşduqda o, işləri barədə söhbət etmiş, lakin hər hansı bir iş birliyi təklif etməmişdir. Digər tərəfdən İlqarın Ağcabədidə öz işi-gücü var idi. Sonra onlar Bakıya qayıtmış, həmin vaxt, yəni 20.10.2018-ci il tarixdə o, iddiaçı ilə artıq Orelay firmasının istehsalı olan 10 ton miqdarda vafli məhsulunu sifariş etmişlər. Bu əməliyyat üçün 6500 ABŞ dollarını iddiaçı ona deyil, bank köçürməsi vasitəsi ilə İqor Abulaşvilinin şirkətinin hesabına keçirmişdir. İqor Abulaşvili isə onda olan hesabından, yəni dövriyyədə olan onun pullarından 4500 ABŞ dollarını iddiaçının keçirdiyi pulun üstünə qoyaraq, ümumilikdə 11000 ABŞ dollarını Orelay firmasına keçirmişdir (Qoşma № 2). Əlavə olaraq bu əməliyyat üçün o, 2000 ABŞ dolları gömrük xərclərini ödəmiş və 550 ABŞ dolları nəqliyyat xərclərini ödəmişdir. Göründüyü kimi, bu əməliyyat üçün o, iddiaçıdan 550 ABŞ dolları artıq pul xərcləmişdir. İddia ərizəsində qeyd olunduğu kimi, o, iddiaçını heçnəyə inandırmamış, əksinə, bu məhsulu Gürcüstana göndərməmişdən əvvəl iddiaçı ora üç dəfə səfər edərək, İqor Abulaşvili ilə, topdan satış şirkətləri ilə özü görüşmüşdür. İddiaçı İqor Abulaşvili və onun qohumlarının vasitəsi ilə Gürcüstandan avtomaşın da almışdır, yəni iddiaçı sərbəst olaraq, hətta onun iştirakı olmadan İqor Abulaşvili ilə görüşüb işlərini həll edirdi. Lakin iddia ərizəsindən göründüyü kimi, iddiaçı sanki İqor Abulaşvilini tanımamış və yalnız onu tanıyırmış kimi özünü qələmə vermişdir. İddiaçı bu işi özü üçün rəva bilməsəydi bu işə girməzdi və ona bunu heç kim məcbur edə bilməzdi. İddiaçı könüllü olaraq, öz qərarı ilə bu işə qol qoyduğu halda, indi ümumi zərəri yalnız onun boynuna yıxmaq istəyir. İlqarla görüşlərindən bir aya yaxın müddət keçmədən iddiaçı ona artıq İlqarın işdən azad olduğunu, işsiz olduğundan onun da bu işə qoşulmasının mümkünlüyünü soruşmuşdur. İlqarla qohumluq münasibətləri olduğu üçün o, iddiaçının bu təklifini rədd edə bilməmiş, İlqar 30.10.2018-ci il tarixdə öz avtomaşını ilə onları götürmüş və onlar Gürcüstana getmişlər. X5ra Bakıda yerləşən Avrora şirkətindən peçenye sifariş etmək üçün ora pul köçürməsi etmək lazım olduğunu bildirmişdir. İddiaçı isə onun əlində 4000 ABŞ dolları olduğunu qeyd etmişdir. Orada o, İlqara onun özünün bu məsələnin iştirakçısı olduğunu, qoşulub-qoşulmamaq istəyini bildirmişdir. İlqar bildirmişdir ki, əgər onun onlara bir maneəçiliyi yoxdursa qoşulmaq istəyir. Lakin İlqar onun üstündə pul olmadığını bildirmiş, qaynı Elman Rzazadəyə zəng edərək onun evindən 3500 ABŞ dolları götürərək Avrora şirkətinə ödəməsini xahiş etmişdir. İddia ərizəsində yalan olaraq qeyd edilmişdir ki, peçenye əməliyyatı üçün iddiaçı guya ona 5500 ABŞ dollarını əlbəəl vermişdir. Həqiqətdə isə 30.10.2018-ci il tarixdə iddiaçı ona deyil, bank vasitəsi ilə 4000 ABŞ dollarını Avrora şirkətinin hesabına keçirmişdir. (Qoşma 3). Sonra İqor 3-4 gün ərzində Avrora şirkətinə 3500 dollar köçürmüş və o, həmin şirkətdən nağd pulu götürüb, hər birinə 1150 ABŞ dolları olmaqla, üç nəfərin arasında bölmüşlər. 7500 ABŞ dolları qalıq borcu o, iki həftə ərzində bağlamışdır. Lakin onda olan qeydlərə əsasən İqor Abulaşvili iddiaçıya aşağıdakı tarixlərdə göstərilən pul köçürmələrini etmişdir: 1. 13.04.2019-cu il tarixdə 100 ABŞ dolları; 2. 17.04.2019-cu il tarixdə 1000 ABŞ dolları; 3. 18.04.2019-cu il tarixdə 500 ABŞ dolları; 4. 28.06.2019-cu il tarixdə 1000 ABŞ dolları; 5. 13.08.2019-cu il tarixdə 1000 ABŞ dolları (Qoşma 4); 6. 20.08.2019-cu il tarixdə 1000 ABŞ dolları (Qoşma 5); 7. 06.09.2019-cu il tarixdə 990 ABŞ dolları (Qoşma 6); 8. 22.09.2019-cu il tarixdə 1000 ABŞ dolları (Qoşma 7); 9. 31.10.2019-cu il tarixdə 1000 ABŞ dolları (Qoşma 8); 10. 24.12.2019-cu il tarixdə 990 ABŞ dolları; 11. ona məlum olmayan tarixdə 900 ABŞ dolları. 1-ci sırada göstərilən 100 ABŞ dolları üz qırxan lezva əməliyyatdan olan qalıqdır. 2 və 3cü sıralarda göstərilən 500 və 1000 ABŞ dolları İqor Abulaşvilidə iddiaçının rekvizitləri olmadığı üçün iddiaçıya verilməsi üçün onun adına göndərilmişdir. Həmin 1500 ABŞ dollarını iddiaçı 2019-cu ilin aprel ayında onun evinə gələrək, həyat yoldaşının yanında ondan əlbəəl almışdır. Həmin vaxt iddiaçı onun evinə Koreyada yaşayan qohumu ilə gəlmişdir. Yuxarıdakı siyahıdan göründüyü kimi, iddiaçının yatırdığı 11000 ABŞ dollarından ona 9480 ABŞ dolları qaytarılmışdır. Eyni zamanda, Whatsapp sosial şəbəkə proqramı vasitəsi ilə İqor Abulaşvilinin ona yazdığı 02.12.2020-ci il tarixli SMS mətnində belə qeyd olunmuşdur: "Elşad salam. Necəsən? Onlara de ki, mən onların pullarına görə cavabdehəm. Hələ ki, məndə pul yoxdur. Pullar borclarda qalıb. Lakin mən İlqara və Elnara qoyulan puldan qalığı qaytaracam. Yanvar ayından baxacam necə işlər gedəcək. Hazırda Polşadayam, danışa bilmirəm, lakin zəng edəcəm. Vəziyyət yaxşı deyildi, lakin indi düzəlir. Əsəbləşmə (Qoşma 9).” Həmçinin, Whatsapp sosial şəbəkə proqramı vasitəsi ilə İqor Abulaşvilinin ona yazdığı 12.04.2021-ci il tarixli SMS mətnində belə qeyd olunmuşdur: “İlqara və Elnara mən onların pullarını qaytaracam. Qoy bir yaxşı iş tapım. Bu borclar üzündən mən Avropaya gəlmişəm (Qoşma 10).” İddia ərizəsində yalan olaraq qeyd edilmişdir ki, guya iddiaçının onda qalan 6600 ABŞ dolları pul vəsaitini il yarımdır ki, ondan ala bilmir və guya o, hər dəfə quru vədlər verib vaxtı uzadır. Onun iddiaçıya heç bir borcu yoxdur, sadəcə olaraq onlar iş birliyi quraraq, xeyir əldə etmək əvəzinə zərər etmiş, onun etdiyi zərər iddiaçının zərərindən daha çoxdur, iddiaçının tələbi qanunsuz və əsassızdır. Ümumi qəbul olunmuş işgüzar qaydalara əsasən, şəriklər xeyrə şərik olduqları kimi, zərərə də şərik olmalıdırlar. Eyni zamanda, iddiaçı onun özünə olan borcunu isbat edən hər hansı bir sübutu iş materiallarına əlavə edə bilməmişdir. İddiaçının iddia ərizəsində gəlir kimi göstərdiyi məbləğlər əslində gəlir deyil, onun işə yatırdığı pulun geri qaytarılmasıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda, iddia özözlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək Cavabdeh izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Amrahbank ASC-nin 14.08.2019-cu il tarixli kassa məxaric orderindən və ərizədən görünür ki, İddiaçı həmin tarixdə 1000 ABŞ dolları pul vəsaitini İqor Abulaşvilinin hesabına köçürmüşdür. -21.09.2018-ci il tarixdən qaimə-fakturadan görünür ki, İmporter MMC-nin hesabına 3940 manat pul vəsaitindən 1158 manat pul vəsaiti ödənilmiş, 2782.1 manat borc qalığı qalmışdır. -Pul köçürməsinə dair sənədlərdən görünür ki, İddiaçı İqor Abulaşvilinin hesabına 14.08.2019-cu il tarixdə 1000 ABŞ dolları, 06.06.2019-cu il tarixdə 990 ABŞ dolları, 20.08.2019-cu il tarixdə 1000 ABŞ dolları, 09.09.2019-cu il tarixdə 900 ABŞ dolları, 23.09.2019-cu il tarixdə 1000 ABŞ dolları, 03.10.2019-cu il tarixdə 1000 ABŞ dolları, 08.11.2019-cu il tarixdə 1000 ABŞ dolları köçürmüşdür. -Pul köçürməsinə dair sənədlərdən görünür ki, İddiaçı David Abulaşvilinin hesabına 06.09.2019-cu il tarixdə 990 ABŞ dolları, 08.02.2020-ci il tarixdə 1000 ABŞ dolları köçürmüşdür. -Asan1 tərəfindən verilmiş 20.04.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi döngə 2, 33A saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli arayışdan görünür ki, Vahidov X3 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 2-ci küçə 30 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi razılıq əsasında qazanc əldə edilməsi ilə bağlı şərikli biznes münasibətləri yaranmış, əldə olunmuş razılığa əsasən iddaçı tərəfindən yatırılmış pul vəsaitləri hesabına əlavə gəlir əldə edilməli idi. Tərəflər arasında münasibətlər pozulduğundan, iddiaçı vurulmuş maddi zərərin və əldə edilmiş qazancdan əsassız faydalanmağa görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 6600 ABŞ dolları pulun manatın ekvivalentinə uyğun məbləğdə, pul vəsaitini uzun müddət özündə saxlayıb onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsinin cavabdehdən tələb edilməsi, bu faizlərin miqdarı isə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi ilə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərinə əsasən iddiaçı İqor Abulaşvilinin hesabına 14.08.2019-cu il tarixdə 1000 ABŞ dolları, 06.06.2019-cu il tarixdə 990 ABŞ dolları, 20.08.2019-cu il tarixdə 1000 ABŞ dolları, 09.09.2019-cu il tarixdə 900 ABŞ dolları, 23.09.2019-cu il tarixdə 1000 ABŞ dolları, 03.10.2019-cu il tarixdə 1000 ABŞ dolları, 08.11.2019-cu il tarixdə 1000 ABŞ dolları, David Abulaşvilinin hesabına isə 06.09.2019-cu il tarixdə 990 ABŞ dolları, 08.02.2020-ci il tarixdə 1000 ABŞ dolları köçürmüşdür. Sonuncu tərəfindən köçürülmüş pul vəsaitlərinin hesabına alınmış məhsulların satışından iddiaçıya nəzərdə tutulmuş məbləğdə pul ödənişləri edilmədiyindən iddiaçı ümumilikdə 6600 ABŞ dolları pul vəsaitinin Cavabdeh tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər işlərin görülməsi və xidmətlərin göstərilməsi hüquq münasibətlərinə aiddir. Belə ki, iddiaçı 6600 ABŞ dolları pul vəsaitinin ödənilməsi müqabilində alınmış məhsulların satışından gəlir əldə etmək məqsədilə cavabdehlə razılığa gəlmişdir. Lakin məhkəmə tədqiq olunmuş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı ödəniş qəbzlərinə əsasən İqor Abulaşvilinin hesabına pul köçürmüşdür ki, iddiaçının həmin pul vəsaitinin məhz İqor Abulaşvilindən tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə tələb etmək hüququ olmayan şəxsdən pul vəsaitini tələb etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz olunması təklifi irəli sürülsə də, iddiaçı buna razı olmamış, məhkəmə irəli sürülmüş tələblər əsasında iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin: 54.1. maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X4 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan 30 manat ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə də, tərəflər arasında hər hansı bir hüquq münasibəti yaranmadığından və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə iddia tələbini əsassız hesab edilib təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin və əldə edilmiş qazancdan əsassız faydalanmağa görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov