Məhkəmə qərarları › İş №2(012)-5292/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5292/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5292/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatların təkzib edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə cavabdeh tərəfindən 24 iyul 2021-ci il tarixdə İddiaçı (sədr X10) barəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ünvanladığı şikayət ərizəsindəki yaydığı, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları həmin orqanlara ərizə yazılmaqla təkzib edilməsi və üzr istəməsi vəzifəsi qoyulması, Cavabdeh tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatların yenidən yayılmasına qadağa qoyulması, İddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizəsində yaymış olduğu həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsi ilə ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 25000 manat, 30 manat dövlət rüsumu da daxil olmaqla, cəmi 25030 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X6 məhkəmədə iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, "Xalq-City” Mənzil Tikinti Kooperativi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində yerləşən binaların tam qanuni əsaslarla inşa edilməsini həyata keçirir. X10 İddiaçı MTK-nın sədri olaraq kooperativin idarə edilməsi fəaliyyəti ilə məşğul olur. Abşeron rayonu, Xırdalan şəhər sakini Cavabdeh isə 16.10.2019-cu il tarixdə İddiaçı MTK-ya fəhlə ştatına qəbul edilmiş, 12.10.2020-ci tarixdə isə öz xahişi ilə işdən azad edilmişdir. Belə ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Quba avtomagistralının 15-ci kilometrliydə çoxmərtəbəli yaşayış binasının "xxxx" blokunun inşası zamanı MTK-nın fəhləsi Cavabdeh 18.09.2020-ci il tarixdə təxmini olaraq saat 16:15 radələrində rəhbərliyə heç bir məlumat vermədən iş yerini özbaşına tərk edərək çıxıb getmişdir. Bu barədə həmin gündə tərəflərindən AKT tərtib edilmişdir. Elə həmin gün təxminən saat 17:50 radələrində Zamiq adlı şəxs kooperativin işçisi Aqil Bağırzadəyə zəng edərək Cavabdeh özünə məxsus həyətdə ağac kəsərkən kəsici alətlə (laqonda) özünə xəsarət yetirdiyini, sonuncunu xəstəxanaya apardığını bildirmişdir. Bu məlumatı alan kimi, dərhal, şirkətin əməkdaşları Cavabdeh aparıldığı Sumqayıt Travmatologiya Xəstəxanasına getmiş, sonuncuya baş çəkmişdir. Xəstəxana xərcləri ilə bağlı müəyyən ödənişlərdə köməklik göstərmiş, evinə bazarlıq edilmiş, hətta rəhbərlik adından sağalıb işə qayıtmasını, cavabdehə öz istəyinə uyğun başqa işlə təmin olunacağı bildirilmişdir. Mayis bu iş təklifi ilə əvvəlcə razılaşmış, sonradan işləmək istəmədiyini bildirib imtina etmiş və öz xahişi ilə işdən azad olunması barədə ərizə vermişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh bu təklifə heç bir məhəl qoymadan Azərbaycan Respublikası baş prokuroruna şikayət etmiş, lakin Abşeron rayon prokurorluğu tərəfindən toplanmış yoxlama materialları əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 266-C-20 nömrəli material üzrə 11.01.2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qeyd edir ki, Cavabdeh öz şəxsi maraqları naminə pul qazanmaq istəyi altında başqasının həyətində işləyərkən təhlükəsizlik tədbirləri görmədən öz ehtiyyatsızlığı ucbatından qolunu kəsərək xəsarət almışdır. Hadisə baş verəndən sonra hüquq mühafizə orqanlarına etdiyi şikayət ərizələrində, habelə hazırda məhkəməyə verdiyi iddia ərizəsində adını hallandırdığı şirkətin təchizatçısı olmuş Aqil Bağırzadənin göstərişi ilə, sonrakı ərizə və izahatlarında ziddiyyətli ifadələr verməklə guya mənim göstərişimlə həmin işə göndərildiyini iddia etsdə də, onu bildirir ki, vaxtilə şirkətin təchizatçısı olmuş Aqil Bağırzadə şirkətin adından digər işçiləri hər hansı bir yerə iş üçün göndərmək kimi səlahiyyətə malik olmamış və cavabdehə belə bir göstəriş verilməmişdir. Həm də, Cavabdeh şirkətə məxsus laqondanı da özbaşına olaraq, heç kəsə məlumat vermədən götürüb (oğurlamış), öz şəxsi məqsədləri üçün istifadə etmişdir. “Cinayət isinin başlanmasının rədd edilməsi haqqında” Qərarda material üzrə izahatı alınmış şəxslərin ifadələrindən və öz ifadəsindən bəlli olur ki, pul müqabilində Cavabdeh Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində qurumuş ağacların kəsilməsi məqsədilə getmiş və hadisə də məhz həmin həyətdə baş vermişdir. Cavabdeh aldığı xəsarətlə bağlı bütün müalicə xərclərini və dərmanların pulunu da həmin Mustafayev Zamiq özü ödəmişdir. Həmçinin "Cinayət isinin başlanmasının rədd edilməsi haqqında” Qərarda alınmış ifadələrdən məlum olur ki, hadisə təxminən 17 radələrindən sonra baş vermişdir, nəzərə alsaq ki, Cavabdehlə İddiaçı MTK arasında 16.10.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iş saatı 17:00-da qurtarırsa, hadisənin iş vaxtı ərzində belə baş vermədiyinin şahidi olurlar. Bu barədə TƏBİB Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Sumqayıt Tibb Mərkəzi PHŞ X12 X1 müraciət edən xəstələrin qeydiyyat kitabından 03.08.2021-ci il tarixli Çıxarışda da Cavabdeh xəstəxanaya 17:40-da müraciət etməsi qeyd olunmuşdur. Bir daha bildirir ki, M.Məmivevə şirkət tərəfindən hər hansı bir verə işləmək üçün göndərilməsinə dair sədr C.Əlivev tərəfindən heç bir göstəriş verilməmiş və bu barədə MTK-da rəsmi sənəd (məlumat) qeydə alınmamışdır. Hadisə bas verdiyi zaman hadisənin nə vaxt, harda və nədən bas verməsinin səbəbi barədə heç bir məlumatı olmamışdır. Ərizələrində qeyd olunan hadisə də "Xalq-Citv” Mənzil Tikinti Kooperativinin tikinti ərazisində və is vaxtı bas verməmişdir. Sonradan Cavabdeh səhhəti ilə əlaqədar həkimlərin icazəsinin olmadığını bildirib, işləməkdən imtina etmiş, baxmayaraq ki, şirkət tərəfindən başqa iş də təklif edilmiş, lakin o təklif olunan isləri qəbul etməmiş öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh şəxsi məqsədləri üçün başqasının həyətində ağac kəsərkən öz ehtiyyatsızlığı ucbatından xəsarət almış və bu hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmədiyindən və uçota alınmadığından, habelə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta hadisəsi nəticəsində zərər çəkmiş şəxs kimi də qiymətləndirilə bilməz. İşəgötürən - İddiaçı MTK isə baş vermiş hadisə və xəsarətlərə görə heç bir məsuliyyət daşımır. Hətta, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Cavabdeh vəkilinə ünvanladığı 02.07.2021-ci il tarixli məktubunda da Cavabdeh xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin isi ilə əlaqəli olmasını təsdiq edən hər hansı faktın olmadığı, hadisənin istehsalatla əlaqəliyinin müəyyən edilməsinin mümkün olmaması qeyd olunmuşdur. Lakin, Cavabdeh müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidentinə, baş prokuroruna əsassız şikayət ərizəsi ünvanlayaraq şərəf və ləyaqətlərini, işgüzar nüfuzlarını ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Həmin müraciətdə şirkət və onun haqqında mənfi fikirlər yazılmış, həqiqətə uyğun olmayan məlumatlar qeyd olunmuş, yalan ifadələr işlədilmişdir. Müraciətdə yazılanlardan da göründüyü kimi, cavabdeh şirkət müdiri X7 guya polis zabitinin həyətinə göndərilməsində ittiham etmiş, hələ oğurladığı laqondaya “istifadəyə yararsız" adı qoyub özünü zədələməklə, guya cavabdehi şirkətin verdiyini iddia edərək şər-böhtan atmaqla işgüzar nüfuzlarına ziyan vurmuşdur. İddiaçı MTK-nın bu günədək cavabdehə qarşı hər hansı bir qərəzli hərəkəti mövcud olmamış, hər hansı bir qanunsuz hərəkətə yol verməmişdir. Cavabdeh bütün bunları bilə-bilə yuxarıda adları çəkilən dövlət orqanlarına, yalan, həqiqətə uyğun olmayan, böhtanla dolu müraciət göndərmişdir. Cavabdeh sadaladığı bütün bu faktları bildiyi halda böhtan və həqiqətə uyğun olmayan ərizə yazaraq şirkətin işgüzar nüfuzuna xələl gətirmiş, cəmiyyətdə MTK və rəhbərinin adının pis hallanmasına, barəsində mənfi rəyin formalaşmağına səbəb olmuşdur. Həmçinin qeyd edir ki, cavabdeh özüylə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanuniliyi də mübahisələndirməmişdir. Bu məlumatların şikayət ərizəsində göstərilməsi ən azı bir nəfər tərəfindən oxunması Ali Məhkəməsinin Plenumunun 14.05.1999-cu il tarixli, 7 nömrəli Qərarına əsasən həmin məlumatın yayılması kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində qeyd olunur ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. AR Konstitusiyasının 26-cı maddəsində Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. AR Konstitusiyasının 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada yə qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.2-ci maddəsinin tələbinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə bir qayda olaraq qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşırlar. Cavabdeh Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı 24.07.2021-ci il tarixli ərizədə göstərir ki, “Abşeron rayon Polis İdarəsinin polis zabiti Zamiq Mustafayev "xxxx" MTK şirkətinə müraciət edərək, həmin şirkətdən həyətin ağac kəsilməsi üçün fəhlə verilməsini xahiş etmişdir. Şirkət müdiri X10 tərəfindən iddiaçı şirkətin sədri həmin polis zabitinin evinə göndərilmişdir. Polis zabitinin evində çalışarkən şirkət iddiaçı şirkətin sədrinə istifadəyə yararsız laqonda verilmiş və həmin istifadəyə yararsız laqonda ilə işləyərkən, əlindən ağır xəsarət almışdır. Lakin nə şirkət tərəfindən iddiaçı şirkətin sədrinə hər hansı bir yardım göstərilmiş, nə də evində işlədiyim polis zabiti baş vermiş hadisə üzrə həqiqətləri söyləməmişdir.” Cavabdeh hazırda “Xalq-Citv’’ MTK-ya qarsı “18.09.2020-ci il tarixində baş vermiş bədbəxt hadisəyə görə sığorta ödənişinin İddiaçı MTK tərəfindən qanunla müəyyən edilmiş qaydada ödənilməsinin təmin edilməsi, çəkilmiş maddi xərclərə görə 12500 manat və dəymiş mənəvi ziyana görə 10.000 manat kompensasiyanın "xxxx" MTK tərəfindən ödənilməsi haqqında” iddia ərizəsi ilə də Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusilə vurgulamaq istəyir ki, Cavabdeh istəkləri məhz şantaj və böhtan xarakteri daşımaqla, şirkətdən pul qoparmaq məqsədi daşıyır. Bu məqsədlə hüquq mühafizə orqanlarına dayanmadan şikayət ərizələri göndərərək hazırda Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə məhkəmə tərkibinə təzyiq göstərməklə istədiyi qərarın (qətnamənin) qəbuluna nail olmağa çalışır, həmçinin o, İddiaçı MTK-nın işgüzar nüfuzunu ləkələyən, sahibkar imici zədələyən məlumatlar yaymaqla məşğuldur. Bundan başqa Cavabdeh şirkət barədə yalan olduğunu bilə-bilə, ləyaqəti ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları yaymaqla, insanların kütləvi olduğu yerdə deməklə şirkəti cəmiyyətdə, kollektivdə, dostlarımızın əhatəsində, təşkilatlarda nüfuzdan salmış, həmçinin işgüzar nüfuzumuza xələl yetirmişdir. MTK barəsində mənfi imici yaratmaqla sahibkar nüfuza ləkə salaraq, mənzil satışının aşaqı düşməsinə, rentabelliyinin itirilməsinə gətirib çıxarır. Cavabdeh həmin məlumatları kütləvi çıxışlarında, yəni MTK-nın işçiləri və digər şəxslər yanında - azı iki nəfər kənar şəxsin görüb, eşidib və qavraya biləcəyi şəraitdə həyata keçirmişdir. Həmin məlumatlar şirkətin işgüzar nüfuzunu ləkələməyə yönəlmişdir. Həmin məlumatların heç biri doğru deyildir. Bu məlumatlar da dövlət orqanlarında yayılmışdır. Bu məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında şirkət barəsində mənfi rəy yaradır və bu məlumatlar da şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyqun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə, insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətini alçaldılmasına əsas verə bilməz. Hər kəsin öz şərəf və ləyaqətini qorumaq hüququ vardır. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə, bir qayda olaraq, qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Bu məlumatların heç biri həqiqəti əks etdirmir və birbaşa olaraq işgüzar nüfuzun aşaqı salınmasına, şərəf və ləyaqətin toxunulmasına istiqamətlənmişdir. Hesab edir ki, Cavabdeh MTK barədə verdiyi məlumatlar həqiqətə uyğun olmayan hesab edilməli, tərəfindən təkzib olunmalıdır. Bu şər-böhtan xarakterli məqalələr sədrin səhhətinə mənfi təsir edərək mənəvə şirkətə mənəvi ziyan vurmuş, əsəb, stres keçirməklə işgüzar nüfuzunun aşağı salınmasına, əhali və cəmiyyət arasında nüfuzdan düşməyinə çalışmış insan səbəbindən psixi vəziyyətim pisləşmişdir. Bütün bunları düşünməklə ətraflarında yaradılmış mənfi aura sədr olaraq sağlamlığına da ziyan vuraraq mənəvi zərər yetirilmişdir. Odur ki, İddiaçı MTK-va vurulmuş mənəvi ziyan cavabdeh tərəfindən ödənilməli və bunun məbləği 25000 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli Qərarında müəyyən edilir ki, Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Qeyd edilməlidir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Qərarın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14.05.1999-cu il tarixli, 7 nömrəli Qərarının 3-cü bəndinə əsasən Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfipi, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03.11.2008-ci il tarixli, 7 nömrəli Qərarının 1 və 3-cü bəndlərinə əsasən “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. “Vətəndaşların müraciəti haqqında” AR Qanununun 6.9-cu maddəsinə əsasən Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir. Lakin M.Məmivev unutmuşdur ki, böhtar xarakterli məlumat yaymış şəxsin hərəkəti vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ kimi qiymətləndirilə bilməz və onun şikayət və ərizələri vasitəsilə ilə yaydığı məlumatlar dövlət orqanlarına müraciət etmək hüququ olmamaqla sırf böhtan xarakteri daşımış, iddiaçınm işgüzar nüfuzuna xələl gətirməklə onu kollektiv və ictimaiyyət arasında gözdən, nüfuzdan salmağ məgsədi daşımışdır. Hətta, bu hal Cavabdeh şikayət və ərizələrində, məhkəməyə verdiyi iddia tələbində əsaslandığı fikirlərdə və verdiyi ifadələrdə əyani sübut olunur. Eləcə də nümunə üçün istinad etdiyimiz oxşar məhkəmə mübahisəsinə dair - İddiaçı “Accessbank" ASC cavabdeh X4 qarşı “Cavabdeh X2 iddiaçı "xxxx" QSC barəsində yaydığı həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları təkzib etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən ərizə ilə müraciət etdiyi dövlət orqanlarına iddiaçıdan üzr istəməsi barədə ərizə ilə müraciət etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə" iddia tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2704/2021 saylı, 07 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmadığından qətnamə qanuni sayıla bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində müxtəlif normalara, “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının müvafiq maddələrinə, Avropa Məhkəməsinin müxtəlif qərarlarına istinad etsə də, əslində onları yalnız sadalamaqla kifayətlənmiş, gəldiyi nəticəni həmin norma və qərarların tələblərini işdə olan sübutlarla əlaqəli şəkildə qiymətləndirməklə əsaslandırmamışdır. Kollegiyaya görə normaların sadəcə sadalanması qətnamənin qanunun tələblərinə uyğun əsaslandırılması kimi qiymətləndirilə bilməz. İddia rədd olunarkən apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması yalnız ondan ibarət olmuşdur ki, “Cavabdeh etdiyi müraciətlərdə hər hansı bir qanunsuzluq olmamış, bankın nüfuzuna zərər dəyməsini təsdiq edən hər hansı bir sübut aşkar edilməmişdir”. Məlumat məktub, ərizə və şikayətlərdə göstərildikdə də yayılmış hesab olunur. Cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına göndərilmiş müraciətdə bankda müxtəlif xarakterli qanunsuzluqlara yol verilməsinin diqqətə çatdırılması bank barədə mənfi fikir yaratmaqla onun işgüzar nüfuzuna təsir göstərdiyindən eləcə də yayılmış olduğundan, belə halda apellyasiya instansiyası məhkəməsi həmin məlumatların həqiqətə uyğun olub-olmamasını yoxlamaqla müəyyən nəticəyə gələ biləndi. Məlumatların həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi isə Plenumun yuxarıda göstərilən qərarına görə cavabdehin üzərinə düşür. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səthi yoxlanılmış və qanunun tələbinə uyğun qiymətləndirilməmiş sübutlar əsasında nəticəyə gəldiyindən qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış hesab edilməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X5 Haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə Jdə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, "... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir". Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, 16 oktyabr 2019-cu il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MTK şirkətində fəhlə kimi işə qəbul olunmuşdur. 18.09.2020-ci il tarixində işdə olarkən saat 16:00 radələrində şirkətin müdür müavini Aqil onu çağırıb tikintiyə məxsus olan laqondanı götürməyini, Sumqayıt şəhər istiqamətində duran avtomobilə yaxınlaşmağını bildirmişdir. O, maşına yaxınlaşmış və onu polis mayoru qarşılamışdır. Polis mayoru adının Zamin olduğunu deyib özünü təqdim etdmiş və Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. Onlar Sumqayıt tərəfə yola düşdüş, ünvanını müəyyən edə bilmədiyi həyət evinə getmişlər. Həyətdə iki yaşlı qadın, bir də azyaşlı uşaq olmuş, zamin həyətyanı sahədəki ağacların kəsilməsini söyləmişdir. O isə ağacları kəsməyə başlamış, hündürlükdəki budağı kəsəndə onun üstünə aşmış, əlindəki laqonda əlini çiynindən aşağı biləkdən yuxarını kəsmişdir. Zamin onu xəstəxanaya aparanda yol boyu hadisənin onun həyətində deyil öz həyətində olduğunu deməsini xahiş etmişdir. Nəhayət ki, onu Topçubaşov adına Travmatologiya şöbəsinə çatdırmışlar. 3 gün müalicə olduqdan sonra Pandemiya ilə əlaqədar evdə Ambulator müalicəyə evə yazmışlar. Bugünə qədər ambulator müalicə alır. Müalicə xərcini özü ödəyir. Müalicə xərcləri çox çıxdığına görə aylıq maaşı üçün şirkətə müraciət etmişdir. Şirkətin əməkdaşı Aqil, o işə çıxmadığına görə şirkətin rəhbərliyinin ona heç nə ödəməyəcəyini bildirmişdir. Daha sonra görüşdə Pərvin müəllim ona "Sənin qohumların şikayət vermək istəyirlər. Sən narahat olma, hər bir şey qaydasında olacaq maaşın vaxtı vaxtında veriləcək get müalicəvi al, qayıt gəl işini işlə" sözlərini deyərək vəd vermişdir. Hal-hazırda ambulator müalicə alır. Qolu iş qabiliyyətini tamam itirdiyinə görə və bərpası üçün müddət davamlı olduğu üçün işləmək qabliyyətində deyil. Aldığı xəsarətin iş zamanı baş verməsini və bununla da əmək qabiliyyətinin itirilməsinin bədbəxt hadisə nəticəsində olmasını əsas tutaraq sığorta ödənişinin alınması ilə bağlı “Xalq City’' MTK-ya müraciət etmişdir. Bu haqda şirkətin əməkdaşı ona bildirmişdir ki, müdriyyət onun işə çıxmadığına görə işdən çıxaracağını bildirmişdir. Bülletendə olduğu halda belə aylıq maaşını verməkdən imtina etmişlər. Onunla bərabər çalışan iş yoldaşları müdir müavini Aqil, şirkətin işçisi Kran sürücüsü Azər və Qafqaz adlı fəhlə də aldığı xəsarətin şahididirlər. O, 02.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək araşdırılma aparılmasını xahiş etmişdir. Abşeron rayon prokurorluğu tərəfindən məhkəmə-tibbi ekspertizasının 06.11.2020-ci il 2366 nömrəli rəyi ilə müəyyən olunur ki, aldığı xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, müalicə müddətində xəstəxanalara çəkdiyi xərclərə dair qəbizləri və tibb müəssisələri tərəfindən verilmiş sənədləri, xəsarəti əks etdirən foto şəkilləri vardır. Şirkət tərəfindən ona heç bir yardım göstərilməmişdir və dərhal işdən azad olunmuşdur. O, 3-cü qrup gözdən əlildir. Əmək qabliyyətini itirdiyinə görə işdən azad edilmişdir. Müalicəsi davam edir. Xəstəxana xərclərini ödəyə bilmir. Müalicə xərclərindən bir qismi onu aparan polis tərəfindən ödənilmişdir. İki dəfə əməliyyat olunmuş, xərcləri özü çəkmişdir. Evdə nəyi varsa satmışdır. Hazırda üçüncü əməliyyata girməlidir. Maddi durumu imkan vermir ki, əməliyyat olunsun. Onun başına gələnlər ailəsinə də pis təsir göstərmişdir. Həyat yoldaşı onun xəsarət aldığını öyrəndiyində infakt keçirərək dünyasını dəyişmişdir. Uşaqlarının təhsil pulunu ödəyə bilmədiyinə görə təhsili dayanmışdır. Uzun müddətdir ki, işləmir, işdən çıxarıldığı üçün hər ay aldığı 600 manat pulu da ala bilmir. Onun şirkətlə bağlanmış olduğu 16 oktyabr 2020-ci il tarixli 37 saylı əmək müqaviləsinin § 5-ci bölməsində birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti öz əksini tapmışdır. 5.1-ci bəndinə görə bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhətinə maddi, istehsal maraqlarına, qanunla qorunan mənafeyinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. 5.2-ci bəndinə görə tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü tərəfə ödəməyi öhdəsinə götürür. Əgər bir tərəf digər tərəfin hüquqlarım pozaraq qarşılıqlı zərərin ödənməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənməsini tələb etmək hüququna malikdir. Sosial müdafiə məsələsi nəzərdə tutulsada məbləğ müəyyən olunmamışdır. 6.2-ci bəndinə görə işçinin sosial müdafiə olunması, güzəşt və intiyazlar,sosial sığorta hüququ təmin edilir. 6.3-cü bəndinə görə işçiyə əmək qabliyyətini müvəqqəti itirməyə görə qanunla müəyyən olunmuş müavinət verilməsi nəzərdə tutulur. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Belə ki, Əmək Məcəlləsinin 225-ci maddəsinə müvafiq olaraq, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsind; sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsir ölümü haqqında şəhadətnamə. Əmək Məcəlləsinin 217-ci maddəsinə uyğun olaraq, işəgötürən istehsalatda baş verər bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçür dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin orqan daxil olmuş məlumat əsasındt bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin təhqiqat başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyər edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli, 27 nömrəli qərar ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindəı asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən gün X8 Xidmətinin yerli bölməsinə, Fövqəladə Hallar Nazirliyinə məlumat verməyə borcludur (1.7 bəndi). İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtındataparılmasına müvafiq şəraitin yaradılmasına, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirilməsin işəgötürənə işəgötürən cavabdehdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh üzərinə cavabdeh tərəfindən 24 iyul 2021-ci il tarixdə İddiaçı (sədr X10) barəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ünvanladığı şikayət ərizəsindəki yaydığı, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları həmin orqanlara ərizə yazılmaqla təkzib edilməsi və üzr istəməsi vəzifəsi qoyulması, Cavabdeh tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatların yenidən yayılmasına qadağa qoyulması, İddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizəsində yaymış olduğu həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsi ilə ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 25000 manat pulun tutularaq İddiaçınə ödənilməsinə dair İddiaçı nümayəndəsinin izahatından və subyektiv mülahisəsindən başqa məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı Cavabdeh üzərinə cavabdeh tərəfindən 24 iyul 2021-ci il tarixdə İddiaçı (sədr X10) barəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə ünvanladığı şikayət ərizəsindəki yaydığı, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatları həmin orqanlara ərizə yazılmaqla təkzib edilməsi və üzr istəməsi vəzifəsi qoyulması, Cavabdeh tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatların yenidən yayılmasına qadağa qoyulması, İddiaçı barəsində Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizəsində yaymış olduğu həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsi ilə ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh 25000 manat 30 manat dövlət rüsumu da daxil olmaqla, cəmi 25030 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar