Məhkəmə qərarları › İş №2(012)-5358/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5358/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5358/2022 21.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X5 ölümünə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilmiş 5000 manat sığorta ödənişi və ödənilmiş 70.40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə edilən “Moskviç 412” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə, X12 vəfat etmişdir. “İcbari sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişi məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. İddiaçı SŞ ASC öz növbəsində, X5 ölümünə görə 5000 manat sığorta ödənişini həyata keçirmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)-439/2018 saylı hökmü ilə Cavabdeh təqsirli bilinmişdir. xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh hadisə yerini tərk etdiyi üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak e:ən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -AC № 914750 saylı xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1990-cı il buraxılışlı ** BD *** dövlət qeydiyyat nişanlı “Moskviç 412” minik markalı avtomobil Cavabdeh mülkiyyətindədir. -Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ № 598138 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə baş beyin ocaqlı travma səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 277 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, “Moskviç-412” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh hadisənin qarşısını almağa texniki imkanı olmuş, hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olmuş, sürücü piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığından hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olmuşdur. -Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(012)-439/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 264-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanmaq yolu ilə, təqsirləndirilən şəxs Cavabdeh üzərində qəti olaraq 3 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qərardan daha sonra görünür ki, Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçma cinayət əməllərini törətmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi özünə məxsus «Moskviç-412» markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndinin mərkəzi yolu ilə Xəzər dənizi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsinin 1-ci və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək, həmin vaxtı yolu sağdan sola keçən piyada X9 vuraraq yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış, nəticədə, onun bu hərəkətləri ehtiyatsızlıqdan X5 baş beyin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişaları altına qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, daxili qanaxma, dalağın cırılması, sol ağciyərin əzilməsi, sol baldır sümüklərinin aşağı 1/3-nin qapalı, yerdəyişən sınıqları, sol alın-gicgah nahiyyəsinin əzilmiş, cırılmış yarası, sol yanaq, sol mil-bilək oynağı nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla ölməsinə səbəb olmuşdur. -Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Qızıl-Qışlaq kəndi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X6 həqiqətən də həmin kənddə pasport qeydiyyatında olmaqla yaşayır və onun mərhum oğlu X5 ölümü ilə bağlı sığorta kompensasiyasının yaxın qohumu X4 almasına nümayəndəlik heç bir etiraz etməmişdir. -xx.xx.2019-cu il tarixli 060095 saylı və xx.xx.2019-cu il tarixli 060976 saylı sığorta aktlarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə “Moskviç-412” markalı, ** BD *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 55000 manat dəyərində sığortalamış, xx.xx.2018-ci il tarixdə Abşeron rayonu Novxanı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X12 vəfat etmiş, sığorta məbləği 5000 manat olduğundan həmin məbləğin 50 faizi, yəni 2500 manat hissəsi iki dəfə olmaqla, cəmi 5000 manat pul vəsaiti xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə X5 ölümünə görə X3 yolu ilə ödənilmişdir. -xx.xx.2019-cu il tarixli 164 saylı və xx.xx.2019-cu il tarixli 667 saylı ödəniş tapşırıqlarının surətindən görünür ki, X1 ödənişinə görə 2500 manat və 2500 manat olmaqla, cəmi 5000 manat pul vəsaiti köçürülmüşdür. -"xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 2462 saylı pretenziyadan görünür ki, ASC tərəfindən ödənilmiş 5000 manat sığorta ödənişi 5 iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, "xxxx" ASC - adlı quruma VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair xx.xx.2017-ci il tarixli, **********103900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X10 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu Novxanı kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə saat 22:00 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Moskviç-412” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetmə qaydasını pozmuş, nəticədə, baş vermiş hadisə nəticəsində yolu piyada keçən X12 aldığı xəsarətlər nəticəsində ölmüşdür. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(012)-439/2018 saylı hökmünə əsasən, həmin hadisədə nəqliyyat vasitəsinin idarəçisinin təqsiri sübuta yetirilərək, Cavabdeh 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cavabdeh idarə etdiyi “Moskviç-412” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış, beləliklə də, hadisənin baş verdiyi tarixə Cavabdeh icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. X2 ölümündən sonra sağlamlığa dəymiş zərər olaraq zərərçəkənin qohumu X7 iddiaçı "xxxx" ASC tərəfindən 5000 manat kompensasiya məbləği ödənildiyindən həmin kompensasiya məbləğinin cavabdehdən tutulmasına dair iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Mülki iş materiallarından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli olan sürücü yəni, hazırki iş üzrə Cavabdeh əməli Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(012)-439/2018 saylı hökmü ilə sübuta yetirilmiş və cavabdeh 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunu”nun: 50.1.-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 53.1.-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. 56.1.-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Mülki iş materiallarından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 ailə üzvü X7 xx.xx.2019-cu il tarixli 164 saylı və xx.xx.2019-cu il tarixli 667 saylı ödəniş tapşırıqlarına əsasən, kompensasiya ödənişinə görə cəmi 5000 manat pul vəsaiti köçürülmüş və həmin pul vəsaitinin Cavabdeh subroqasiya qaydasında tutulmasına dair iddiaçının hüququ yaranmışdır. “İcbari sığortalar haqqında Qanun”un: 25.1.-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır. “İcbari sığortalar haqqında Qanun”un 63.3 maddəsinə əsasən, bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir. Mülki iş materiallarında olan ödəniş tapşırıqlarından göründüyü kimi, 5000 manat kompensasiya məbləği zərərçəkənin ailə üzvünə iddiaçı tərəfindən ödənildiyi üçün məsuliyyət daşıyan cavabdeh qarşısında tam həcmdə tələb etmək hüququ yaranmış iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində hadisə yerindən yayınmış cavabdehin təqsiri sübuta yetirildiyindən, həmin yol-nəqliyyat hadisəsində şəxsin ölümü ilə nəticələnən hadisə ilə bağlı 5000 manat kompensasiya ödənişi iddiaçı tərəfindən ödənildiyindən ödənilmiş 5000 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70.40 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 5000 (beş min) manat sığorta ödənişi və dövlət rüsumuna görə 70.40 (yetmiş manat qırx qəpik) manat olmaqla, ümumilikdə, cəmi 5070.40 (beş min yetmiş manat qırx qəpik) manat pul vəsaiti Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar