Məhkəmə qərarları › İş №2(012)-5459/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5459/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5459/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşağın sosial təminatının yaxşılaşdırılması üçün hər ay aliment məbləğinin (cavabdehin əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında olan hissəsinin) 50 faizinin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X1 adına açılmış bank hesabına köçürülməsi hissəsində ləğv edilərək 02 mart 2015-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş aliment məbləğinin cavabdehin əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarına yönəldilməklə aliment məbləğinin 100% məbləğində ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 666/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-566/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, 02 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, 02 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin 50 faizi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X1 adına açılmış bank hesabına bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan köçürülməsi, 72,32 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)- 1051/2024 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşdən görünür ki, qanuni qüvvəsini almış qətnamə ilə birgə nikahdan doğulmuş uşaq üçün alimentin hansı məbləğdə və qaydada tutulması məsələsi artıq həll olunmuşdur. Bu mübahisə üzrə tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişiklik baş verməmiş, bununla belə, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar