Məhkəmə qərarları › İş №e-2(006)-3120/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-3120/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3120/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2091 manat borc pulu qaytarması və borc pulu vaxtında qaytarmadığı üçün on avurulmuş 2000 manat mənəvi zərərin və ödədiyi 61 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin əvvəlində dostu Samidin qonşusu kimi tanıdığı cavabdehin təklifinə əsasən bizneslə məşğul olmaq üçün ona borc pul verəcəyi təqdirdə o, əldə edəcəyi qazancın ikisi arasında bölünəcəyini bildirdi. Ona həmin ilin fevral ayında 5000 ABŞ-ı dollar borc vermişdir. Razılaşmaya görə iki həftə ərzində həm borcu, həm də əldə olunmuş gəliri aralarında bölməli idilər. Bu müddət ərzində 5000 ABŞ dolarından ona cəmi 2500 ABŞ dollar qaytarmışdır. Geri qalan pulu qaytarmadığı üçün həmin pulu da borc aldığı üçün məcbur olub 2500 dollar borcunu qaytarmağı üçün may ayında bankdan 5200 manat kredit götürmüşdür. Bu barədə cavabdehin də məlumatı olmuşdur. Hətta dəfələrlə ona ödəməli olan pulu kreditinə ödəmişdir. Borcu vaxtında qaytarmadığı üçün onun adına aylarla gecikmələr düşürdü. Bu hal gələcəkdə banklardan kredit götürməyinə maneə törədəcəkdir. Axırda məcbur olub tanışlarndan borc pul alaraq banka olan borcunu tamamilə ödəmişdir. Belə ki, cavabdeh ümumi borcundan axırıncı dəfə 2024-cü ilin iyun ayında ödəniş etmişdir. İndi hal-hazırda ona 2091 manat borcu qalmışdır. Bu barədə Nərimanov RPİ 18-ci PŞ-ə müraciət etmişdir. Cavabdeh şöbədə verdiyi izahatında həqiqətən ona 2500 dollar verdiyini və borclu olduğunu bildirmişdir. Cavabdehin ona ödədiyi və qalıq borcu barədə Whatsapp yazışmalarını əlavə etmişdir. Cavabdehin ona olan borcunu vaxtında ödəməməsi nəticəsində, yaxın tanışlarından borc pul almış, pulu vaxtında qaytara bilmədiyi üçün məcbur olub bankdan pul götürməyi, həmin pulu vaxtında ödəyə bilməməyi, o cümlədən bank reyestrində adına gecikmələrin düşməsi ona olduqca mənəvi sarsıntı yaşatmışdır. Belə ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumun xx.xx.2008-ci il tarixli 7 saylı qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvisarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sonradan İddiaçı iddia tələbinə dəqiqləşmə barəsində ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini azaldaraq 2091 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbləri baxımından iddia tələbinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2(006)- 3120/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nərimanov RPİ-nin 23 yanvar 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarı ilə aparılan təhqiqat araşdırması zamanı göstərilən xüsusatların mülki mübahisə olmaqla məhkəmə səlahiyyətində olduğu müəyyən edildiyindən və cinayətə işarə edən kifayət qədər sübut mövcud olmadığından toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqında 23 yanvar 2025-ci il tarixli qərara əsasən izahatı alınmış Cavabdeh bildirmişdir ki, Hikmət ona 2500 ABŞ dolları vermişdir, hazırda Hikmətə borcu var və vermiş olduğu məbləğin gəlirini isə ona ödəmişdir. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun 3 gün müddətində qaytarmasının təmin edilməsi, əks halda dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Məhkəməyə təqdim edilmiş Whatsapp yazışmalarından da bəlli olur ki, tərəflər arasında münasibət yaranmış, Əliyev X1 Hikmət Nazim oğlunun verdiyi pulu geri qaytaracağını bildirsə də, qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-ci maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd edilməlidir ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğu halda iddianın təmini mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, iddia haqlı sayılır. Bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İş materiallarında olan sənədlərdən görünən odur ki, tərəflər arasında əldə edilmiş razılıq əsasında iddiaçı tərəfindən 5000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh nağd şəkildə verilmişdir. İddiaçının pul vəsaitini verməsində məqsəd əldə ediləcək qazancın yarı-yarıya bölünməsi olsa da, verilən vədə qarşı tərəf əməl etməyərək, nə borcu tam şəkildə, nə də əldə olunmuş gəlirin yarısını təşkil edən pul məbləğini iddiaçıya geri ödəməmişdir. Belə ki, Cavabdeh borcdan ilk əvvəl 2500 dollar qaytardığını, daha sonra 2024-cü ilin iyun ayında müəyyən ödənişlər etdikdən sonra 2091 manat borcu qaldığını bildirmişdir. Məhkəməyə iddiaçı tərəfindən təqdim olunan və araşdırılan yazıları, habelə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda dindirilmiş şəxsin ifadələri faktiki olaraq tərəflər arasında münasibətlərin yaranmasının bariz təsdiqidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında olan münasibətlərin xarakterindən görünür ki, bir-birilərinə etibar etmələri səbəbindən aralarında borc münasibətlərini həyata keçirmişlər. Bununla da məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıdan pul alması Whatsapp yazışmaları və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda dindirilmiş şəxsin ifadələri ilə təsdiq edildiyinə görə iddiaçının həmin vəsaiti geri tələb etmək hüququ vardır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2091 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2091 manat pul tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar