Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5579/2024 19.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə övladı olan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, mediasiya üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə övladı olan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, mediasiya üçün müraciət etdiyi xx.xx.2024cü il tarixdən başlayaraq Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından iki övladı - xx.xx.2012-ci il tarixdə X8 və xx.xx.2016-cı il tarixdə X9 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4046/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 478 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 boşanmadan sonra anaları Cavabdeh yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün sabit pul məbləğində 175 manat, cəmi 350 manat miqdarında alimentin cavabdeh İddiaçı tutulması, alimentin tutulmasının əvvəlinin xx.xx.2016-cı il təvəllüdlü X5 münasibətdə 10 iyun 2021-ci il tarixdən, xx.xx.2012-ci il təvəllüdlü X6 münasibətdə onun İddiaçı alınaraq Cavabdeh verilən gündən hesablanması qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4046/2021 saylı qətnaməsinin xx.xx.2012-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması və cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında alimentin tutulması hissəsində qismən ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-835/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4046/2021 saylı qətnaməsinin qismən - xx.xx.2012-ci il təvəllüdlü Zeynəbin iddiaçının yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən alimentin tutulması hissəsində ləğv edilməsi, xx.xx.2012-ci il təvəllüdlü Zeynəbin boşanmadan sonra atasının yanında saxlanılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2023-cü il tarixli, 2(102)- 1599/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-835/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 2(105)-1422/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4046/2021 saylı qətnaməsi qismən, “xx.xx.2012-ci il təvəllüdlü X3 boşanmadan sonra anası Cavabdeh yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012ci il təvəllüdlü X3 boşanmadan sonra atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. xx.xx.2012-ci il təvəllüdlü qızı X8 onunla yaşasa da anası Cavabdeh uşaq ilə maraqlanmır, o, digər uşağa görə aliment ödəsə də cavabdeh qızına görə ona heç bir maddi yardım göstərmir. Bundan əlavə Cavabdeh himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X7 ona göstərmir. Belə ki, o, oğlu ilə yalnız 5-10 dəqiqə görüşə bilir, hətta oğluna aldığı paltarı belə övladına çətinliklə verə bilmişdir. O, 2023-cü ildən etibarən aliment ilə bağlı məhkəməyə müraciət etmək imkanı olsa da o, cavabdehdən aliment tələb etməmişdir. Qeyd edir ki, o, mühafizəçi işləyir və ayda 345 manat maaş alır. Cavabdehin maaşı isə 175 manat təşkil edir. Ona görə də hesab edir ki, onun Cavabdeh aliment tələbi qanuni və ədalətlidir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, İddiaçı ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü qızı X8 iddiaçının, xx.xx.2016-cı il təvəllüdlü X9 isə onun himayəsindədir. Bildirir ki, məhkəmə tərəfindən xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat sabit pul məbləğində aliment təyin edilmişdi. Onun 1000 manat məbləğində borcu vardır. Himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X2 xəstəliyindən əziyyət çəkir və onun müalicəsi üçün xərclər çəkmişdir. O, hazırda işləyir və 175 manat məbləğində maaş alır, həmçinin övladı ilə kirayə evdə yaşayır. İddiaçı övladı xx.xx.2016-cı il təvəllüdlü X9 ilə görüşəndə övladını qorxudur və oğluna onun öyrədildiyini söyləyir. Bundan əlavə bildirir ki, o da öz növbəsində himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün təyin edilmiş aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmədə onun iddia tələbi üzrə qərar qəbul edilərək, artırılmış alimentin məbləği 235 manat olaraq müəyyən edilmişdir. İlk olaraq İddiaçı ona qarşı aliment tələbi irəli sürmüş, daha sonra isə o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı ona xx.xx.2012-ci il təvəllüdlü qızı X8 ilə görüşməyə imkan vermir. Onun qazandığı əmək haqqı və məhkəmə tərəfindən təyin edilmiş aliment məbləği ona və övladına güclə çatır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 916645 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 31 mart 2012-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4046/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 478 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 boşanmadan sonra anaları Cavabdeh yanında qalması, cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün sabit pul məbləğində 175 manat, cəmi 350 manat miqdarında alimentin tutulması, alimentin tutulmasının əvvəlinin xx.xx.2016-cı il təvəllüdlü X5 münasibətdə 10 iyun 2021-ci il tarixdən, xx.xx.2012-ci il təvəllüdlü X6 münasibətdə onun İddiaçı alınaraq Cavabdeh verilən gündən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 835/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)-4046/2021 saylı qətnaməsinin qismən - xx.xx.2012-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, sabit pul məbləğində 175 manat alimentin cavabdeh İddiaçı tutularaq Cavabdeh verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin xx.xx.2012-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanması və cavabdeh İddiaçı Cavabdeh xeyrinə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 176 manat miqdarında alimentin tutulması hissəsində təmin edilməməsi, tərəflərin birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X3 boşanmadan sonra atası İddiaçı yanında saxlanılması, qətnamənin iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 478 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X4 boşanmadan sonra anası Cavabdeh yanında qalması, cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1599/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 835/2022 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1422/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(012)-4046/2021 nömrəli qətnaməsinin qismən, “xx.xx.2012-ci il təvəllüdlü X3 boşanmadan sonra anası Cavabdeh yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 boşanmadan sonra atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü və 78.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, alimentin tələb olunan miqdarda cavabdehin ödəməyə maddi cəhətdən imkanının olması barədə sübutlar müəyyən olunmadığı,həmçinin elektron məhkəmə informasiya sisteminin cavabdehin gəlir məlumatları alt sistemində sonuncunun əmək haqqının 175 manat göstərilməsi kimi diqqətəlayiq halları nəzərə alaraq,məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləğinin hər ay 150 manat həddində müəyyən olunması balanslaşdırılmış mövqeyə uyğun gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2024-cü ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq 31 mart 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5579/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5579/2024
19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver