Məhkəmə qərarları › İş №2(012)-5717/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5717/2023

30.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5717/2023 30.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan 30 mart 2013-cü ildə anadan olmuş X1, 26 noyabr 2014-cü ildə anadan olmuş X2, 07 fevral 2017-ci ildə anadan olmuş X3 və 06 fevral 2021- ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatana qədər saxlanlmaları üçün hər ay hər uşağın saxlanması üçün 220.00 manat olmaqla cəmi 880.00 manat sabit pul məbləğində alimentin cavadeh Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailə quraraq xx.xx.2011-ci il tarixdə Tovuz rayonu Əsrik Cırdaxan kənd icra nümayəndəliyində qeydiyyata alınmış rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan övladları- 30 mart 2013cü il təvəllüdlü X5, 26 noyabr 2014-cü il təvəllüdlü X7, 07 fevral 2017-ci il təvəllüdlü X8 və 06 fevral 2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin pisləşmişdir. Bu səbəbdən aralarında baş verən münaqişələr nəticəsində münasibətləri pozulmuş, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1570/2022 №saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Tovuz rayonu Əsrik Cırdaxan kənd icra nümayəndəliyində bağlanmış 5 saylı nikah qeydi pozulması birgə nikahdan 30 mart 2013-cü ildə anadan olmuş X5, 26 noyabr 2014-cü ildə anadan olmuş X7, 07 fevral 2017-ci ildə anadan olmuş X8 və 06 fevral 2021 ci ildə anadan olmuş X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Həmin dövrdə uşaqların saxlanması üçün Cavabdeh tərəfindən bir ata kimi bütün köməkliklər edildiyidən iddiaçı məhkəmədən uşaqlara aliment təyin edilməsini xahiş etməmişdir. Cavabdeh uşaqların saxlanması üçün hər ay müəyyən məbləğdə pul vəsaiti ödəmiş olsa da, vaxt keçdikcə pul ödəməkdən yayınır, səbəbini soruşduqda isə müxtəlif bəhanələr gətirmişdir. Uşaqlar azyaşlı olduqlarından iddiaçı onların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də işləməyə imkanı yoxdur. Uşaqlar böyüdükcə onların tələbatı da artır, qiymətlərin daimi artımı fonunda uşaqların maddi tələbatını qarşılamaq qeyri-mümkün olur. Buna görə də uşaqların saxlanması üçün sabit pul məbləğində aliment təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1570/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Tovuz rayonu Əsrik Cırdaxan kənd icra nümayəndəliyində bağlanmış 5 saylı nikah qeydinin pozulması, birgə nikahdan 30 mart 2013-cü ildə anadan olmuş X5, 26 noyabr 2014-cü ildə anadan olmuş X7, 07 fevral 2017-ci ildə anadan olmuş X8 və 06 fevral 2021ci ildə anadan olmuş X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi qət edilmişdir. - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 422551 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən pozulmuşdur. - Əsrik-Cırdaxan kənd İN tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİİ № 069901 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 08 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Əsrik-Cırdaxan kənd İN tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 449756 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 27 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Əsrik-Cırdaxan kənd İN tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ № 880313 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 570730 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1253 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından 30 mart 2013-cü il təvəllüdlü X5, 26 noyabr 2014-cü il təvəllüdlü X7, 07 fevral 2017-ci il təvəllüdlü X8 və 06 fevral 2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Tərəflərin xarakterləri uyğun gəlmədiyindən Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1570/2022 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqlar anası İddiaçı yanında saxlanılmışdır. Hazırda, tərəflərin razılığı ilə cavabdehin yanında saxlanılması qət edilmiş azyaşlı uşaqlar da anasının yanında qalmaqla iddiaçının himayəsindədir. Bu səbəbdən də, iddiaçı onun yanında qalan, cavabdehlə birgə nikahlarından anadan olmuş dörd azyaşlı uşağın saxlanılması üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2023-cü ildə yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq olmasını nəzərə alaraq, 30 mart 2013-cü il təvəllüdlü X1, 26 noyabr 2014cü il təvəllüdlü X2, 07 fevral 2017-ci il təvəllüdlü X3 və 06 fevral 2021-ci il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, xx.xx.2023-cü il tаriхdən bаşlаyаrаq, Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 220 mаnаt olmaqla, cəmi 880 manat sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq, yəni (220 manat x 4 (uşaq) = 880 manat, 880 manat x 12 ay = 10560 manat) ödənilməli olan 121.68 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 30 mart 2013-cü il təvəllüdlü X1, 26 noyabr 2014-cü il təvəllüdlü X2, 07 fevral 2017-ci il təvəllüdlü X3 və 06 fevral 2021-ci il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün xx.xx.2023-cü il tаriхdən bаşlаyаrаq hər аy hər bir uşaq üçün 220 (iki yüz iyirmi) mаnаt olmaqla, cəmi 880 (səkkiz yüz səksən) manat sаbit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 121.68 (yüz iyirmi bir manat altmış səkkiz qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar