Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5778/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan uşağın saxlanmasına görə alimentin tutulması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan uşağın saxlanmasına görə alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 24.12.2003-cü il tarixdə doğulmuş X1 atası Cavabdeh aliment ödəməkdən boyun qaçırması nəticəsində 28 ay ərzində ödəmədiyi 28 x 170=4760 manat alimentə görə pul vəsaitinin və Mehribanın müalicəsi üçün ödənilmiş pul vəsaitindən 1000 manatın, ümumilikdə 5760 manat pul vəsaitinin Cavabdeh tutularaq qızı Mehribanın xeyrinə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 35.1 maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Laçın rayonu Ərdəşəvi kəndində qeydiyyatdadır. İddiaçı iddia ərizəsində cavabdehin yaşayış ünvanı kimi “ünvan 1ı qeyd etsə də sonuncunun müvəqqəti olaraq həmin ünvana qeydiyyata alınmasına dair arayışı ərizəyə əlavə etməmişdir. Göründüyü kimi, cavabdeh Laçın rayonu ərazisində qeydiyyatda olduğu halda iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etməklə ərazi aidiyyəti qaydasını pozmuş, bununla da iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Mülki Prosessual Məcəllənin: 149.1. maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 151.1 maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Laçın rayonu ərazisində qeydiyyatda olduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya iddia ərizəsi ilə müvafiq rayonun Məhkəməsinə müraciət etmək hüquqları izah olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan uşağın saxlanmasına görə alimentin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5778/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5778/2021
21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver