Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5995/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 20 dekabr 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, azyaşlı – 29 yanvar 2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4821/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə iddiaçı arasında 23 noyabr 2011-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış və 868 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahlarından 29 yanvar 2012-ci il tarixdə doğulmuş X1 onun yanında saxlanması qət edilmişdir. 29 yanvar 2012-ci il tarixdə doğulmuş X2 onun himayəsindədir. 2015-ci ildən iddiaçı övladını tək başına böyüdür və övladının bütün xərclərini tək başına ödəyir. Artıq iddiaçı maddi cəhətdən çox əziyyət çəkir. Çünki Qızılgül məktəblidir və onun dərs ləvazimatları, məşğələ xərcləri çoxalmışdır. Ona görə də, maddi cəhətdən çətinlik əziyyət çəkdiyi üçün hazırda aliment almağa ehtiyacı vardır. 2015-ci ildən bu günə kimi cavabdeh doğma övladı üçün iddiaçıya bir manat da olsa, maddi yardım göstərməmişdir. Cavabdeh, ümumiyyətlə, bir ata kimi övladı ilə maraqlanmır. Bu ciddi məsələnin Mediasiya Şurasında həll edilməsindən ötrü ilkin mediasiya sessiyasında iştirak etmələri üçün dəvət alsalar da cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün iddiaçıya xx.xx.2022-ci il tarixli arayış və ödədiyi 50 manat pulun qəbzi təqdim edilmişdir və izah olunmuşdur ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, aliment tələbini qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə iddia ərizəsinə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ 874268 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X2 doğulmuşdur. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4821/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X4 arasında 23 noyabr 2011-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış və 868 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahlarından 29 yanvar 2012-ci il tarixdə doğulmuş X1 anası X3 yanında saxlanması qət edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 ilə Cavabdeh nikahı Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2016-cı il tarixində xitam verilmişdir və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 285 № ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin nikahından xx.xx.2012-ci il təvəllüdlü X2 anadan olmuşdur. Hazırda ailə faktiki olaraq dağılmış və uşaq hazırda iddiaçının yanında qalır. İddiaçı onun saxlanması üçün aliment təyin edilməsini iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, uşağın diqqətəlayiq mənafeləri əsas götürülməklə, uşaq üçün hər ay 193 manat məbləğində aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Həmçinin alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-5995/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5995/2022
20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver