Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6027/2021 29.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh nümayəndəsi-vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan uşağın saxlanmasına görə alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan uşağın saxlanmasına görə alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsaslanaraq qızı Mehribanın atası Cavabdeh aliment ödəməkdən boyun qaçırması nəticəsində 28 ay ərzində ödəmədiyi 28 x 170=4760 manat alimentə görə pul vəsaitinin və qızı Mehribanın müalicəsi üçün ödənilmiş pul vəsaitindən 1000 manatın, ümumilikdə 5760 manat pul vəsaitinin Cavabdeh tutularaq qızı Mehribanın xeyrinə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 2002-ci ilin mart ayından faktiki nikah münasibətində olmuş və həmin münasibətlərindən 24.12.2003-cü il təvəllüdlü X7 anadan olmuşdur. 18.06.2019-cu il tarixədək iddiaçı Cavabdeh ilə birgə təsərrüfatı idarə etmişlər. 18.06.2019-cu il tarixdə Cavabdeh iddiaçını ölümcül döyməsi ilə nəticələnən hadisə onların bir yerdə yaşamalarına son qoymuşdur. Həmin hadisədən sonra cavabdeh iddiaçını və qızı X5 iddiaçının şəxsi maliyyə vəsaiti hesabına tikdirdiyi evdən qovmuşdur. 18.06.2019-cu il tarixdən hazırki vaxtadək iddiaçı övladı X7 ilə birlikdə qızının təhsil aldığı Xırdalan şəhərində ev kirayə götürərək birgə yaşayırlar. 18.06.2019-cu il tarixdən Cavabdeh ilə iddiaçının bir yerdə yaşamaları baş tutmamış, cavabdehlə aralarında olan əlaqələr faktiki olaraq 18.06.2019-cu il tarixdən kəsilmiş və həmin tarixdən birgə təsərrüfatı idarə etmirlər. İddiaçı X1 üçün bütün xərcləri təkbaşına ödəmişdir. Cavabdeh iddiaçını döyərək evdən qovduqdan sonra birgə nikahlarından doğulan X7 da iddiaçı ilə birgə yaşamışdır. Birgə nikahdan doğulan Mehriban Hüseynovanın yaşayışı, tədrisi və müalicəsi üçün lazım olan maliyyə vəsaitini iddiaçı öz yaxınlarından və iş yoldaşlarından borc alaraq qızının ehtiyaclarını təmin etmişdir. Cavabdehlə iddiaçı küsülü olduğu üçün onunla danışmamış, hər dəfə qızı Mehriban Hüseynova atasına zəng edərək pulsuz olduğunu, başqalarından borca pul götürüb dolandığını bildirərək atasından maliyyə köməkliyi istəsə də, Cavabdeh qızına artıq onları evinə gətirəcəyini, hətta torpaqlar işğaldan azad olunduğu zaman isə cavabdeh qızına Laçının azad olunduğunu, anasıgili Laçına aparıb onları evinə gətirəcəyini bildirmişdir. Dəfələrlə qızı Mehriban atası Yusifdən maliyyə köməkliyi istəsə də, cavabdeh heç bir köməklik etməmişdir. Bir dəfə verdiyi 100 manatı iddiaçı əsəbiləşərək özünə qaytarmışdır. Son dəfə Abşeron rayon Məhkəməsində yaşayış evinə köçürmə və yaşayış hüququnun tanınmasına dair iddia tələbinə baxılarkən cavabdeh qızının bir illik aliment pulunu birdəfəlik şəkildə ödəyəcəyini bildirmişdir. Lakin 28 aydır ki, cavabdeh heç düşünmür ki, qızı yeniyetmə qızdır, onun yeməyi, geyimi, dərs ləvazimatlarının haqqını, xəstə uşaq üçün həkim haqqını, alınan dərmanların haqqını, kirayə qaldığı mənzilin haqqını kim ödəyir? Cavabdeh heç nə başa düşmək istəmir. Hazırda cavabdeh başqa qadını iddiaçının tikdirdiyi evə gətirərək ona və qızı Mehribana aid əşyaları evdən çıxararaq lazımsız əşya kimi çölə tökmüşdür. İddiaçının qızı 11-ci sinifdə oxuyur və bu səbəbdən də zəruri xərcləri artmışdır. Cavabdeh aliment ödənilməsi ilə bağlı vədlər vermiş, lakin vədlərinə riayət etməmişdir. Cavabdehin yetkinlik yaşına çatmayan uşağın atası olmasına dair atalıq faktı müəyyən olunmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək nümayəndəsi-vəkili Vəkil izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh uşağın saxlanılması üçün aliment ödənilməsinə dair vədlər versə də bu vədlərinə riayət etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili X10 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 20.09.2021-ci il tarixdə alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflər arasında rəsmi nikah münasibəti olmamışdır. Belə ki, tərəflərin faktiki nikah münasibətlərindən bir qız övladı - X7 doğulmuşdur. Cavabdeh qızına atalıq da vermiş, atası olmasını qəbul edir. Belə ki, Mehriban Hüseynova həqiqətən də cavabdehin qızıdır, o, faktiki olaraq anasının yanında qalsa da, cavabdeh daima qızının saxlanmasına yardım etmiş və bu gün də həmin yardımı davam etdirir. İddiaçı iddia ərizəsində göstərir ki, guya cavabdeh qızının saxlanmasında iştirak etməmiş və ona heç bir zaman köməklik göstərməmişdir. Əgər bu belədirsə, nə üçün iddiaçı həmin vaxtdan, yəni guya cavabdehin heç bir köməklik göstərmədiyi vaxtdan məhkəməyə müraciət edib, aliment tələb etməmişdir? Buradan görünür ki, iddiaçının iddia ərizəsində yazdıqları tam yalan və böhtandan başqa bir şey deyildir. Buna görə də iddiaçının iddia tələbini tələb etdiyi formada qəbul etmir və onu rədd edir. Lakin cavabdeh qızına göstərdiyi maddi köməyi istər məhkəmədən kənar və istərsə də, aliment şəklində davam etdirməyə hazırdır. İddia ərizəsindən də göründüyü kimi iddiaçı göstərdiyi maddi köməyi məhkəmə yolu ilə aliment şəklində ödəməyi tələb edir. Onda cavabdeh bu alimenti iddiaçının iddia ərizəsində göstərdiyi şəkildə və məbləğdə deyil, ayda 175 manat sabit pul məbləği şəklində ödəyə bilər. Hazırda isə həmin tələb olmadığından İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra mətndə Konstitusiya adlanacaq): 17-ci maddəsinə əsasən İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.04.2004-cü il tarixli AZ-İ № 467543 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 07.02.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 204 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır Kənd İnzibati Ərazi X9 tərəfindən verilmiş 17.07.2021-ci il tarixli 161 saylı məktubdan görünür ki, ünvan 1 ünvana baxış keçirilmişdir. Sorğuda qeyd edilən S.Aşıq küçəsində yerləşən ünvansız fərdi yaşayış evi həqiqətən də mövcuddur. Həmin fərdi yaşayış evində Respublikada yaranmış vəziyyətlə əlaqədar olaraq Laçın rayonundan məcburi köçkün düşmüş Cavabdeh, qızı X7 və anası X4 müvəqqəti qeydiyyatdadırlar. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 24.12.2003-cü il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA 07699582 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.1. maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2. maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.3. maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. 58.4. maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olmuş və onların həmin münasibətlərindən 24.12.2003-cü il təvəllüdlü X7 anadan olmuşdur. Hazırda, tərəflərin faktiki nikah münasibətləri pozulmuş və iddiaçı yetkinlik yaşına çatmayanın saxlanılması üçün cavabdehin ödəməli olduğu 28 ay müddət üçün hər ay 170 manat olmaqla cəmi 4760 manat, müalicə xərcinə görə isə 1000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, qanunvericilik tərəflər arasında razılıq olmadığı təqdirdə, uşağın saxlanılması üçün məhkəmə qaydasında sabit pul məbləğində alimentin tutulması qaydasını müəyyən etmişdir. Ailə Məcəlləsinin:
99. maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, iddiaçı Ailə Məcəlləsinin 100.3-cü maddəsinə istinad edərək, cavabdeh ilə faktiki nikah münasibətinin pozulduğu tarixdən 28 ay müddəti üçün hər ay 170 manat olmaqla cəmi 4760 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə həmin hissədə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin uşağın saxlanması üçün aliment ödəmək öhdəliyindən boyun qaçırdığını, bir illik birdəfəlik aliment ödəmək vədini verib həmin vədinə riayət etməməsini qeyd etsə də, tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirəcək mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə qanunvericiliyin tələblərinə istinad etməklə qeyd edir ki, faktiki nikah münasibətlərinin pozulduğu 18.06.2019-cu il tarixdən başlayaraq 28 ay müddəti üçün hər ay 170 manat olmaqla cəmi 4760 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi bu hissədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin, iddiaçıya sabit pul məbləğində aliment tələbi ilə məhkəməyə müraciət etmək hüququ olduğunu izah edir. Məhkəmə İddiaçı 24.12.2003-cü il təvəllüdlü X3 xəstəliyinin müalicəsi ilə bağlı cavabdehdən əlavə olaraq 1000 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 81.1. maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qanunun məzmunundan və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, uşaqların xəstəliyi ilə əlaqədar əlavə xərclərə valideynlər o vaxt cəlb olunur ki, uşaqlar ağır xəstə, şikəst olması ilə yanaşı bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. İddiaçı isə uşağın xəstə olması ilə bağlı məhkəməyə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmişdir. Eyni zamanda 28 oktyabr 1998-ci il tarixdə qəbul olunmuş Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ölkə üzrə icra olunur. Hər bir şəxs həmin icbari tibbi sığortadan istifadə etməklə tibbi müayinə və müalicə etdirmək hüququndan istifadə edə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi müalicə xərci hissəsində də əsaslı hesab edilib təmin edilə bilməz. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan uşağın saxlanmasına görə alimentin tutulması tələbinə dair iddia ərizəsi sübut edilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan uşağın saxlanmasına görə alimentin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov