Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6053/2025 05.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinərək aliment ödənilməsi öhdəliyinə xitam verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun silinərək aliment ödənilməsi öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olmuş X4 və 09 aprel 2019-cu il təvəllüdlü X6 üçün tutulmalı olan xx.xx.2022-ci il tarixdən 2024-cü ilin avqust ayına olan dövr ərzində hesablanmış aliment pulunun - 9040 manat (borcunun) silinərək alimentin ödənilməsi öhdəliyinə xitam verilməklə alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmiş, bununla bağlı Tovuz rayon Qeydiyyat şöbəsində 579 saylı nikah akt qeydi aparılmışdır. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Ailə münasibətləri heç bir zaman yaxşı olmamış, münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş cəhdləri nəticə verməmişdir. Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə 579 nömrə ilə akt qeydləri kitabında qeyd olunmuş rəsmi nikahın pozulmasına dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5336/2021 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixdə 579 nömrəli akt qeydi ilə Tovuz rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsini qət etmişdir. Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4638/2023 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğininin indeksasiyasını aparmaqla borcludan xx.xx.2012-ci il təvəllüdlü X1 ve xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borcludan tutulmalı olan alimentin minimum əmək haqqı məbləğinin 0.637 misli məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-256/2025 saylı qərardadı ilə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləği hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.637 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilmişdir. 2022-ci ilin iyun ayından iddiaçı özündə kəskin ağrılar hiss etməyə başlamış, xx.xx.2022-ci il tarixdə şiddətli ağrılar hiss edərək X7 yerləşdirilmiş, aparılan müayinələr nəticəsində ona “Total pankreanekroz. Septiki mərhələ, dərin endogen intoksikasiya anuriya (mədəaltı vəzin çürüməsi)” diaqnozu qoyulmuşdur. Dəfələrlə X7 yerləşdirilsə də, tutulduğu xəstəliklə bağlı müalicə olunsa da, heç bir xeyri olmamışdır. xx.xx.2024-cü il tarixdə ağır vəziyyətdə Uniklinikaya yerləşdirilərək xx.xx.2024- cü il tarixdə ağır əməliyyat keçirmiş, mədəaltı vəzisinin 85 %-i kəsilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixə qədər Uniklinikada həkimlərin nəzarətində olmuş, xx.xx.2024-cü il tarixdə həmin xəstəxanadan ambulator müalicə üçün evə buraxılmış, bu dövr ərzində xəstəliyi ilə əlaqədar aliment ödəmək iqtidarında olmadığı üçün aliment borcu artmışdır. Hal-hazırda aliment borcu 14700 manat olmuşdur. Qanunvericiliyin tələblərindən görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. O, aralarında olan bu mübahisəni mediasiya vasitəsilə həll etmək üçün Mediasiya Şurasına müraciət etmiş, Cavabdeh təklif göndərmiş, Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixə saat 13.30-a ilkin mediasiya sessiyası təyin olunmuş, lakin cavabdeh iclasda iştirak etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddiа tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, mədəaltıvəzin çürüməsinə görə 3 ilə yaxın müalicə almış, ağır xəstə olmuş, sonda əməliyyat olunmuşdur. Həmin müddətdə, yəni 2022-ci ildən 2025-ci ilədək müddətdə valideynləri ödənişləri etmiş, lakin qəbzi təqdim etməmişlər. Xəstəlik dövründə də uşaqların baba və nənəsi uşaqların artıqlaması ilə maddi tələbatını qarşılamış, ödəniş artıqlaması ilə ödənilmişdir. Xəstəxanadan sonra həkim nəzarətində evdə müalicə olunmuşdur. Xəstəliyi işləməyinə maneə yaratmışdır. O, 3 aydan artıqdır ki, Azi restoranında işləyir. Fotoşəkillər xəstəlikdən əvvələ məxsusdur və diskdəki görüntülər son vaxtlara məxsusdur. Xəstə olduğunu nəzərə alaraq alimentdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı təxminən 2020-2021-ci ildən əvvəl adı “Ocaq” olan, sonradan “Azi”yə dəyişdirilən restoranda işləyir. Dəfələrlə restorana getmiş, həmçinin rəqs etmişdir, buna dair şəkillər və videolar var. İndiyədək 5000 manat ödəniş edilmiş, təxminən 15000 manat borcu qalmışdır. İddiaçının valideynləri uşaqlarla görüşürdülər, lakin maddi yardım edilməmişdir. İddiaçının panik atakı olmamışdır. Xəstəxanada olduğu dövr üçün iddia tələbini qəbul edir. Sentyabradək ona ödəniş edilməmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının xəstəliyi olmamışdır. Təqdim etdiyi sənədlərə görə 2023-cü ildə 5 gün stasionar müalicə almışdır. Lakin iddiaçının xəstəliyini təsdiq edən sənədlər onun alimentdən azad edilməsi üçün əsas deyildir. İddiaçının sosial şəbəkədə videoları var, qeyd etdiyi tarixlərdə istirahətdə olmuşdur. Qarşı tərəfin təqdim etdiyi arayışdan görünür ki, əməliyyatdan sonra sağlamlığının vəziyyəti kafi olmuşdur. İddiaçının həmin dövrlərdə xəstəxanada olduğunu və müalicə, əməliyyat olunduğunu qəbul edir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə 579 nömrəli akt qeydi ilə Tovuz rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılmaları, xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. -Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə “K85.8 Kəskin Pankreatit” diaqnozu ilə orta ağır vəziyyətdə X7 yazılmış, xx.xx.2022-ci il tarixdə evə yazılmışdır. -Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə “K85.9 Kəskin Pankreatit” diaqnozu ilə orta ağır vəziyyətdə X7 yazılmış, xx.xx.2023-cü il tarixdə yaxşılaşma vəziyyəti ilə evə yazılmışdır. -Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə “K85.8 Xroniki residivləşən Pankreatit” diaqnozu ilə orta ağır vəziyyətdə X7 yazılmış, xx.xx.2023-cü il tarixdə yaxşılaşma vəziyyəti ilə evə yazılmışdır. -Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı Cavabdeh xeyrinə tutulan xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, cavabdeh İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin artırılmış hissədə tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. -Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə “K85 Kəskin Pankreatit” diaqnozu ilə orta ağır vəziyyətdə X7 yazılmış, xx.xx.2024-cü il tarixdə evə yazılmışdır. -Həmçinin sözügedən çıxarışdan görünür ki, İddiaçı xəstəlik xx.xx.2023-cü il tarixdə başlamışdır. -Uniklinika 1228808/172 sayl epikrizindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə klinikaya epiqastral nahiyədə olan şiddətli ağrı, kəmərvari ağrılar, ürək bulanma, davamlı qusma, ishal, ümumi zəiflik, şikayətləri ilə daxil olmuş, aparılan müayinələr nəticəsində xəstəyə “Total pankreanekroz. Septiki mərhələ. Dərin endogen intoksikasiya. Anuriya” diaqnozu qoyulmuşdur. Xüsusi əməliyyatönü hazırlıqdan sonra xəstədə xx.xx.2024-cü il tarixdə ETN altında “Pankretomiya. Nekroektomiya xolesistostomiya laparostoma çanaq sağ və sol yan kanal drelənməsi” əməliyyatları icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstə xx.xx.2024-cü il tarixdə kafi vəziyyətdə növbəti ambulator müalicəyə yazılmışdır. -Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2026-cı il tarixli, 257791/23-14-51 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4638/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı tərəfindən bugünə qədər aliment ödənişi ödənilməmişdir. Hal-hazırda cavabdeh İddiaçı tələbkar Cavabdeh 14940 manat məbləğində aliment borcu mövcuddur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı "xxxx" MTK-da direktor vəzifəsində işləyir, rəsmi əməkhaqqı məbləği 170 manat təşkil edir. Həmçinin o, işəgötürən X3 yanında restoran idarəedən kimi fəaliyyət göstərir, rəsmi əməkhaqqı məbləği 460 təşkil edir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunvericilikdə aliment ödəməli şəxsin alimenti ödəməkdən azad edilməsinə o halda yol verir ki, aliment borcu şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəlsin, həmçinin ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan verməsin. İşin araşdırılan hallarından görünür ki, iddiaçı səhhətində olan xəstəliyi ilə əlaqədar xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2024-cü il aralığında X5, xx.xx.2024-xx.xx.2024-cü il aralığında isə Uniklinikada müalicə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan tarixlərdə iddiaçının aliment borcu xəstəliyi səbəbindən əmələ gəldiyindən və səhhəti həmin vaxtlarda borcunu ödəməyə imkan vermədiyindən, həmçinin cavabdeh tərəfindən iddia tələbi bu hissədə qəbul edildiyindən sözügedən aralıqlarda iddiaçının aliment borclarını ödəməməsi üzrlü hesab edilərək həmin dövrlər üçün iddiaçı aliment ödəmək öhdəliyindən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2022-xx.xx.2022-ci il (12 gün), xx.xx.2023xx.xx.2023-cü il (6 gün), xx.xx.2023-xx.xx.2023-cü il (7 gün) aralıqlarına münasibətdə 1 uşağa görə 1 gün üçün ödənilməli olan aliment məbləği 5.83 manat (175 manat : 30 gün) təşkil edir. xx.xx.2023-xx.xx.2024-cü il (xəstəliyin başlama tarixi, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla 13 gün), xx.xx.2024-xx.xx.2024-cü il (34 gün) aralıqlarına münasibətdə 1 uşağa görə 1 gün üçün ödənilməli olan aliment məbləği 7.33 manat (220 manat : 30 gün) təşkil edir. Odur ki, silinməli olan pul məbləği 25 gün (12 gün + 6 gün + 7 gün) x 5.83 manat x 2 uşaq = 291.50 manat və 47 gün (13 gün + 34 gün) x 7.33 manat x 2 uşaq = 689.02 manat olmaqla, ümumilikdə 980.52 manat təşkil edir. Eyni zamanda məhkəmə silinməsi tələb olunan qalan pul məbləğinə münasibətdə hesab edir ki, iddiaçı öz iddiasını bu hissədə təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən, həmçinin məhkəmə tərəfindən bu hal öz təsdiqini tapmadığından iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumunun 30 manat hissəsi (təmin edilmiş hissəyə mütənasib olaraq) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 20 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə ona hesablanmış 291.50 manat, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-4638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə isə 689.02 manat olmaqla, ümumilikdə 980.52 manat məbləğində aliment borcunu ödəməkdən azad edilməli, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə ona hesablanmış 291.50 manat, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə isə 689.02 manat olmaqla, ümumilikdə 980.52 manat məbləğində aliment borcunu ödəməkdən azad edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-6053/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6053/2025
05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver