Məhkəmə qərarları › İş №2(012)-6121/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6121/2025

10.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6121/2025 10.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-82/2025 saylı qərardadına əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında bağlanmış rəsmi nikaha xx.xx.2028-ci ildə xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-425 /2018 saylı qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136 manat məbləğində sabit alimentin tutuaraq Cavabdeh ödənilməsi qət edilmişdir.Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1496/2019 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi alimentin məbləği 160 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2982/2020 saylı,xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-1496/2019 saylı,14 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün məndən hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-932/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onun razılığı olmadan, 10 aprel 2014-cü il təvəllüdlü X3 Cavabdeh ilə birlikdə xarici ölkəyə sərbəst surətdə gedibgəlmə hüququnun verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)970/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli, 2(012)-2982/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment məndən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)970/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalaraq şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlamış, lakin təmin olunmamış və 2(012)-1970/2023 saylı, xx.xx.22023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 1970/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay məndən tutulan 220 manat məbləğində alimentin miqdarı xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmçinin iddiaçı bildirmişdir ki, o ikinci dəfə Nümayəndə ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu evlilikdən iki övladları xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təwəllüdlü X9 dünyaya gəlmişdir. Həyat yoldaşı Nümayəndə azyaşlı övladlarına baxdığı üçün, iddiaçı isə xəstə olduğu üçün işləmir. Maddi imkansızlıqdan müalicəsini etdirə bilmir və buna görə də səhhəti günügündən pisləşir, maddi cəhətdən çətinlik çəkir və baxmalı olduğu üç övladının təminatını ödəyə bilmir. Beləliklə, təyin edilmiş 252 manat alimentin azaldılaraq 150 manat müəyyən olunmasını xahiş etmişdir. Göstərilənlərə görə iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında AZ-İİİ ******* saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaq doğulmuşdur. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 8(012)-82/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla əmək haqqının 0,63 misli həddində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan AZ-İ 324047 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah xx.xx.2019cu il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində 130 nömrəli aktla pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qərardadı ilə müəyyən edilən alimentin məbləğinə (ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddi) təsir edə biləcək iddiaçının maddi vəziyyətində dəyişiklik olduğundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını xahiş etməkdə haqlı olmuşdur. Belə ki, alimentin tutulması barədə ilkin qətnamənin qəbul edilməsindən 2 ilə yaxın müddət keçdikdən sonra həmin qətnamə üzrə qəbul edilmiş aliment məbləği iddiaçının maddi vəziyyəti nəzərə alınmadan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli həddində indeksasiya olunması onun ailə və maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin məbləğinə münasibətdə vəziyyətini ağırlaşmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan uşaqlar üçün 246 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 8(012)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 8(012)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar