Məhkəmə qərarları › İş №2(012)-6473/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6473/2021

27.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6473/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə faktiki nikahından doğulmuş 14.06.2021-ci il təvəllüdlü X1 üçün hər ay 500 manat, uşağın 3 yaşına çatana kimi hər ay 300 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, faktiki nikah münasibətlərindən 14.06.2021-ci il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. 02.07.2021-ci il tarixdə atalıq müəyyən edilmiş, X3 atası Cavabdeh müəyyən edilmiş və həmin tarixdən atalığın müəyyən edilməsi haqqında və doğum haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh onu öz ailəsi kimi saymır, ona və uşağına qayğı göstərmir. Hazırda, o, heç bir yerdə işləmir və başqa yerdən gəliri yoxdur, ancaq valideynlərinin köməyi ilə dolanır. Uşağı isə saxlamaq üçün olduqca çoxlu vəsait lazımdır ki, bunun da öhdəsindən o, təkbaşına gələ bilmir, faktiki olaraq başqalarına möhtac olur. Cavabdeh isə ona bu işlərdə nə maddi, nə də mənəvi dəstək olur. Düşünür ki, cavabdeh nə vaxtsa öz məsuliyyətini dərk edəcəkdir. Ona görə də uşağın saxlanılması üçün aliment tələb edir. Hər bir valideyn uşağını saxlamağa borcludur. Bu səbəbdən də hesab edir ki, onun cavabdehlə münasibəti uşağa təsir etməməlidir. Buna görə də cavabdeh uşağa görə aliment ödəməlidir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və kifayət qədər yüksək qazanc əldə edir. Onun uşağın saxlanılması üçün kifayət qədər maddi imkanı var və düşünür ki, hər ay 500 manat aliment ödəyə bilər. Uşaq ana südü ilə qidalandığına görə daima onun yanında qalmaq məcburiyyətindədir. Bu səbəbdən də işləyə bilmir. Ona görə də Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən uşağın 3 yaşına çatana kimi hər ay 300 manat alınıb ona ödənilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin münasibətlərindən 14.06.2021-ci il tarixdə X6 dünyaya gəlmişdir. O, hazırda taksi fəaliyyəti ilə məşğul olur. Bu səbəbdən də uşağın saxlanılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.07.2021-ci il tarixli AZ-İ № 417729 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 14.06.2021-ci il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmiş və bu barədə atalığın müəyyən olunması haqqında akt qeydləri kitabında 02.07.2021-ci il tarixdə 349 nömrə ilə qeydiyyat aparılmışdır. -Sumqayıt Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.07.2021-ci il tarixli AZ-İV № 608537 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 14.06.2021-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3347 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron RPŞ tərəfindən verilmiş 30.03.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsayeva X5 rayonu Masazır kəndində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu Boradigah qəsəbə ərazi dairəsi Boradigah qəsəbəsi 20 Yanvar küçəsi 37 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq):

43. maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3. maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

48. maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Tərəflərin izahatından və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətinə daxil olmuş və onların həmin münasibətlərindən 14.06.2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. Faktiki nikah münasibətindən doğulmuş azyaşlıya münasibətdə cavabdehin atalığının müəyyən olunması barədə Sumqayıt Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02.07.2021ci il tarixli AZ-İ № 417729 saylı şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən, Cavabdeh 14.06.2021-ci il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin, müəyyən olunmuşdur ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olmuş, hazırda, onlar arasında münasibətlər pozulduğundan iddiaçı uşağın saxlanılması üçün hər ay 500 manat alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin uşağın saxlanılması üçün 500 manat alimentin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, lakin cavabdehin işləməsi, işlədiyi halda isə əmək gəlirləri və qazancı barədə əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə, qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn uşаğın mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçı ilə cavabdeh arasında alimentin ödənilməsinə dair qarşılıqlı razılıq olmamasını nəzərə alaraq, 14.06.2021-ci il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən alimentin iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan başlayaraq tutulmalı olduğu tarixdən, yəni 21.10.2021-ci il tаriхdən bаşlаyаrаq Cavabdeh İddiaçı хеyrinə hər аy 175 mаnаt sаbit pul məbləğində аlimеnt tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, eyni zamanda, iddiaçının iddia tələbinin 14.06.2021-ci il təvəllüdlü X3 üç yaşına çatana kimi hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasına dair hissəsində qeyd edir ki, iddiaçı iddia tələbində irəli sürdüyü hallara dair tutarlı, əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, Ailə Məcəlləsinin 84.2. maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçı cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim etməli olduğu halda tələblə bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddia tələbinin bu hissədə əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 14.06.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.10.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar