Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6476/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 11 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 26.02.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 13 il müddətində yığılmış alimentin və hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 25.10.2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 26.02.2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(103)-5135/2008-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh gəlirlərinin ¼ hissəsi miqdarında hər ay alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh aliment ödəmir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, hər ay 175 manat aliment ödəməyə razıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan 076647 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, 26.02.2008-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X3r. Mülki işin materiallarından olan Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2008-ci il tarixli, 2(103)-5135/2008 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2008-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh 26.02.2008-ci il təvəllüdlü X1 üçün 06 oktyabr 2008-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Mülki işin materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2011-ci il tarixli, 8(011)-395/2011 saylı qərardadından müəyyən edilir ki, təqdimat təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2008-ci il tarixli, 2(103)-5135/2008 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Mülki işin materiallarından olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 18 oktyabr 2021-ci il tarixli, A06/2021 saylı arayışdan müəyyən edilir ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək üçün tam mediasiya sessiyasının təyin edilməsi barədə ilkin razılığa gəlsələr də, Cavabdeh sessiyada iştirak etməmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı iddia ərizəsini məhkəməyə 21.10.2021-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması 21.10.2021-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi nəzərə alınmalı, 21.10.2021-ci il tarixdən başlayaraq, 26.02.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “13 il müddətində yığılmış aliment” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2011-ci il tarixli, 8(011)-395/2011 saylı qərardadı ilə alimentin ödənilməsi ilə bağlı icraata xitam verildiyindən hazırki hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 26.02.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli 21.10.2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-6476/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6476/2021
11.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver