Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-652/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Elchin Suleimanova qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Elchin Suleimanova qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 4736 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə atası Nümayəndə ilə Sumqayıt şəhər avtomobil bazarında Cavabdeh adlı şəxsdən VAZ-21065 markalı, **- CH-*** nömrəli minik avtomobili almaq məqsədilə cavabdehə 3536 manat nəğd pul verərək həmin maşını ondan almışlar. Cavabdeh onlara satdığı maşının tam saz vəziyyətdə olduğunu bildirərək şifahi də olsa hər hansı qüsuru olduğunu bildirməmişdir. Cavabdeh adı çəkilən avtomobili şahidlərin iştirakı ilə onlardan göstərilən məbləği alaraq rəsmi satmamış, atası Nümayəndə adına etibarnamə ilə verib getmişdir. Həmin maşını ünvanına gətirərkən yolda sürərək ciddi nasazlıqlar olduğunu hiss etmişlər. Dərhal satan şəxsə xəbərdarlıq etməyə çalışmışlar, lakin onu tapa bilməmişlər. Evakuator vasitəsi ilə maşını yaşadığı ünvana gətirmişlər. X8 tərəfindən maşına baxış keçirilmiş və məlum olmuşdur ki, maşının saz vəziyyətə gətilrilməsi üçün ən azı 827 manat tələb olunur. Maddi çətinlik olduğuna görə onu təmir etmək imkanı yoxdur. Dərhal maşını satan şəxsə atası məktubla şifahi alqı-satqının pozulmasını və ona verilən 3536 manat pulu geri qaytararaq onlara satdığı maşını aparmasını bildirmişdir. Lakin Cavabdeh cavab almamışlar. Cavabdeh ata adı etibarnamədə göstərilmir, bu isə notariusun günahıdır. O, atası Nümayəndə ilə eyni təsərrüfatda, eyni ünvanda yaşayır. Beləliklə, həm atasına, həm də ona cavabdeh tərəfindən maddi-mənəvi ziyan dəymişdir. Cavabdehin hərəkətlərində CMnin 178-ci maddəsinin tərkib hissəsi vardır. Göstərilənlərə əsasən 3536 manat cavabdehə verdikləri nəğd pul, 200 manat gediş-gəliş xərcləri və 1000 manat mənəvi ziyanın əvəzi, ümumilikdə 4736 manat cavabdehdən tutulmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə, cavabdehdən 2481 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə, habelə iştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh Elchin Suleimanova məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan ƏN-Vİİ 517687 saylı, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Respublikasının vətəndaşı Elchin Suleimanov vasitəsilə VAZ- 21065 minik markalı, ** CH *** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətləri etməyi xx.xx.2022-ci il tarixədək Nümayəndə etibar etmişdir. İş materiallarında olan X6 qüsur aktından görünür ki, VAZ-21065 minik markalı, ** CH *** dövlət nömrə nişanlı avtomobilin təmir edilməsinə cəmi 827 manat vəsait tələb olunur. İş materiallarında olan Dövlət Mirasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gürcüstan Respublikasının vətəndaşı Elchin Suleimanov sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, VAZ-21065 minik markalı, ** CH *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X5 olmuşdur və o, bu avtomobil barədə bəzi səlahiyyətləri Elchin Suleimanov vasitəsilə Sumqayıt şəhəri 1 saylı Notariat Ofisində reyestrdə 7E-23166 nömrə ilə qeyd olunmuş etibarnamə əsasında iddiaçının atası Nümayəndə vermişdir. İddiaçı iddia edir ki, əldə etdiyi avtomobil xarab olmuşdur və bu avtomobilin təmirbərpa işlərinə 827 manat vəsait tələb olunur. Ona və atasına şifahi razılaşma ilə satılmış avtomobil razılaşmağa uyğun gəlmədiyinə görə onlara maddi və mənəvi zərər dəymişdir. İddiaçı maddi zərəri 2481 manat (827 manatın 3 misli), mənəvi zərəri isə 5000 manat məbləğində qiymətləndirmişdir. Mülki Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə görə səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçı Elchin Suleimanovun ona hər hansı məbləğdə maddi və ya mənəvi zərər vurmasını iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tələbin əsasını onun izahatı təşkil edir ki, bu da Elchin Suleimanovun onun qarşısında hər hansı öhdəlik daşımasına əsas hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı cəmi 7481 manat pulun tutulması barədə hazırki tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Elchin Suleimanova qarşı pul tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-652/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-652/2023
11.05.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver