Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6656/2024 02.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Kreditor Borclu MTK barəsində ödənilməmiş əmək haqqı barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor Borclu MTK barəsində ödənilməmiş əmək haqqı barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Abşeron-A1' MTK-da hüquqşünas kimi fəaliyyət göstərdiyi dövrdə və gecikdirilmiş hər gün üçün müvafiq olaraq ona ödənilməli olan 4.948 manat əmək haqqının, həmçinin tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun borclu tərəfindən ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlərin təqdim olunmaması əmrdən imtina üçün əsasdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsi, həmçinin əmək müqaviləsinin xitam edilməsi barədə əmr və digər sənədlər iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Borclu MTK barəsində ödənilməmiş əmək haqqının tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-6656/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6656/2024
02.12.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver