Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-674/2022 09.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin ləğvi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı müqavilənin ləğvi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Abşeron rayonu, H.Əliyev prospekti, 11-ci məhəllə, 7-ci bina, 60 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 11 fevral 2016-cı il tarixli ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Abşeron rayonu, H.Əliyev prospekti, 11-ci məhəllə, 7-ci bina, 60 saylı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 58239 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da, cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və qanunun tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 58239 manat kredit götürmüşdür. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 3230 manat təşkil edir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh iddiaçıya borcunu ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin “Beynəlxalq Bank” tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzilin boşaldılaraq təhvil verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh bildirdi ki, MTK ondan 4000 manat pul tələb edir, onun isə maddi vəziyyəti ağır olduğundan heç bir ödəniş edə bilmir. Buna görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 11 fevral 2016-cı il tarixli, ********* saylı payçı müqaviləsindən müəyyən edilir ki, İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11-də tikilməkdə olan 7-ci bina, 1-ci blok, 5-ci mərtəbə, 60 №-li, 2 otaqlı mənzili tikib payçı Cavabdeh verməyi öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 61250 manat təşkil edir. Payçı ilkin ödəniş etmədən qalan 61250 manatı İddiaçı MTK, Cavabdeh və "xxxx" ASC arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarından olan 11 fevral 2016-cı il tarixli, 13-xx-xx-2016-RO-X1 saylı təminatlı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən müəyyən edilir ki, borcverən "xxxx" ASC borcalan Cavabdeh onunla İddiaçı MTK arasında imzalanmış 11 fevral 2016-cı il tarixli, ********* saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 61250 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalan isə ona verilən krediti 240 ay müddətinə illik 8% olmaqla, hər ay 58239 manat (hər ay 555,11 manat, sonuncu ay 553,46 manat) şəklində borcverənə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarından olan 11 fevral 2016-cı il tarixli, 13-xx-xx-2016-RO-X1 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 11 fevral 2016-cı il tarixli, 13-xx-xx-2016-RO-X1 saylı kredit müqaviləsinə əsasən 61250 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin İddiaçı MTK borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pulu vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki işin materiallarından olan 20 oktyabr 2021-ci il tarixli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişdən müəyyən edilir ki, banka olan ödəniş cədvəli üzrə 3230 manat məbləğində borcu ödəmədiyi təqdirdə, ABB-nin borcu tələb etməklə zaminlik müqaviləsinə əsasən zamin İddiaçı MTK-ya müraciət edərək, o isə öz növbəsinə alqı-satqı müqaviləsinə əsasən kreditin təminatı kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11-də tikilməkdə olan 7-ci bina, 1-ci blok, 5-ci mərtəbə, 60 №-li, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malik olması barədə Cavabdeh məlumatlandırılmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı MTK və Cavabdeh arasında bağlanan payçı müqaviləsinə görə sonuncuya müqavilədə sözügedən mənzil satılmışdır. "xxxx" ASC və Cavabdeh arasında bağlanan kredit müqaviləsinə görə isə həmin mənzilin alınması üçün sonuncuya 58239 manat məbləğində kredit verilmişdir. Tərəflərin üçü arasında imzalanan zaminlik müqaviləsinə görə İddiaçı MTK Cavabdeh "xxxx" ASC qarşısında olan kredit öhdəliyinin icrası üçün bütün məsuliyyəti üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq ödənişləri ödəməkdən yayındığı üçün bank İddiaçı MTK-ya müraciət etmişdir. MTK sözügedən mənzili sahibliyinə keçirərək bank qarşısında borcunu bağlamağı qərara almışdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 760-cı maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. 11 fevral 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilənin qiyməti “Payçı”, “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətdən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. 11 fevral 2016-cı il tarixli, 13-xx-xx-2016-RO-X1 saylı təminatlı kredit müqaviləsinin 13.2-ci bəndinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Həmin kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 11 fevral 2016-cı il tarixli ********* №-li İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 7, ümumi sahəsi 48,6 kv.m ibarət 2 otaqlı, 60 №-li mənzilin boşaldılmasını tələb edir, borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış payçı müqaviləsinə əsasən payçı tərəfindən müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, Cavabdeh payçı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2016-cı il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 11-ci məhəllə, 7-ci bina, 60 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2016-cı il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 11-ci məhəllə, 7-ci bina, 60 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-674/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-674/2022
09.03.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver