Məhkəmə qərarları › İş №2(012)-690/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-690/2021

14.04.2021 · Sair mülki iş - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-690/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Cəmilə İbrahim qızı Səfiyevanın sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı3 vəkili-nümayəndəsi Vəkil, iddiaçılar İddiaçı2 və İddiaçı3, Cavabdeh7 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh15, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X4, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron rayon İdarəsi, Abşeron rayonu 2 saylı notariat kontoru və Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh15, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X4, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron rayon İdarəsi, Abşeron rayonu 2 saylı notariat kontoru və Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la Cəmaləddin Qənbərov arasında bağlanmış və 03.11.2016-cı il tarixli 3M-2040 reyestr nömrəsi ilə təsdiq edilmiş torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsinin, Cavabdeh1la Cavabdeh5 arasında bağlanmış və 10.09.2015-ci il tarixli 3M-1251 reyestr nömrəsi ilə təsdiq edilmiş torpaq sahəsi üzərində olan icarə hüquqlarının alqı-satqı müqaviləsinin, Cavabdeh1la Cavabdeh4 arasında bağlanmış və 15.09.2015-ci il tarixli 3M-1288 reyestr nömrəsi ilə təsdiq edilmiş torpaq sahəsi üzərində olan icarə "hüquqlarının alqı-satqı müqaviləsinin, R.X3 Anatolyevna arasında bağlanmış və 09.10.2015-ci il tarixli 3M-1553 reyestr nömrəsi ilə təsdiq edilmiş torpaq sahəsi üzərində olan icarə hüquqlarının alqı satqı müqaviləsinin, Cavabdeh1la Şahidayat Cəlilov arasında bağlanmış və 15.05.2015-ci il tarixli 3M—3-803 reyestr nömrəsi ilə təsdiq edilmiş torpaq sahəsi üzərində olan icarə hüquqlarının alqı-satqı müqaviləsinin, Cavabdeh1la Cavabdeh15 arasında bağlanmış və 28.06.2016-ci il tarixli 3M-1047 reyestr nömrəsi ilə təsdiq edilmiş torpaq sahəsi üzərində olan icarə hüquqlarının alqı-satqı müqaviləsinin, Cavabdeh15lə Cavabdeh8 arasında bağlanmış 28.07.2016- ci il tarixli 3M-1055 reyestr nömrəsi ilə təsdiq edilmiş torpaq sahəsi üzərində olan icarə hüquqlarının alqı satqı müqaviləsinin, Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış 07.04.2015-ci il tarixli 3M-2-610 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin, Cavabdeh2lə Cavabdeh6 arasında bağlanmış J 5.12.2017-ci il tarixli 3M-1236 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqavilələrinin, Şahidayat Cəlilovun vərəsələrinə verilmiş 12.10.2016-cı il tarixli 2V-871 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 12.10.2016-cı il tarixli 1147 reyestr nömrəli miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 24.11.2016-cı il tarixli **********18 nömrəli, 18.09.2015-cı il tarixli **********84 nömrəli, 19.09.2015-cı il tarixli **********93 nömrəli, 28.10.2015-cı il tarixli **********93 nömrəli, 04.07.2015- cı il tarixli **********08 nömrəli, 29.10.2016-cı il tarixli **********08 nömrəli, 16.07.2016- cı il tarixli **********09 nömrəli, 19.08.2016-cı il tarixli **********09 nömrəli, 16.04.2015-cı il tarixli **********63 nömrəli 16.04.2015-cı il tarixli **********63 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,Abşeron rayon İcra hakimiyyəti başçısının 23 avqust 2010-cu il tarixli 1188 saylı sərəncamı ilə X7 Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində 99 (doxsan doqquz) il müddətinə sahibkarlıq məqsədilə 1,0 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. X9 ilə Abşeron rayon İcra hakimiyyəti arasında 23.08.2010-cu il tarixli 1188 nömrəli “Torpaq icarə müqaviləsi” bağlanmışdır. X9 ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2015-ci il tarixli “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi”nə əsasən Ş.Abbasov ƏMDK yanında DƏDRX-nin Abşeron ərazi idarəsinin ********** qeydiyyat №li 11.08.2011-ci il tarixli **********06 reyestr №li Çıxarışına əsasən icarəsində olan və Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən 0,5 ha torpaq sahəsindən 0,48 ha torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh1 5000 AZN-ə satmışdır.Abşeron rayon İcra hakimiyyəti başçısının 08.11.2010-cu il tarixli 1755 saylı sərəncamı ilə X7 Abşeron Quşçuluq KTMİ müəssisəsi ərazisində 99 (doxsan doqquz) il müddətinə sahibkarlıq məqsədilə 1,0 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. X9 ilə Abşeron rayon İcra hakimiyyəti arasında 08.11.2010-cu il tarixli 1755 nömrəli “Torpaq icarə müqaviləsi” bağlanmışdır. X9 ilə Cavabdeh1 arasında bağlanmış 06 fevral 2014-cü il tarixli “Torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsi”nə əsasən Ş.Abbasov ƏMDK yanında DƏDRX-nin Abşeron ərazi idarəsinin********** qeydiyyat №li 11.05.2011-ci il tarixli **********50 reyestr №li Çıxarışına və DƏDRX-nin 4 saylı ərazi idarəsinin 04 fevral 2014-cü il tarixli 1113 №li arayışına əsasən icarəsində olan və Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh1 150000 AZN-ə satmışdır. Cavabdeh1 tərəfindən yuxarıda qeyd olunan alqı-satqı müqavilələrinin tələblərinə əməl olunmadığından alqı-satqı müqavilələrinin ləğv edilməsi və torpaq sahələrinin Ş.Abbasova geri qaytarılması tələbi ilə sonuncu tərəfindən Abşeron rayon Məhkəməsinə müraciət olunmuş məhkəmənin 3 oktyabr 2016-cı il tarxili 2(012)- 3893/2016 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.05.2017-ci il tarixli 2(105)1170/2017 saylı qətnaməsi ilə yuxarıda sözügedən alqı-satqı müqavilələri ləğv edilmiş və müqavilələrin predmeti olan 1,0 və sahə 0,48 hektar torpaq sahələrinin Cavabdeh1 alınaraq Ş.Abbasova geri qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.05.2017-ci il tarixli 2(105)1170/2017 saylı qətnaməsidən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2017-ci il tarixli 2(102)-6825/17 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.05.2017-ci il tarixli 2(105)1170/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X9 8 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 28.02.2019-cu il tarixli 2V-71, 2V-72 və 2V-73 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən Ş.Abbasovun arvadı İddiaçı1, oğulları- İddiaçı3 və İddiaçı2 Şaiq Abbasovun vərəsələri qismində tanınmışlar.Qeyd olunanları nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.05.2017-ci il tarixli 2(105)1170/2017 saylı qanuni qüvvəyə mimiş qətnaməsinin icra edilib edilməməsi ( Abşeron rayon Quşçuluq savxozu ərazisində yerləşən 1 ha və 0,48 ümumlikdə 1,48 ha torpaq sahəsi üzərində Ş.Abbasovun icarə hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınıb-alınmaması və torpaq sahəsinə dair texniki passportun hazır olub-olmaması) barədə məlumat əldə etmək məqsədilə aidiyyəti üzrə Abşeron rayon İcra və Pobasiya şöbəsinə və ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin 09.12.2019-cu il tarixli **********81 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Ş.Abbasovla Cavabdeh1 arasında icarə hüquqlarının alqısatqısı barədə müqavilələr qüvvədə olduğu müddətdə sonuncu tərəfindən öz növbəsində icarə hüquqlarının aşağıda göstərilən qaydada başqalarının adına özgəninkiləşdirmişdir.03.11.2016-cı il tarixli 3M-2040 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1la Cəmaləddin Qənbərov arasında bağlanmış torpaq sahəsi üzərində icarə hüquqularının alqı-satqı müqaviləsinə əsasən 0.48 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.04 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 24.11.2016-cı il tarixli **********18 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır ,Cavabdeh1la Cavabdeh5 arasında bağlanmış və 10.09.2015-ci il tarixli 3M-1251 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.03 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 18.09.2015-cı il tarixli **********84 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır,Cavabdeh1la Cavabdeh4 arasında bağlanmış və 15.09.2015-ci il tarixli 3M-1288 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.03 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 19.09.2015-cı il tarixli **********93 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh4 öz növbəsində 0.03 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarını 09.10.2015-ci il tarixli 3M-1553 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 28.10.2015-cı il tarixli **********93 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır,Cavabdeh1la Şahidayat Cəlilov arasında bağlanmış və 15.05.2015-ci il tarixli 3M—3-803 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.03 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 04.07.2015-cı il tarixli **********08 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Ş.Cəlilovun vərəsələri tərəfindən vərəsəlik hüququ rəsmiləşdirilərək, 12.10.2016-cı il tarixli 2V-871 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 12.10.2016-cı il tarixli 1147 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında 29.10.2016-cı il tarixdə Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrdində **********08 nömrəsi ilə qeydiyyata alınmışdır,Cavabdeh1la Cavabdeh15 arasında bağlanmış və 28.06.2016-ci il tarixli 3M-1047 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.05 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 16.07.2016-cı il tarixli **********09 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh15 öz növbəsində 0.03 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarını 28.07.2016-ci il tarixli 3M-1055 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı satqı müqaviləsinə əsasən Cavabdeh8 adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 19.08.2016-cı il tarixli **********09 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır,Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış və 07.04.2015-ci il tarixli 3M-2- 610 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.03 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 16.04.2015-cı il tarixli **********63 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh2 öz növbəsində 0.03 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarını 15.12.2017-ci il tarixli 3M-1236 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı satqı müqaviləsinə əsasən Cavabdeh6 adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 17.01.2018-cı il tarixli **********63 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır, Həmçinin, iş materiallarından da məlum olur ki, Cavabdeh1 yalan vədlər verərək X1 olan torpaq sahələrini ələ keçirmiş və həmin torpaq sahələrinə olan icarə hüquqlarını alqısatqı yolu ilə tanışlarının adına rəsmiləşdirmişdir. Belə ki, ərizəyə qoşma edilmiş sənədlərdən də göründüyü kimi Cavabdeh1 qısa bir zaman kəsiyində yuxarıda qeyd olunan alqı-satqı müqavilələri bağlamış, bir çox halda isə icarə hüququnun alıcıları da öz növbələrində həmin hüququ başqalarına satmışlar. Eyni zamanda bəzi müqavilələr hətta Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırılan dövrdə bağlanmışdır. Göründüyü kimi, Cavabdeh1la digərləri arasında bağlanmış torpaq sahəsinə icarə hüquqlarının alqı-satqısı müqavilələri və həmin müqavilələr əsasında aparılmış hüquqi hərəkətlər etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı3 vəkili-nümayəndəsi iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı Abbasova Səhər0naz Nəcəf qızı ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh7 iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh1la onun əri Şahidayat Cəlilov arasında bağlanmış və 15.05.2015-ci il tarixli 3M—3-803 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.03 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 04.07.2015-cı il tarixli **********08 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Ş.Cəlilovun ölümündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə və 12.10.2016-cı il tarixli 1147 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında 29.10.2016-cı il tarixdə onun, yəni Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrində **********08 nömrəsi ilə qeydiyyata alınmışdır.Torpaq sahəsinin üzərindəki evi “Ələskəroğlu” şirkəti tikib onlara təhvil vermiş,açarı götürmək vaxtı gələndə məlum oldu ki, ev bir neçə adama satılıb, sonra MTK-nın sədri həbs edildi,evin əvəzində onlara torpaq sahəsi verildi, torpaq sahəsinin üzərində ev tikib orada yaşayırlar.Həmin ərazidə boş torpaq sahəsi yoxdur, evlər tikilmişdir. Torpağın mübahisəli olduğunu bilməmişdir. Məhkəmə iclasında cavabdeh Qənbərov Camaləddin İsa oğlu iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Ramazan Cəfərovdan ev almalı idilər, ev təhvil verilmədi,onun əvəzində torpaq sahəsi verildi, üzərində ev tikib orada yaşayırlar.Ümumiyyə,lə o ərazidə boş torpaq sahəsi yoxdur, evlər tikilmişdir.Torpağın mübahisəli olduğunu bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş digər tərəflər məhkəmə iclasında iştirak etmədilər.NK-ları ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakları olmadan işə baxılmasını məhkəmədən xahiş etmişlər.Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyin, işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərin araşdırılmasından müəyyən edilir ki, 03.11.2016-cı il tarixli 3M-2040 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh1la Cəmaləddin Qənbərov arasında bağlanmış torpaq sahəsi üzərində icarə hüquqularının alqı-satqı müqaviləsinə əsasən 0.48 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.04 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 24.11.2016-cı il tarixli **********18 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır Cavabdeh1la Cavabdeh5 arasında bağlanmış və 10.09.2015-ci il tarixli 3M-1251 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.03 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 18.09.2015-cı il tarixli **********84 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh1la Cavabdeh4 arasında bağlanmış və 15.09.2015-ci il tarixli 3M-1288 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.03 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 19.09.2015-cı il tarixli **********93 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh4 öz növbəsində 0.03 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarını 09.10.2015-ci il tarixli 3M-1553 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 28.10.2015-cı il tarixli **********93 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh1la Şahidayat Cəlilov arasında bağlanmış və 15.05.2015-ci il tarixli 3M— 3-803 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.03 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 04.07.2015-cı il tarixli **********08 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Ş.Cəlilovun vərəsələri tərəfindən vərəsəlik hüququ rəsmiləşdirilərək, 12.10.2016-cı il tarixli 2V-871 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 12.10.2016-cı il tarixli 1147 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əssında 29.10.2016-cı il tarixdə Cavabdeh7 adına daşınmaz əmlakın dövlət reyestrdində **********08 nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh1la Cavabdeh15 arasında bağlanmış və 28.06.2016-ci il tarixli 3M-1047 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.05 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 16.07.2016-cı il tarixli **********09 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh15 öz növbəsində 0.03 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarını 28.07.2016-ci il tarixli 3M-1055 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı satqı müqaviləsinə əsasən Cavabdeh8 adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 19.08.2016-cı il tarixli **********09 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış və 07.04.2015-ci il tarixli 3M-2-610 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 1 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarının 0.03 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 16.04.2015-cı il tarixli **********63 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh2 öz növbəsində 0.03 ha torpaq sahəsi üzərində olan icarə hüquqlarını 15.12.2017-ci il tarixli 3M-1236 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı satqı müqaviləsinə əsasən Cavabdeh6 adına özgəninkiləşdirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 17.01.2018-cı il tarixli **********63 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(102)-6825/17 saylı Qərarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 3 oktyabr 2016-cı il tarxili 2(012)-3893/2016 saylı qətnaməsi ilə Abbasov Şaiq Qafar oğlunun cavabdeh Cəfərov Ramazan Əkbər oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmiş,iddiaçı tərəfindən qətnamədən verilmiş apelyasiya şikayəti təmin edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.05.2017-ci il tarixli 2(105)1170/2017 saylı qətnaməsi ilə yuxarıda sözügedən alqı-satqı müqavilələri ləğv edilmiş və müqavilələrin predmeti olan 1,0 və sahə 0,48 hektar torpaq sahələrinin Cavabdeh1 alınaraq Ş.Abbasova geri qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.05.2017-ci il tarixli 2(105)1170/2017 saylı qətnaməsidən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2017-ci il tarixli 2(102)-6825/17 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.05.2017-ci il tarixli 2(105)1170/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apelyasiya Məhkəməsinin 05.05.2017-ci il tarixli 2(105)1170/2017 saylı qətnaməsi icra edilməsi üçün DƏDRX-nin 4 saylı Əİ-ə göndərilmişdir. İşin materiallarında olan DƏDRX-nin 4 saylı Əİ tərəfindən iddiaçının vəkilinə ünvanlanan 09.12.2019-cu il tarixli arayışdan görünür ki, qeyd edilən qətnamə alqısatqı müqavilələrinin ləğv edilməsi hissəsində icra edilmidir,lakin 1 ha və 0,48 ha torpaq sahələrinin üzərində icarə hüquqularının Cəfərov Ramazan Əkbər oğlundan alınaraq Abbasov Şaiq Qafar oğluna qaytarılması hissəsində icrası mümkün olmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi ilə bağlı hələ 2016-cı ildə məhkəmə mübahisələri olmasına baxmayaraq,iddianın təmini tədbiri görülmədiyindən istər məhkəməəyədək, istərsə də, məhkəmə prosesinin gedişi dövründə mübahisəli torpaq sahəsi hissələrlə ayrı-ayrı şəxslərə satılmış, onlar da öz hüquqlarını müvafiq qaydada rəsmiləşdirmişlər.İddiaçı öz sağlığında bunu mübahisələndirməmiş, onun ölümündən sonra vərəsələri hazırda bunu mübahisələndirmişlər. İşin məhkəmə baxışında tərəflərin izahatı alınarkən cavabdehlərə münasibətdə mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə prosesindən məlumatlarının olmadığını bildirdilər.Bu hal işin materialları ilə də təsdiq olunur.Bundan başqa, mübahisəli torpaq sahəsinin icarədarı olmuş Şaiq Abbasov torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına baxmayaraq, tikintinin dayandırılması üçün hər hansı tədbir görməmiş, cavabdehlər isə artıq neçə illərdir ki, mübahisəli torpaq sahəsinin üzərində inşa olunan tikililərdə yaşayırlar. Bu isə onu göstərir ki, əsas icarədar mübahisəli torpaq sahəsi üzərində hüquqlarının pozulduğunu hələ 2015-2016-cı illərdə bilməsinə və bilməli olmasına baxmayaraq, bu barədə vaxtında iddia qaldırmamış,iddia müddətini ötürməklə onun varisləri hazırda məhkəmədə iddia qaldırmışlar. Həmçinin, məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin tərəfi olan əldə edənlər, yəni cavabdehlər vicdanlı əldə edənlərdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin məhkəmə qeyd edir ki, “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, Mülki Məcəlləsinin 367.1-ci maddəsinin tələbinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 368-ci maddəsinin tələbinə görə, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır Həmin Məcəllənin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 372.2.). Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər vicdanlı əldə edənlər hesab edildiyindən və iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh15, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X4, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron rayon İdarəsi, Abşeron rayonu 2 saylı notariat kontoru və Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar