Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-656/2021 02.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Hüseynov Nurəli Əvəz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması, həmin tikiliyə onun mülkiyyət hüququnun tanınması və daşınmaz əmlak kimi onun adına qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması, həmin tikiliyə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ifadəsində göstərmişdir ki, 30 may 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsi onun mülkiyyətindədir. 2017-ci ilin aprel-may aylarında o və əri Nəbiyev Nurəddin tərəfindən həmin torpaq sahəsinə çay daşı və mişar daşı alınaraq yığılmış və 2017-ci iin payız aylarında evin inşasına başlanılmışdır. Beləliklə o, mülkiyyətində olan torpaq sahəsində 1 otaqlı, mətbəxi və eyvanı olan fərdi yaşayış evi inşa etdirmişdir. Hazırda o, həmin daşınmaz əmlak üzərində hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata aldırmaq istəyir. Lakin evin inşası yarımçıq olduğuna görə sənəd ala bilmir. Onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Ona görə də hesab edir ki, onun həmin fərdi yaşayış evinə mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsindən xəbəri vardır. Həmin qətnaməyə əsasən iddiaçı X11 cavabdeh X4 qarşı “əmlakın bölünməsi və yaxud dəyərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş və Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinə çəkilən 20278 manat xərcin ½ hissəsi olan 10139 manat cavabdeh X2 alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. Bildirmişdir ki, Səlahəddin onun oğlu, Günel isə keçmiş gəlinidir. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında da qüvvəsində saxlanılmışdır. Qeyd etmişdir ki, hazırda onun tərəfindən tikilməsi faktinin müəyyən edilməsini tələb etdiyi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi ilə mübahisə predmeti olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi ilə eyni əmlakdır. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)- 86/2019 saylı qətnaməsi icra olunmadığına görə oğlu Səlahəddin inzibati qaydada həbs edilmişdir. Düşünür ki, bundan sonra onun barəsində cinayət işi açılacaqdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən əmlakın onun tərəfindən tikilməsi faktı müəyyən olunarsa Günel onlardan hər hansı pul tələb edə bilməyəcəkdir. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi çıxarılarkən həmin proseslərdən xəbərləri olmuşdur. Hesab edir ki, həmin qətnamə saxta faktlar əsasında çıxarılmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materilına əlavə edilmiş, işdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən Şəki şəhər Bələdiyyəsinə göndərilmiş 15 avqust 2007-ci il tarixli, 595/218 nömrəli məktubdan görünür ki, X4 şəhərin 118-ci kvartalından fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılması ilə əlaqədar göndərilmiş məktub araşdırılmış, həmin torpaq sahəsinə baxış keçirilmişdir. Əlaqədar idarə və təşkilatların razılığı, layihə-smeta sənədləri şəhərin baş memarı ilə razılaşdırıldıqdan sonra sxemdə göstərilən ərazidən X4 fərdi yaşayış evi tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materilına əlavə edilmiş, işdə olan DTXK-nin Şəki rayon Şöbəsi tərəfindən Şəki şəhər Bələdiyyəsinə göndərilmiş 15 avqust 2007-ci il tarixli, 78 nömrəli məktubdan görünür ki, X4 şəhərin 118-ci kvartalından fərdi yaşayış evi tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmasına dair tərtib olunmuş ilkin torpaqayırma sənədləri bələdiyyəyə göndərilir və satılmış torpaq sahəsinə hüquqi sənəd alınaraq dövlət reyetrindən qeydiyyatdan keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz edilmir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materilına əlavə edilmiş, işdə olan torpaq sahəsinin ayrılmasına sahəni seçmə aktından görünür ki, Şəki şəhər Bələdiyyəsinə daxil olmuş ərizəsinə əsasən X4 şəhərin 118-ci kvartalından memarlığın təsdiq etdiyi sxemdə göstərilən ərazidən fərdi yaşayış evi tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi seçilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materilına əlavə edilmiş, işdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X19 filialı tərəfindən verilmiş 23 may 2016-cı il tarixli, 848 nömrəli arxiv çıxarışından görünür ki, Şəki şəhər Bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli qərarı ilə X4 fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin prespektiv inkişaf fondundan 118-ci kvartaldan mülkiyyətinə 600 kvadrat metr torpaq sahəsi satılmasına və yaşayış evinin tikintisinə icazə verilməsi, torpağa icarə haqqını (dəyərini) bələdiyyənin Beynəlxalq bankdakı 363503 AZN 3308-01 xüsusi hesabına ödəməsi qərara alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materilına əlavə edilmiş, işdə olan 23 yanvar 2008-ci il tarixli qəbzdən görünür ki, Səlahəddin Nəbiyev ona satılmış torpaq sahəsi ilə bağlı Şəki şəhər Bələdiyyəsinin 363503 AZN 3308-01 xüsusi hesabına 600 manat ödəmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materilına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 06 may 2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri 118-ci kvartal ünvanında yerləşən ümumi ölçüsü 0,06 ha olan torpaq sahəsi X4 verilmiş və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 12 may 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanılması müqavilə”sinin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri, 118ci kvartal ünvanında yerləşən mülkiyyətdə olan ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materilına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 30 may 2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri 118-ci kvartal ünvanında yerləşən ümumi ölçüsü 0,06 ha olan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materilına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 27 aprel 2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri 118-ci kvartal ünvanında yerləşən ümumi ölçüsü 0,06 ha olan torpaq sahəsi X7 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 17 may 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanılması müqavilə”sindən görünür ki, X5 şəhəri, 118-ci kvartal ünvanında yerləşən mülkiyyətində olan ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materilına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 12 iyun 2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri 118-ci kvartal ünvanında yerləşən ümumi ölçüsü 0,06 ha olan torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)- 86/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X11 cavabdeh X4 qarşı “əmlakın bölünməsi və yaxud dəyərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinə çəkilən 20278 manat xərcin ½ hissəsi olan 10139 manat və iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdeh X2 alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15.10.2021-ci il tarixli, 10/3589 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, - ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 hektar torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi mövcuddur və sözügedən fərdi yaşayış evi tikinti norma və qaydalarına uyğun olaraq inşa edilmişdir. - Fərdi yaşayış evində faktiki olaraq iddiaçılar yaşayış və fərdi yaşayış evi yaşayış üçün yararlı vəziyyətdədir. - Fərdi yaşayış evi ilə qonşu evlər arasında olan məsafə 13 metr təşkil edir və həmin yaşayış evi qonşularla ara məsafə sərhədləri gözlənilməklə inşa edilmişdir. - Qərardadın beşinci sualı üzrə qeyd olunur ki, bu sualın cavablandırılması məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. - Aparılan tikinti işləri ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində aparılmışdır və yerləşdiyi ərazinin memarlıq üslubuna xələl gətirmir. - Sözügedən fərdi yaşayış evi tam olaraq Seriya RX ******* nömrəli çıxarış üzrə İddiaçı mülkiyyətində olan 0.06 hektar torpaq sahəsinin üzərində inşa edilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05.03.2021-ci il tarixli, **********00 saylı imtina məktubunda görünür ki, Şəki şəhəri, 118-ci kvartalda inşa edilmiş fərdi yaşayış evinin (yarımçıq tikilinin) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə 09 fevral 2021-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, müraciətə 23 may 2017-ci il tarixli, 156376 saylı torpaq sahəsinin planı və ölçüsü və 30 may 2017-ci il tarixli, 3017C02858 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əlavə edilsə də, tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində qeydiyyatı üçün 'Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən əsaslar təqdim edilmədiyindən ərizənizin icrası mümkün olmamışdır. Hüquqların qabaqcadan qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Gərarı ilə təsdiq edilmiş 2 saylı əlavəyə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dar arayışın verilməsi haqqında” təlimata uyğun hazırlanmış daşınmaz əmlakın dövlət reyestrindən arayışla rəsmiləşdirilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı “Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması” hissəsində təmin edeilməməli, “həmin tikiliyə onun mülkiyyət hüququnun tanınması” hissəsində isə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Belə ki, MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.11-ci maddəsinə görə isə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Bundan başqa MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə gəldikdə isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. İşə əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)- 86/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X11 cavabdeh X4 qarşı “əmlakın bölünməsi və yaxud dəyərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş və Şəki şəhəri, 118ci kvartalda yerləşən fərdi yaşayış evinə çəkilən 20278 manat xərcin ½ hissəsi olan 10139 manat cavabdeh X2 alınaraq iddiaçı X12 verilməsi qət edilmişdir. Həmin qətnamənin məzmununa nəzər saldıqda müəyyən olunur ki, Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X15 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi faktı artıq müəyyən olunmuşdur. X6 isə hazırda iddiaçı olan İddiaçı övladıdır. Yəni, İddiaçı X3 anasıdır. Hazırda İddiaçı onun tərəfindən tikilməsi faktinin müəyyən edilməsini tələb etdiyi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi, Şəki Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(075)-86/2019 saylı qətnaməsi ilə mübahisə predmeti olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi ilə eyni əmlakdır. Göründüyü kimi Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evinin X6 və X15 tərəfindən onların birgə nikahda olduqları dövrdə tikilməsi hüquqi faktı artıq müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2014-cü il tarixli Qərarının məzmununda qeyd edilmişdir ki, MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan (iddiaçı və ya cavabdeh qismində) asılı omayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir. C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.02.2007-ci il tarixli Qərarında qeyd olunur ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Həmçinin C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06.06.2014-cü il tarixli Qərarında isə qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyası yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Oxşar hüquqi mövqe insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, Avropa Məhkəməsinin Penias və Ortmair Avstriyaya qarşı iş üzrə 2011-ci il 18 oktyabr tarixli qərarında qeyd olunmuşdur ki, hüququn aliliyinin fundamental əlamətlərindən biri olan hüquqi müəyyənlik prinsipi baxımından daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları mübahisələndirilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarında qeyd olumuşdur ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması hissəsində təmin edilməməli, iddianın “həmin tikiliyə onun mülkiyyət hüququnun tanınması” hissəsində isə işin icraatına xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(075)-656/2021 saylı qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat İddiaçı alınıb Dövlət büdcəsinə- Az. MEM, VÖEN**********,X10 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi faktının tanınması tələbinə dair iddiası təmin edilməsin. İddianın “Şəki şəhəri, 118 kvartalda yerləşən 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması” hissəsində işin icraatına xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(075)-656/2021 saylı qərardadı nəzərə alınsın. İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Ekspertiza xərci olan 50 manat İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X10 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov.
Məhkəmə qərarları › İş №2(075)-656/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-656/2021
02.12.2021 · Sair mülki iş - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver