Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-696/2024 29.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə qaydaları müəyyən olunmaqla evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı istifadə qaydaları müəyyən olunmaqla evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu azyaşlı uşaqları ilə birlikdə gəlin köçüb yaşadığı, hazırda da cehiz əmlakının yerləşdiyi Cavabdeh məxsus ünvan 1 ünvanındakı mənzildən istifadə qaydalarının müəyyən olunmaqla həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülmüş və bir sıra prosessual hərəkətlər (sorğular verilmişdir) edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə etdi və bildirdi ki, mübahisəli mənzil qanunsuz tikilidir və heç bir sənədi yoxdur. Onun yerləşdiyi torpaq sahəsində 3 ayrı ev var. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, mübahisəli mənzildə yaşamır. Hazırda mübahisəli mənzildə qardaşı ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddia tələbini qəbul etmədi və bildirdi ki, mübahisəli mənzilin heç bir sənədi yoxdur. Onun yerləşdiyi torpaq sahəsi isə onun dayısının adına rəsmiləşdirilib. Kommunal müqavilələr isə onun adınadır. Həyətdə 3 ayrı tikili var və hamısı dayısının adınadır. Hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvan isə Binəqədi rayonunun inzibati ərazisində yerləşir. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı istifadə qaydaları müəyyən olunmaqla evə köçürülmə tələbinə dair 2(012)-696/2024 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, Bakı şəhəri, Binəqədi rayon İcra Haimiyyəti Xocəsən qəsəbəsi üzrə nümayəndəlik tərəfindən sorğuya cavab olaraq göndərilmiş məktubda mübahisəli “Sulu təpə qəsəbəsi R.Allahverdiyev küçəsi ev №5” ünvanındakı mənzilin Bakı şəhəri Binəqədi rayonunda yerləşməsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qanunun tələblərindən də göründüyü kimi, mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə tələbi barədə iddialar həmin əmlakın (mənzilin) yerləşdiyi yerə görə verilməlidir. Bu səbəbdən məhkəmə hazırki iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərarına gəlir. Belə ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin Xocasən Qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanı inzibati cəhətdən Bakı şəhəri Binəqədi rayonunun ərazisində yerləşir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa mümkündür. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı istifadə qaydaları müəyyən olunmaqla evə köçürülmə tələbinə dair 2(012)-696/2024 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-696/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-696/2024
29.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver