Məhkəmə qərarları › İş №2(012)-6987/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6987/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6987/2021 01.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1 ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəməyə ünvanlanmış hazırki iddia ərizəsi Vəkil tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Vəkil adına olan vəkil oderindən görünür ki, hüquqi yardım göstərilən şəxs İddiaçıdır. Lakin, İddiaçı adından həmin iddia ərizəsinin Vəkil tərəfindən imzalanması səlahiyyətini təsdiq edən etibarnamə iş materiallarında yoxdur.X3 tərəfindən Vəkil Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 27 oktyabr 2021-ci il tarixli etibarnamə ilə X3 özünə məxsus səlahiyyətlərini həyata keçirmək üçün vermişdir. Bundan başqa, iş materiallarında İddiaçı tərəfindən X1 Rusiya Federasıyası Moskva şəhərinin notariusu tərəfindən təsdiq edilmiş 14 aprel 2021-ci il tarixli etibarnamə vardır kı, həmin etibarnamədə İddiaçı tərəfindən oun adından məhkəmələrə iddia ərizələrinin verilməsi və onun imzalanması səlahiyyəti X1 verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1. və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi onu səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar