Məhkəmə qərarları › İş №2(012)-818/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-818/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-818/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər X4 və X10) qarşı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması tələbinə dair mülki işə 04 may 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər X4 və X10) qarşı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 07 may 2012-ci il tarixli, 338 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 12-ci mərtəbəsində və ümumi sahəsi 83,7 kv.metr olan, 3 otaqlı, 45 nömrəli mənzilə dair; İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 09 may 2012-ci il tarixli, 341 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 11-ci mərtəbəsində və ümumi sahəsi 97,7 kv.metr olan, 3 otaqlı, 42 nömrəli mənzilə dair; İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 09 may 2012-ci il tarixli, 342 nömrəlı müqaviləyə əsasən “Hayan-E* MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının .25.08 2006-cı il tarixli 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunun 13-cü mərtəbəsində və ümumi sahəsi 43,4 kv metr olan, 1 otaqlı, 72 nömrəli mənzilə dair iddiaçı X1 və istifadə hüququnun tanınması mənzillərin sahiblik və istifadəsinə verilməsi, həmin mənzillərdə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzillərə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh hazırda Cavabdeh MTK-ya çevrilmiş həmin dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2012-ci ildə 338, 341 və 342 nömrəli müqavilələr bağlanmışdır. 07 may 2012-ci il tarixli, 338 nömrəli müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 12-ci mərtəbəsində və ümumi sahəsi 83,7 kv.metr olan, 3 otaqlı, 45 nömrəli mənzili payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 33.480 (otuz üç min dörd yüz səksən) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ İddiaçı tərəfindən tam ödənildikdən sonra "xxxx" MMC tərəfindən 07 may 2012-ci il tarixli mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. 09 may 2012-ci il tarixli 341 nömrəli müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 11-ci mərtəbəsində və ümumi sahəsi 97,7 kv.metr olan, 3 otaqlı, 42 nömrəli mənzili payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 32.406 (otuz iki min dörd yüz altı) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ İddiaçı tərəfindən tam ödənildikdən sonra "xxxx" MMC tərəfindən 09 may 2012-ci il tarixli mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. 09 may 2012-ci il tarixli, 342 nömrəli müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunun, 13-cü mərtəbəsində və ümumi sahəsi 43,4 kv.metrolan, 1 otaqlı, 72 nömrəli mənzili payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 17.360 (on yeddi min üç yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ İddiaçı tərəfindən tam ödənildikdən sonra "xxxx" MMC tərəfindən 09 may 2012-ci il tarixli mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. Yuxarıda qeyd edilən müqavilələrdə mənzillərin dəyərinin tam ödənildikdən sonra "xxxx" MMC, hazırda Cavabdeh MTK-ya çevrilmiş cavabdeh tərəfindən mənzillərin iddiaçıya təhvil verilməsi nəzərdə tutulsada bu günə kimi mənzillər iddiaçıya təhvil verilməmişdir. Müqavilə bağlanarkən iddiaçı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Dəfələrlə Cavabdeh MTK-nın rəhbərliyinə müraciət edərək üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirmələrini tələb etməsinə baxmayaraq, Cavabdeh MTK müxtəlif bəhanələr gətirərək yuxarıda qeyd edilən mənzilləri İddiaçı sahibliyinə və istifadəsinə vermir, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayındığına görə iddiaçı mənzilə olan hüquqlarını həyata keçirə bilməmiş və mənzilin təhvil verilməsinə dair iddiaçının tələbləri yerinə yetirilməmişdir. Bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK ilə arasında bağlanmış yuxarıda qeyd edilən müqavilələrə əsasən ona satılmış mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin sahiblik və istifadəsinə verilməsi, həmin mənzillərdə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzillərə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılması üçün məhkəmədən müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 iddianı qismən qəbul edib, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,4 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 72 saylı mənzilin payçıya verilməsinə etirazlarının olmadığını, lakin digər iki mənzillərin isə iddiaçıdan əvvəl satılmış olduqlarından həmin mənzillərə münasibətdə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşin materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru X8 ilə payçı İddiaçı arasında bağlanmış 09.05.2012-ci il tarixli 342 saylı müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,4 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 72 saylı mənzili payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 400 manat təşkil edir. cəmi 17360 (on yeddi min üç yüz altmış) manat ödənilməlidir. Müqavilənin 3.4-cü bəndindən görünür ki, müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin 40% məbləğindən az olmayaraq ilk haqq ödənilməli, payçı isə pulun qalan hissəsini cəmiyyətə bərabər hissələrdə olmaqla ümumi dəyərin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan "xxxx" MMC tərəfindən 09.05.2012-ci il tarixli 342 nömrəli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1”A” saylı ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 3-cü blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 43.4 kv.m olan 72 saylı 1 otaqlı mənzilin pay dəyəri payçı 17360 (on yeddi min üç yüz altmış) manat İddiaçı tərəfindən ödənilmişdir, MTK-nə heç bir borcu yoxdur. İşin materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru X8 ilə payçı İddiaçı arasında bağlanmış 07.05.2012-ci il tarixli 338 saylı müqavilədən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 2-ci blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83.7 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 45 saylı mənzili payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri əvvəlki müqavilə bağlanan anda bir kv.m sahə üçün 400 manat təşkil edir və cəmi 33480 (otuz üç min dörd yüz səksən) manat ödənilməlidir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən 07.05.2012-ci il tarixli 338 nömrəli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1”A” saylı ünvanda inşa olunan yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 2-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 83,7 kv.m olan 45 saylı 3 otaqlı mənzilin pay dəyəri payçı 33480 (otuz üç min dörd yüz səksən) manat İddiaçı tərəfindən ödənilmişdir. MTK-nə heç bir borcu yoxdur. İşin materiallarında olan İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 09 may 2012-ci il tarixli, 341 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 11-ci mərtəbəsində və ümumi sahəsi 97,7 kv.metr olan, 3 otaqlı, 42 nömrəli mənzilin pay haqqı 32406 manat tam olaraq ödənilmişdir. İşin materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru X5 ilə payçı X11 arasında bağlanmış 06.08.2011-ci il tarixli 440 saylı müqavilədən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 42 saylı mənzili payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 38800 manat ödənilmişdir, borcu yoxdur. Müqavilənin 3.1-ci bəndindən görünür ki, müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 400 manat təşkil edir və cəmi 38800 (otuz səkkiz min səkkiz yüz) manat ödənilməlidir. İşin materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru X5 ilə payçı X10 arasında bağlanmış 18.02.2009-cu il tarixli 35 saylı müqavilədən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75.1 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 45 saylı mənzili payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 300 manat təşkil edir və cəmi 22530 (iyirmi iki min beş yüz otuz) manat ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, İddiaçı ilə cavabdeh hazırda Cavabdeh MTK-ya çevrilmiş həmin dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2012-ci ildə 338, 341 və 342 nömrəli müqavilələr bağlanmışdır. 07 may 2012-ci il tarixli, 338 nömrəli müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 12-ci mərtəbəsində və ümumi sahəsi 83,7 kv.metr olan, 3 otaqlı, 45 nömrəli, Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 11-ci mərtəbəsində və ümumi sahəsi 97,7 kv.metr olan, 3 otaqlı, 42 nömrəli,Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunun, 13-cü mərtəbəsində və ümumi sahəsi 43,4 kv.metrolan, 1 otaqlı, 72 nömrəli mənzili payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzillərin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Onun MTK-ya heç bir borcu yoxdur. Yuxarıda qeyd edilən müqavilələrdə mənzillərin dəyərinin tam ödənildikdən sonra "xxxx" MMC, hazırda Cavabdeh MTK-ya çevrilmiş cavabdeh tərəfindən mənzillərin iddiaçıya təhvil verilməsi nəzərdə tutulsa da bu günə kimi mənzillər iddiaçıya təhvil verilməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, 45 və 42 saylı mənzillərlə bağlı iddiaçıya qədər 2009 və 2011-ci illərdə X11 və X10 arasında yuxarıda qeyd edilən müqavilələr bağlanmışdır, həmin müqavilələr hal-hazırda qüvvədədir və ləğv olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 09 may 2012-ci il tarixli, 342 nömrəlı müqaviləyə əsasən “Hayan-E* MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının .25.08 2006-cı il tarixli 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunun 13-cü mərtəbəsində və ümumi sahəsi 43,4 kv metr olan, 1 otaqlı, 72 nömrəli mənzilə dair iddiaçı X1 və istifadə hüququ tanınmalı, mənzil onun sahiblik və istifadəsinə verilməli, həmin mənzildə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzillərə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməli, digər mənzillər isə iddiaçıdan əvvəl başqa şəxslərə satılmış olduğundan həmin mənzillərə münasibətdə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 101 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 09 may 2012-ci il tarixli, 342 nömrəlı müqaviləyə əsasən “Hayan-E* MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının .25.08 2006-cı il tarixli 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunun 13-cü mərtəbəsində və ümumi sahəsi 43,4 kv metr olan, 1 otaqlı, 72 nömrəli mənzilə dair iddiaçı X1 və istifadə hüququ tanınsın, mənzil onun sahiblik və istifadəsinə verilsin, həmin mənzildə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzilə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh MTK-ya həvalə edilsin. Cavabdeh MTK–dan 50 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar