Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-41/2024 25.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər X4 və X8) qarşı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-818/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər X4 və X8) qarşı mənzillərə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 07 may 2012-ci il tarixli, 338 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 12-ci mərtəbəsində və ümumi sahəsi 83,7 kv.metr olan, 3 otaqlı, 45 nömrəli mənzilə dair; onunla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 09 may 2012-ci il tarixli, 341 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 11-ci mərtəbəsində və ümumi sahəsi 97,7 kv.metr olan, 3 otaqlı, 42 nömrəli mənzilə dair; onunla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 09 may 2012-ci il tarixli, 342 nömrəlı müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının .25.08 2006-cı il tarixli 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunun 13-cü mərtəbəsində və ümumi sahəsi 43,4 kv metr olan, 1 otaqlı, 72 nömrəli mənzilə dair onun sahiblik və istifadə hüququnun tanınması, mənzillərin sahiblik və istifadəsinə verilməsi, həmin mənzillərdə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzillərə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh hazırda Cavabdeh MTK-ya çevrilmiş həmin dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2012-ci ildə 338, 341 və 342 nömrəli müqavilələr bağlanmışdır. 07 may 2012-ci il tarixli, 338 nömrəli müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 12-ci mərtəbəsində və ümumi sahəsi 83,7 kv.metr olan, 3 otaqlı, 45 nömrəli mənzili payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 33.480 (otuz üç min dörd yüz səksən) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ İddiaçı tərəfindən tam ödənildikdən sonra "xxxx" MMC tərəfindən 07 may 2012-ci il tarixli mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. 09 may 2012-ci il tarixli 341 nömrəli müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 2-ci blokunun, 11-ci mərtəbəsində və ümumi sahəsi 97,7 kv.metr olan, 3 otaqlı, 42 nömrəli mənzili payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 32.406 (otuz iki min dörd yüz altı) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ İddiaçı tərəfindən tam ödənildikdən sonra "xxxx" MMC tərəfindən 09 may 2012-ci il tarixli mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. 09 may 2012-ci il tarixli, 342 nömrəli müqavilənin şərtlərinə görə "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunun, 13-cü mərtəbəsində və ümumi sahəsi 43,4 kv.metr olan, 1 otaqlı, 72 nömrəli mənzili payçı İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 17.360 (on yeddi min üç yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ İddiaçı tərəfindən tam ödənildikdən sonra "xxxx" MMC tərəfindən 09 may 2012-ci il tarixli mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. Yuxarıda qeyd edilən müqavilələrdə mənzillərin dəyərinin tam ödənildikdən sonra "xxxx" MMC hazırda Cavabdeh MTK-ya çevrilmiş cavabdeh tərəfindən mənzillərin iddiaçıya təhvil verilməsi nəzərdə tutulsa da, bu günə kimi mənzillər iddiaçıya təhvil verilməmişdir. Müqavilə bağlanarkən iddiaçı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Dəfələrlə Cavabdeh MTK-nın rəhbərliyinə müraciət edərək üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirmələrini tələb etməsinə baxmayaraq, cavabdeh "xxxx" MTK müxtəlif bəhanələr gətirərək yuxarıda qeyd edilən mənzilləri İddiaçı sahibliyinə və istifadəsinə vermir, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayındığına görə iddiaçı mənzilə olan hüquqlarını həyata keçirə bilməmiş və mənzilin təhvil verilməsinə dair iddiaçının tələbləri yerinə yetirilməmişdir. Bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK ilə arasında bağlanmış yuxarıda qeyd edilən müqavilələrə əsasən ona satılmış mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin sahiblik və istifadəsinə verilməsi, həmin mənzillərdə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzillərə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdeh "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-818/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda Cavabdeh MTK arasında bağlanmış 09 may 2012-ci il tarixli, 342 nömrəli müqaviləyə əsasən “Hayan-E MMC Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08 2006-cı il tarixli 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunun 13-cü mərtəbəsində və ümumi sahəsi 43,4 kv metr olan, 1 otaqlı, 72 nömrəli mənzilə dair iddiaçı X1 və istifadə hüququnun tanınması, mənzilin onun sahiblik və istifadəsinə verilməsi, həmin mənzildə təmir işlərinin aparılmasına şərait yaradılması, mənzilə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, Cavabdeh MTK–dan 50 manat dövlət rüsumuna görə pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. (hakim C.Səfiyeva). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-818/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1785/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir (hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi) hakimlər Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlu). İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-818/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının 25 aprel 2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Talıbov X7 Rayon Məhkəməsinin 2(012)-818/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən İddiaçı ilə Cavabdeh MTK arasında mənzillərin alqı-satqısına dair bağlanmış müqavilələrin və maliyyə arayışlarının əsllərinin qaytarılması üçün imtina etdiklərini, bununla əlaqədar apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu və bunu da hüquqlarını təmsil etdiyi iddiaçıya bildirdiyini bildirərək apellyasiya şikayətindən imtinanın qəbul olunmaqla apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul olunmalı, Abşeron Rayon Məhkəməsinin 2(012)- 818/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-818/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-818/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul olunsun və ona münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-41/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-41/2024
25.04.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Sair mülki iş - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver