Məhkəmə qərarları › İş №2(012)-793/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-793/2022

10.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-793/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi qaydasının və icra üsulunun dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 iyul 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(007)-1870/2021 saylı qətnaməsi ilə qət edilmiş qazancının (başqa gəlirlərinin) ¼ % hissəsi miqdarında nəzərdə tutulmuş alimentin ödənilməsi qaydası və icra üsulunun dəyişdirilməsi, Cavabdeh 12 iyul 2009-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh 12 iyul 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1870/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə qət edilmiş qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında nəzərdə tutulmuş alimentin ödənilməsi qaydası və icra üsulunun dəyişdirilməsi, Cavabdeh 12 iyul 2009-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 12 iyul 2009-cu il təvəllüdlü X5 adlı bir övladları vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1523/2010 saylı, 16 iyul 2010-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, 12 iyul 2009-cu il tarixində anadan olmuş X5 onun yanında saxlanılmışdır. Onun tərəfindən aliment alınması üçün 2021-ci ildə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1870/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 12 iyul 2009-cu il təvəllüdlü X2 üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment və əlavə 100 manat məbləğində müalicə pulunun tutulması qət edilmişdir. Həmin vaxtı cavabdehin işləməsini bilsə də, hazırda məlum olmuşdur ki, cavabdeh rəsmi qaydada işləmir.Buda aliment məbləğinin ödənilməsinə problem yaradır. Ona görə də məhkəməyə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İİİ № 617228 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 12 iyul 2009-cu ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1523/2010 saylı, 16 iyul 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə Mirzəyeva (Hüseynova) Sənəm Həmid qızı arasında 27 iyun 2009-cu il tarixdə Bakı şəhəri Nizami qeydiyyat şöbəsində bağlanmış 506 №-li akt qeydli nikahın ləğv edilməsi, birgə nikahdan anadan olmuş 12 iyul 2009-cu il təvəllüdlü X5 anasının yanında qalması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1870/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsində görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh birgə nikahdan doğulmuş 12 iyul 2009-cu təvəllüdlü X2 üçün 06 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment və əlavə 100 manat məbləğində müalicə pulunun iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1870/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan doğulmuş 12 iyul 2009-cu təvəllüdlü X2 üçün 06 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment və əlavə 100 manat məbləğində müalicə pulunun iddiaçı X3 xeyrinə tutulması qət edilmiş, lakin hal-hazırda cavabdehin rəsmi iş yeri olmadığından iddiaçı alimentin ödənilməsi qaydasının və icra üsulunun dəyişdirilərək alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1870/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş qaydada alimentin tutulması hal-hazırda çətinlik yaratdığından alimentin ödənilməsi qaydası və icra üsulu dəyişdirilərək, aliment sabit pul məbləğində tutulmalıdır. “Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu nəzərə alınmaqla 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin miqdarı müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərək hesab edir ki, alimentin ödənilməsi qaydasının və icra üsulunun dəyişdirilərək tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12 iyul 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1870/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin ödənilməsi qaydası və icra üsulunun dəyişdirilərək, Cavabdeh 12 iyul 2009-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar