Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-83/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayonu Ramana Sovxozu ərazisində yerləşən, mərhum həyat yoldaşı X4 mülkiyyətində olan qeyri yaşayış binalarının, qanuni istifadəsində olan və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportunda göstərilən ölçüləri əsas götürməklə, cavabdeh tərəfindən həmin ərazidə qanunsuz olaraq inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ailəsi 1997-ci ildən Sabunçu Rayonu Ramana südçülük sovxozu ərazisində heyvandarlqla məşğul olur. İddiaçının ailəsi Ermənistan Respublikasından 1988-ci ildə məlum səbəblərdən Azərbaycana köçmüşlər. 2003-cü ildə satın aldıqları təsərrüfat obyektinin bütün sənədləri hüquqi baxımdan qaydasındadır. Təsərrüfat obyektinin yerləşdiyi torpaq sahəsi Abşeron rayonunun istifadəsində qalan torpaq sahəsi olmaqla, Sabunçu Rayon İnzibati ərazisi hüdudları daxilində yerləşməktədir. Həmin təsərrüfat obyekti iddiaçının mərhum həyat yoldaşı X4 mülkiyyətindədir. Mərhum 2015-ci ildə vəfat etdikdən sonra mülkiyyətində olan obyektin mərhumun, hüquqi varisi olaraq iddiaçının adına yenidən sənədləşməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişlər. Ancaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən məlumatda mərhum X6 məxsus Sabunçu rayonu, Ramana sovxozu ərazisində yerləşən təsərrüfat obyektinin sərhədləri daxilində (qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri yaşayış binasının Texniki Pasportunda göstərilən cizgilər daxilində), müxtəlif şəxslər tərəfindən qanunsuz olaraq fərdi yaşayış evlərinin və yarım tikililərin inşa edildiyi bildirilmişdir, (bu şəxslərdən biri də Cavabdehadır.) Bu baxımdan X1 mülkiyyətində olan qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun varisin adına dəyişdirilməsinin indiki vəziyyətdə mümkün olmayacağı söylənərək, qanunsuz tikililərin sökülməsi üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Bunu nəzərə alaraq mərhum X6 məxsus Sabunçu rayonu, Ramana sovxozu ərazisində yerləşən təsərrüfat obyektinin yerləşdiyi torpaq sahəsində (qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri yaşayış binasının Texniki Pasportunda göstərilən ölçüləri ilə üst-üstə düşən hissədə), inşa edilmiş qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması iddiası ilə məhkəməyə müraciət etmişlər. X1 istifadəsində olan torpaq sahəsini zəbt edərək qanunsuz tikinti işləri aparan şəxslərdən biri cavabdeh Alıyeva İntizardır. Həmin şəxs qanunsuz olaraq başqasına aid torpaq sahəsini zəbt edərək kənd təsərüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apararmış həm torpağın münbit qatına həm də təsərrüfat sahibinə külli miqdarda ziyan vurmuşdur. Hüquqi Məsələlər iş materiallarında olan Abşeron Rayon Tİ və MHQİ tərəfindən verilmiş 24 aprel 2003-cü il tarixli 091 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri yaşayış tikililəri X1 mülkiyyətindədir. Həmin qeydiyyat vəsiqəsinə aid olan qeyri-yaşayış binalarının texniki pasportundan göründüyü kimi, “A”, “B” və “V” qeyri-yaşayış tikililəri arasındakı sahə və həmçinin tikililərə giriş çıxışlar mülkiyyət sahibinin istifadəsindədir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh X11 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 24 aprel 2003-cü il tarixli, 091 №-li qeydiyyat vəqisəsindən görünür ki, Sabunçu rayonu, Ramana sovxozunda yerləşən A, B və V nömrəli qeyri-yaşayış binası X4 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 767778 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 13 avqust 2015-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/8519 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sərhəddi ilə “B” literli tövlə tikilisinin arasındakı ən yaxın məsafənin 25 metr olduğu müəyyən olunmuşdur. Lakin qeyri-yaşayış binasının Texniki Pasportunda (bax i.v 36) koordinatlar qeyd olunmadığına, “B” literli tövlə tikilisi ilə sağ tərəfindən yerləşən torpaq sahəsinin sərhəddinə qədər olan məsafə qeyd olunmadığına və miqyas müəyyən olunmadığına görə, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin X6 aid torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 24 aprel 2003-cü il tarixli, 091 №-li qeydiyyat vəqisəsindən göründüyü kimi Sabunçu rayonu, Ramana sovxozunda yerləşən A, B və V nömrəli qeyri-yaşayış binası X4 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 767778 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X9 13 avqust 2015-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/8519 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sərhəddi ilə “B” literli tövlə tikilisinin arasındakı ən yaxın məsafənin 25 metr olduğu müəyyən olunmuşdur. Lakin qeyri-yaşayış binasının Texniki Pasportunda (bax i.v 36) koordinatlar qeyd olunmadığına, “B” literli tövlə tikilisi ilə sağ tərəfindən yerləşən torpaq sahəsinin sərhəddinə qədər olan məsafə qeyd olunmadığına və miqyas müəyyən olunmadığına görə, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin X6 aid torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan işin faktiki hallarından göründüyü kimi, cavabdeh X11 tərəfindən Bakı Şəhəri Sabunçu Rayonu Ramana Sovxozu ərazisində qanunsuz olaraq fərdi yaşayış evinin və hasarın inşa edildiyini təsdiq edən mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə iddianın təmin olunmasını mümkün hesab etmir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görəişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 17 mart 2023-cü il tarixli, 10/8519 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X8 qarşı Bakı Şəhəri Sabunçu Rayonu Ramana Sovxozu ərazisində yerləşən, mərhum həyat yoldaşı X4 mülkiyyətində olan qeyri yaşayış binalarının, qanuni istifadəsində olan və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportunda göstərilən ölçüləri əsas götürməklə, cavabdeh tərəfindən həmin ərazidə qanunsuz olaraq inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 17 mart 2023-cü il tarixli, 10/8519 saylı məhkəmə tikinti-texniki ekspertizasına 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-83/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-83/2023
10.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver