Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3786/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, qanunsuz inşa edilmiş fərdi yaşayış evinin və hasarın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-5459/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1 qızına qarşı “qanunsuz tikilinin sökülməsi, qanunsuz inşa edilmiş fərdi yaşayış evinin və hasarın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5459/2021 saylı, 14.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qızına qarşı “qanunsuz tikilinin sökülməsi, qanunsuz inşa edilmiş fərdi yaşayış evinin və hasarın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5459/2021 saylı, 14.09.2021ci il tarixli qərardadının ləğv edilərək işə yenidən baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5459/2021 saylı, 13.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı 2015-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı X1 mülkiyyətində olan qeyri yaşayış sahəsini mərhumun, hüquqi varisinin adına yenidən sənədləşməsi üçün, aidiyyəti üzrə müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən məlumatda, mərhum X2 məxsus, Sabunçu Rayonu, Ramana sovxozu ərazisində yerləşən təsərrüfat obyektinin sərhədləri daxilində (qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri yaşayış binasının Texniki Pasportunda göstərilən cizgilər daxilində),müxtəlif şəxslər tərəfindən qanunsuz olaraq fərdi yaşayış evlərinin və yarım tikililərin inşa edildiyi bildirilərək, mərhum X1 mülkiyyətində olan qeyri yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun varisin adina dəyişdirilməsinin indiki vəziyyətdə mümkün olmayacağı söylənərək, qanunsuz tikililərin sökülməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bunu nəzərə alaraq, mərhum X2 məxsus ərazidə inşa edilmiş qanunsuz tikililərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması iddiası ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. 25.06.2019-cu il tarixində Sabunçu Rayon Məhkəməsində müraciətə baxılmış işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Qərardadda işə Abşeron Rayon Məhkəməsində baxılmalı olduğu deyilmişdir. Həmin işə, Abşeron Rayon Məhkəməsi baxmışdır. Həmçinin bir müddət əvvəl (08.07.2021-ci il) məhkəmə tərəfindən də eyni məzmunlu iddiasına baxılmışdır. (iş № 2(012)-4004/2021). Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-5459/2021 saylı, 14.09.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmçinin cavabdehin qeydiyyat ünvanı Gəncə şəhəridir, qanunsuz olaraq zəbt elədiyi ərazi isə Abşeron Rayonu ərazisidir. Odur ki, o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə Cavabdeh1 qızının Bakı şəhəri, Sabunçu rayonu, X6 ünvanında qeydiyyatda olmasını, iddia ərizəsində mübahisəli torpaq sahəsinin Sabunçu rayon İnzibati Ərazi hüdudları daxilində yerləşdiyini göstərməsini, belə olan halda hazıki iddia tələbinin AR MPM-in 30-cu maddəsi ilə tənzimlənən müstəsna aidiyyət qaydalarının təsiri altına da düşməməsini müəyyən edərək iddia ərizəsiniə geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Hazırki işdən görünür ki, iddiaçı tələbində Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu ərazisində yerləşən məhrum əri X1 mülkiyyətində olan qeyri yaşayış binalarının, qanuni istifadəsində olan və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri yaşayış binasının texniki pasportunda göstərilən ölçüləri əsas götürməklə cavabdeh tərəfindən həmin ərazidə qanunsuz inşa olunmuş fərdi yaşayış evinin və hasarın cavabdeh tərəfindən sökülməsi və sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisələndirilən tikililərin Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşməsi səbəbdindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21.12.2018-ci il tarixli məktubundan görünür ki, X2 məxsus Abşeron rayonu, X6 ərazisində yerləşən daşınmaz əmlak 24 aprel 2003-cü il tarixdə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi ilə əldə edilmişdir. Əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayon 2 saylı notarius kontorunun 24.04.2003-c il tarixli 4-ə-2-312 saylı alğı-satqı müqaviləsinə əsasən Sabunçu rayonu, Ramana sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X1 adına texniki pasport tərtib edilmiş, İşə əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(008)616/2019 saylı qərardaıdndan görünür ki, iddiaçı X3 cavabdehlər X5 və qeyrilərinə qarşı sərəncamın və dövlət aktının qismən etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair məhkəməyə müraciət etmiş, məhkəmə DƏDRX 4 saylı Ərazi İdarəsinin 27.05.2019-cu il tarixli məktubuna əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi X4 Abşeron rayonunun istifadəsində saxlanılmış kənd təsərrüfatı təyinatlı ərazidə yerləşməsi əsası ilə mülki işi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin Abşeron rayonu ərazisində yerləşməsi göstərilən sənədlərlə təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki işdən də görünür ki, iddiaçı tələbində Sabunçu rayonu, Ramana Sovxozu ərazisində yerləşən məhrum əri X1 mülkiyyətində olan qeyri yaşayış binalarının, qanuni istifadəsində olan və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri yaşayış binasının texniki pasportunda göstərilən ölçüləri əsas götürməklə cavabdeh tərəfindən həmin ərazidə qanunsuz inşa olunmuş fərdi yaşayış evinin və hasarın cavabdeh tərəfindən sökülməsi və sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla da müəyyən edilir ki, hazır iddia tələbi AR MPM-in 39.1-ci maddəsi ilə tənzimlənən müstəsna aidiyyət qaydalarının təsiri altına düşür və bu səbəbdən işə Abşeron Rayon Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, şikayət təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 5459/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5459/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh1 qızına qarşı “qanunsuz tikilinin sökülməsi, qanunsuz inşa edilmiş fərdi yaşayış evinin və hasarın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3786/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3786/2021
16.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver