Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-831/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı X12 və onun vəkili-nümayəndəsi X6, Cavabdeh X7 iştirakları ilə, İddiaçı X5 cavabdeh X9 qarşı «sabit pul məbləğində alimentin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü Bayramov Şahin, xx.xx.2005-ci il təvəllüdlü Bayramov Amin və xx.xx.2014-cü il təvəllüdlü Bayramov Emin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin cavabdeh X3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X12 iddia tələbini müdafiə edərək bildirdi ki, o, 2003-cü ildə cavabdeh Bayramov Bayramov İsmayıl Valeh oğlu ilə ailə qurmuşdur. xx xxxx 2014-cü il tarixində isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü Bayramov Şahin, xx.xx.2005-ci il təvəllüdlü Bayramov Amin və xx.xx.2014-cü il təvəllüdlü Bayramov Emin adlı övladları dünyaya gəlmişlər. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan problemər yaranmışdır. Eyni evdə yaşamalarına baxmayaraq, faktiki olaraq ayrı təsərrüfat aparırlar. Hətta cavabdeh xx.xx.2020-ci il tarixdə aralarında olan nikahın pozulmasına dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Uşaqlara onun himayəsindədir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Cavabdeh yaşayış evlərinin tikilib-satılması ilə məşğuldur. Aylıq gəliri 3000-5000 manat təşkil edir. Bu səbəbdən cavabdeh X3 hər uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 575 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh X13 məhkəməyə ərizəylə müraciət edərək, iddianı qəbul etdiyini və hər ay hər uşaq üçün 175 manat olmaqla, 525 manat sabit pul məbləğində alimentin ondan tutularaq X8 ödənilməsinə razı olduğunu bildirdi. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İ № 966276 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X12 xx xxxx 2014-cü il tarixdə nikahlarını bağlamışlar və bu nikah 433 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Qardabani VRA xidməti tərəfindən qeydə alınmış ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2004-cü ildə Gürcüstan, Tblisi şəhərində doğulmuşdur. X2, anası isə X4. İş materiallarında olan Qardabani VRA xidməti tərəfindən qeydə alınmış 516064 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuşdur. X2, anası isə X4. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İİİ № 340728 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2014-cü ildə Bakı şəhərində doğulmuşdur. X2, anası isə X4. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2021-ci il üçün uşaqların yaşayış minumumunu və cavbdehin iddianı qəbul etməsini nəzərə almaqla hesab edir ki, xx.xx.2004-cü il təvəllüdlü Bayramov Şahin, xx.xx.2005-ci il təvəllüdlü Bayramov Amin və xx.xx.2014-cü il təvəllüdlü Bayramov Emin adlı uşaqlarının saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment X3 X5 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2020-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə X12 dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu X3 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-i maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X12 ilə cavabdeh X13 arasında xx xxxx 2014-cü ildə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 433 № ilə qeyd edilməklə bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X16 anaları X5 yanında qalsınlar. Cavabdeh X3 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X14, xx.xx.2005-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X11 ödənilsin. Cavabdeh X3 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-831/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-831/2021
08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver