Məhkəmə qərarları › İş №2(012)-834/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-834/2024

02.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-834/2024 02.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Aıyev Elnur Elman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla hər ay 880 (səkkiz yüz səksən) manat məbləğində alimentin, X3 müalicəsi ilə bağlı əlavə tibbi xərclərin ödənilməsi üçün 100 manat məbləğində pulun və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqa ailə həyatı qurmuşam. Nikahımız barədə bizə şəhadətnamə verilmişdir. Nikahımızdan xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2021 -ci il təvəllüdlü X11 adlı 4 övladımız anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1776/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə xx.xx.2013- cü il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış 1703 nömrəli akt qeydi pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2021ci il təvəllüdlü X11 onun yanında saxlanılmışdır. O, mülki işə baxıldığı dövrdə cavabdehlə razılığa gəldiyi üçün aliment tələbindən imtina etmişdir. Lakin sonra Cavabdeh verdiyi vədlərə əməl etməmiş, himayəsində olan uşaqların saxlanılması üçün ona ödəniş etməkdən imtina etmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını yalnız o, çəkir. Uşaqların həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Ümumiyyətlə, cavabdeh övladları ilə maraqlanmır və öz doğma övladlarına pul ödəmək istəmir. Aliment almağa ehtiyacı var. Himayəsində olan 05 oktyabr 2012-ci il təvəllüdlü X7 xəstəlikdən əziyyət çəki, onun daimi müailəcəyə ehtiyacı var. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən təqdim edilmiş 838 №-li sənəddən də göründüyü kimi Röyal Səlahəddinova uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. Maddi vəziyyəti çox ağırdır. Buna görə də alimentin təyin edilməsi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bununla bağlı o, mediasiya təşkilatına müraciət etsə də nəticəsi olmamışdır. Odur ki, uşaqların yetinlik yaşına çatanadək saxlanılması üçün aliment və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Göstərilən halları nəzərə alaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən olmaqla hər ay hər uşağa 100 manat olmaqla, cəmi 400 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ № 240407 saylı doğum haqqında Şəhadətnamədən müəyyən edilir ki, X7 05 oktyabr 2012-ci il tarixdə doğulmuşdur. X2, anası X6r. İş materiallarında olan AZ-İİİ № 489741 saylı doğum haqqında Şəhadətnamədən müəyyən edilir ki, X10 23 may 2014-cü il tarixdə doğulmuşdur. X2, anası X6r. İş materiallarında olan AZ-İV seriyalı 745191 №-li Doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı 745141 №-li Doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.2021-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 1776/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 1703 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 05 oktyabr 2012-ci il trəvəllüdlü X7, 23 may 2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2021ci il təvəllüdlü X5 anasının yanında saxlanılması qət edilmişdir. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Hazırda bu məbləğ 220 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, X3 müalicəsi ilə bağlı əlavə tibbi xərclərin ödənilməsi üçün 100 manat məbləğində pulun tutlması hissəsində təmin edilməməlidir. Belə ki, hər ay əlavə 100 manat maddi yardımın cavabdehdən tutulmalı olması barədə T.A.Ağayeva məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Təqdim edilmiş çoxsaylı tibbi sənədlər azyaşlı Məryəmin müayinə olunması ilə bağlıdır və heç birində vəsait xərclənməsi barədə hər hansı müddəa yoxdur. vabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən iddia tələbi, cavabdehin izahatı, tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, uşaqların saxlanmasına görə yaşayış minimumu kimi müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla isə hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment olmaqla, cəmi 400 manat məbləğində ailment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mediasiya haqqı kimi ödənilmiş 50 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 05 oktyabr 2012-ci il trəvəllüdlü X7, 23 may 2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşağa 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən başlayaraq hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya prosesi və iddia ərizəsinin verilməsinə görə iddiaçının ödədiyi cəmi 50 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar