Məhkəmə qərarları › İş №2(012)-86/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-86/2025

22.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-86/2025 22.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi, qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi, qızılzinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 58 saylı evin 2 otaqdan ibarət 33 saylı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnun (payının) müəyyən edilməsi, eyni zamanda birgə nikah dövründə xx.xx.2014-cü il tarixində alınmış "NİSSAN X-TRAİL" markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə payının müəyyən edilməsi və birgə nikah dövründə aldıqları əmlakların, yəni Televizor, LG, Koreya istehsalı, qara rəng-800 manat, Televizor, LG, Koreya istehsalı, qara rəng-280 manat, Soyuducu, Toshiba, Yaponiya istehsalı, boz rəng-1250 man, Qaz plitəsi, Almaniya istehsalı, qara rəng-280 man, Paltaryuyan, LG, Koreya istehsalı, boz-qara rəng-480 man, Mebel, qorka, Türkiyə istehsalı, açıq sarı rəng- 280 man, Divan və 2 kreslo, Türkiyə istehsalı, ağ rəng2200 man, Stol və 6 ədəd stul, Türkiyə istehsalı, sarı zərli-1800 man, Tək stol, taxta material, Türkiyə istehsalı, qəhvəyi rəng-380 man, Xalça, 2 ədəd, 2x2.5 ölçüdə, İran istehsalı, ağ rəng-1200 man, Xalça (daroşka) dəhliz üçün, 1x6 ölçüdə, İran istehsalı, ağ rəng-450 man, Xalça, 2x3 ölçüdə, Türkiyə istehsalı, ağ rəng-250 man, Rəngli printer, Epson, Yaponiya istehsalı, qara rəng- 650 man, Kompyuter, Toshiba, Yaponiya istehsalı, qara rəng-1000 man, Fen, Almaniya istehsalı, qırmızı-yasəmən rəng-80 man, Ətçəkən maşın, Kenwood, İngiltərə istehsalı, metal rəng-280 man, Şirəçəkən maşın, Kenwood, İngiltərə istehsalı, metal rəng-420 man, Taxt çarpayı, sex malı, boz rəng-680 man, Pərdə, 2 ədəd, Türkiyə istehsalı, ağ tül, qəhvəyi dekor-480 man, Taxt döşəyi, 12 kq yun-50 man, Yastıq 4 ədəd, tük, Türkiyə istehsalı, 100 man, Boşqab dəsti 12 ədəd, 4 ədəd bulud, Misir istehsalı, ağ zərli-120 man, Boşqab, kiçik, 12 ədəd, Türkiyə istehsalı, ağ-qara rəng-120 man, Boşqab, kiçik, 12 ədəd, Türkiyə istehsalı, tünd bənövşəyi rəng-80 man, Boşqab, böyük, 6 ədəd, Çexiya istehsalı, ağ-göy güllü-120 man, Meyvə qabı, iri büllur, Rusiya istehsalı, 40 man, Meyvə qabı, iri büllur, Türkiyə istehsalı-60 man, Qədəh, 12 ədəd, orta ölçü, Çexiya istehsalı, yaşıl zərli-120 man, Suvenir heykəl, Hindistan istehsalı, ağ göy rəng-60 man, Qədəh, büllur, Bakara, Çexiya istehsalı, 6 rəng-180 man, Qədəh, büllur, Bakara, Çexiya istehsalı, 6 rəng-220 man, Çaydan, Rusiya istehsalı, metal rəng-40 man, Ədyal (buxovu), Türkiyə istehsalı, tünd sarı rəng-280 man, Hamam dəsmalı, Almaniya istehsalı, yaşıl ağ rəng-30 man, Hamam dəsmalı, 2 ədəd, ağ böyük-280 man, Yorğan üzü, 4 dəst, ağ xətli-100 man, Divan-kreslo üzü, Türkiyə istehsalı, yaşıl-qızılı güllü-80 man, Taxt üçün örtük, Türkiyə istehsalı, ağ boz- 80 man, İpək süfrə, Türkiyə istehsalı, boz tünd-50 man, İpək süfrə, Türkiyə istehsalı, ağ rəng-40 man, Vilur süfrə, ağ rəng, Türkiyə istehsalı60 man, Ağ güllü süfrə, Türkiyə istehsalı-50 man, Qab, əl işi, Hindistan istehsalı, güllüzərli-140 man, Qab, əl işi, Hindistan istehsalı, güllü-zərli-90 man, Çay dəsti, 6 nəfərlik, Çexiya istehsalı, açıq yaşıl rəng-120 man, Farfor suvenir, 3 ədəd quş, Çexiya istehsalı, ağ rəng-50 man, Yemək servisi-QDR- TDP-ağ güllü-380 man, Boşqab-9 dəst-54 ədəd, zərligüllü-Türkiyə istehsalı, 300 man, Meyvə qabı, əl işi, ağ hörməli-Almaniya istehsalı-220 man, Meyvə qabı, 1 ədəd, Bogema, gilənar rəngi-Çexiya istehsalı-120 man, Meyvə qabı, büllur, 4 ədəd-Rusiya istehsalı-200 man, Güldan, 1 ədəd, ağ-qızılı işləməli, Çexiya istehsalı-280 man, Güldan, 5 ədəd, büllur, Rusiya istehsalı-300 man, Çay servisi, Almanıya istehsalı, ağ-bənövşəyi güllü-300 man, Bıçaq dəsti, 2 dəst, Almaniya istehsalı120 man, Bıçaq dəsti, 12 ədəd, Mexor materialı-80 man, Qaşıq dəsti, 12 ədəd, Mexor materialı-80 man, Qaşıq, bıçaq, çəngəl dəsti, 12 ədəd, ağ-qızılı-80 man, Çaydan, metal, qızılı, Almaniya istehsalı-60 man, Çapacaq-1 ədəd, əl işi, əntiq mal-300 man, Döşək 5 ədəd, tək yataqlı, yun, 1-i 20 kq-500 man, Yorğan, 5 ədəd, 3 kq yun-250 man, XalçaGəncə istehsalı, yun, 2x3 ölçülü, güllü-750 man, Divan-kreslo üzlüyü, 2.5x3 ölçülü, Türkiyə istehsalı-350 man, Yastıq üzü, 8 ədəd, Türkiyə istehsalı-200 man, Özəlləşdirmə çeki 3 ədəd, Çay dəsmalı 24 ədəd, Türkiyə istehsalı-60 man, Nəlbəki, 12 ədəd, farfor, ağbənövşəyi güllü, Çexiya istehsalı-100 man, Nəlbəki 12 ədəd, qızılı-ağ, Çexiya istehsalı-80 man, Soyuducu, Rusiya istehsalı, ağ rəngli-700 man, Kondisioner, Mitsubishi, Yaponiya istehsalı, ağ rəng-750 man, Qaz plitəsi, Çin istehsalı, qara rəng-280 man, Paltaryuyan, LG, Koreya istehsalı, ağ rəng-280 man, Ətçəkən maşın, Kenwood, İngiltərə istehsalı, metal rəng-280 man, Televizor altı, Türkiyə istehsalı, qara rəng-120 manat, Kompot üçün qrafin, Bogema, ağ büllur, Çexiya istehsalı-120 manat, Kasa, 12 böyük, 12 kiçik, ağ və qırmızı, Rusiya istehsalı-50 man, Mətbəx dəsti-2 dəst, Rusiya istehsalı-60 man, Qazan dəsti, emallı, 6 ədəd, ağ güllü, Rusiya istehsalı-200 manat, Konyak qabı, 6 fujer, tünd göy, büllur, Çexiya istehsalı-180 man, Çilçıraq, 12 şamdanlı, büllur, Çexiya istehsalı-800 man, Lampa, Bogema, Çexiya istehsalı, gilənar rəngli-140 man, Güldan, əl işi, qara zərli, əntiq mal, Hindistan istehsalı-200 man, Suvenir, oğlan və it, ağ rəngli, Çexiya istehsalı-180 man, Taxt döşəyi, 20 kq yun-200 man, Döşəkcə, 2 ədəd, 2 kq yun-50 man, Tük yastıq, 7 ədəd, 4-ü böyük-140 man, Emallı ləyən, 2 ədəd, tünd sarı, Rusiya istehsalı-40 man, Sini, 3 ədəd, 1-i böyük, Rusiya istehsalı-50 man, Qədimi tikiş maşını, ZİL, sarı rəng-400 man, Yataq otağı mebel dəsti, 2 nəfərlik çarpayı, termo, 2 tumba-1600 man, 1 stol, 6 stul, açıq qəhvəyi rəng, Türkiyə istehsalı-1000 man, Süfrə 8 ədəd, Türkiyə istehsalı-300 man, Sandıq-əl işi, rəngli taxtadan-450 manat aralarında bölünməsi, bölünməsi mümkün olmadıqda əvəzinin pul ilə ödənilməsi, şəxsən iddiaçıya və oğluna məxsus geyim paltarlarının, əşyaların, kitabların, qızıllarının, yəni Qızıl kolye; 1 ədəd Dəst brilliant-üzük, sırğa; qızıl saat; 2 ədəd qızıl qolbaq (İtaliya); zümrüd qaşlı brilliant üzük; 1 ədəd ərəb sepi; 2 ədəd 10-luq qızıl, don kafri-Türkiyə istehsalı, güllü, boz rəng-hədiyyə, Don, Pier Cardin markalı, Türkiyə istehsalı, açıq boz rəng-hədiyyə, Don, noxudu naxışlı-Türkiyə istehsalı, tünd boz rəng-hədiyyə, Don, Yargıcı markalı, Türkiyə istehsalı, göy-ağ xətli-hədiyyə-50 man, Kofta, Yargıcı markalı, Türkiyə istehsalı, xırda noxudu-hədiyyə, Palto, Türkiyə istehsalı, merxli, narıncı rəng-160 man, Palto, Türkiyə istehsalı, merxli, açıq boz rəng-120 man, Plaş, Türkiyə istehsalı, cins material, açıq göy rəng-hədiyyə, Gödəkcə, qara rəng-hədiyyə, Gödəkcə, balonka, qara rəng-hədiyyə, Kofta, ipək, noxudu, boz rəng-30 man, Kofta, Türkiyə istehsalı, ipək, ağ güllü-35 man, Pencək, Türkiyə istehsalı, qara rəng-40 man, Pencək, Fransa istehsalı, uzun, naxışlı, bantiklihədiyyə, Don, toy üçün, Türkiyə istehsalı, qara-qızılı krujavalı-180 man, Gödəkcə, açıq yasəmən rəng-hədiyyə, Ətək, 2 ədəd, qara rəng-hədiyyə, Ətək, Türkiyə istehsalı, uzun, qara rəng-22 man, Ətək, vilvet material, tünd göy rəng-35 man, Kofta, qara rəng-15 man, Kofta, yun, göy rəng-40 man, Yarım çəkmə, qara rəng-40 man, Yarım çəkmə, tünd göy rəng-hədiyyə, Ayaqqabı, dabansız, krem rəng-hədiyyə, Çəkmə, Türkiyə istehsalı, tünd qəhvəyi-45 man, Tufli, laklı, qara rəng-65 man, Çanta, qara rəng, laklı-40 man, Çanta, sarı rəng-hədiyyə, çanta-Türkiyə istehsalı, qara rəng-25 man, Ayaqqabı, İtaliya istehsalı, qara rəng-140 man, Jaket, Türkiyə istehsalı, qara rəng-30 man, Jaket, Türkiyə istehsalı, ağ rəng-15 man, Jaket, Türkiyə istehsalı, boz rəng, papaqlı-20 man, Jaket, zamoklu, xaki rəng-hədiyyə, Kostyum-Türkiyə istehsalı-(qara rəng)-80 man, Kostyum, Türkiyə istehsalı, açıq boz rəng, yun material, qaşlı-70 man, Kofta, Türkiyə istehsalı, tünd göy, broşkalı 60 man, Jaket, 9 ədəd, 2 çəhrayı, 4 qara, 1 qırmızı önü paxla naxışlı, 2 ağ-hədiyyə, Don, toy üçün, Türkiyə istehsalı, tünd yaşıl, şifon material-160 man, Don, Türkiyə istehsalı, yaşıl rəng-80 man, Sarafan, tünd yaşıl rəng-hədiyyə, Kofta, yaşıl rəng-hədiyyə, Kofta, cins material, zolaqlı, güllü-30 man, Kofta, açıq boz rəng, marilovkahədiyyə, Kəmər, 4 ədəd, xarici firma, boz rəng- hədiyyə, Kofta, Türkiyə istehsalı, qara, önü rəngli-45 man, Pencək, xaki rəng, plaşovka-hədiyyə, Gödəkcə, tünd göy rəng, içi merxli-50 man, Ətək, Türkiyə istehsalı, çəhrayı rəng-35 man, Ayaqqabı, Türkiyə istehsalı, qara rəng, toy üçün-65 man, Çanta, 2 ədəd, qara və gümüşü rəng-hədiyyə, 4 ədəd kofta, Almaniya istehsalı, göy və ağ rənglərdə-100 man, Şalvar, Plaş-Türkiyə istehsalı, qara rəng-25 man, Uşaq paltarları-6 ədəd-Türkiyə istehsalı Cavabdeh alınıb ona verilməsi, naturada verilməsi mümkün olmadıqda isə dəyərinin pulla ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilə Cavabdeh məhkəməyə barışıq sazişi təqdim etmişlər. xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, “İddiaçı” adlandırılacaq İddiaçı bir tərəfdən və bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə barışıq sazişi bağladılar: 1.1 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq, ərarvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. 1.3 Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri onlara tam izah edilmişdir. 1.4 İddiaçı və Cavabdeh barışıq sazişini tərtib edirlər ondan ötürü ki, hal-hazırda Abşeron rayon Məhkəməsinin icraatında olan əmlak bölgüsü ilə bağlı verilmiş iddia ərizəsi ilə əlaqədar hər ikisi İddiaçı və Cavabdeh məhkəmədən kənar razılığa gələrək aralarında olan mülki mübahisə ilə bağlı barışıq sazişi imzalayırlar. 1.5 Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi bütün əmlak tələbinə dair iddialardan, Bakı şəhəri, Atatürk prospekti ev 58, mənzil 33 istisna olunmaqla imtina edir. 1.6 Cavabdeh bu barışıq sazişində göstərilən Bakı şəhəri Atatürk prospekti ev 58-də yerləşən 33 saylı mənzilə payından imtina edir, həmin mənzilin tam olaraq İddiaçı mülkiyyətinə keçməsinə razıdır. Bundan sonra həmin evlə bağlı heç bir iddiası və heç bir tələbi olmayacaq. 1.7 Sazişdə göstərilən tələblər pozularsa yenidən məhkəməyə müraciət etmək hüququ saxlanılır. 1.8 İddiaçı hazırkı sazişlə qeyd edilən 2(012)-86/2025 saylı mülki iş üzrə bütün iddia tələblərindən imtina edir. 1.9 Bu sazişlə yaranan hüquqların qeydiyyatı üçün məhkəmə tərəfindən icra vərəqi verilə bilər.

2. Sazişin müddəti 2.1 Bu barışıq sazişi məhkəmənin qərardadı ilə təsdiq edilir, həmin qərardadın qüvvəyə mindiyi andan qüvvəyə minir.

3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1 Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 3.2 Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 3.3 Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi icra üzrə icraatın başlanılması üçün əsasdır. 3.4 Bu saziş 3 nüsxədə tərtib olunur, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Cavabdeh qalır və digər nüsxəsi isə təsdiq edilməsi üçün məhkəməyə təqdim olunur. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil izahatında cavabdehlə barışıq sazişi imzalanmışdır və ona görə də hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə izahatında onlar arasında barışıq sazişi bağlanılması üçün razılıq əldə edildiyini və bu səbəbdən də barışıq sazişinin məhkəmə tərəfindən barışıq sazişinin təsdiq edilərək hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Ona görə də mülki iş üzrə iddia ərizəsinə xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş 175 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi, qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı bir tərəfdən və bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə barışıq sazişi bağladılar: 1.1 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq, ərarvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. 1.3 Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri onlara tam izah edilmişdir. 1.4 İddiaçı və Cavabdeh barışıq sazişini tərtib edirlər ondan ötürü ki, hal-hazırda Abşeron rayon Məhkəməsinin icraatında olan əmlak bölgüsü ilə bağlı verilmiş iddia ərizəsi ilə əlaqədar hər ikisi İddiaçı və Cavabdeh məhkəmədən kənar razılığa gələrək aralarında olan mülki mübahisə ilə bağlı barışıq sazişi imzalayırlar. 1.5 Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi bütün əmlak tələbinə dair iddialardan, Bakı şəhəri, Atatürk prospekti ev 58, mənzil 33 istisna olunmaqla imtina edir. 1.6 Cavabdeh bu barışıq sazişində göstərilən Bakı şəhəri Atatürk prospekti ev 58-də yerləşən 33 saylı mənzilə payından imtina edir, həmin mənzilin tam olaraq İddiaçı mülkiyyətinə keçməsinə razıdır. Bundan sonra həmin evlə bağlı heç bir iddiası və heç bir tələbi olmayacaq. 1.7 Sazişdə göstərilən tələblər pozularsa yenidən məhkəməyə müraciət etmək hüququ saxlanılır. 1.8 İddiaçı hazırkı sazişlə qeyd edilən 2(012)-86/2025 saylı mülki iş üzrə bütün iddia tələblərindən imtina edir. 1.9 Bu sazişlə yaranan hüquqların qeydiyyatı üçün məhkəmə tərəfindən icra vərəqi verilə bilər.

2. Sazişin müddəti 2.1 Bu barışıq sazişi məhkəmənin qərardadı ilə təsdiq edilir, həmin qərardadın qüvvəyə mindiyi andan qüvvəyə minir.

3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1 Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 3.2 Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 3.3 Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi icra üzrə icraatın başlanılması üçün əsasdır. 3.4 Bu saziş 3 nüsxədə tərtib olunur, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Cavabdeh qalır və digər nüsxəsi isə təsdiq edilməsi üçün məhkəməyə təqdim olunur. Abşeron Rayon Məhkəməsinin 2(012)-86/2025 nömrəli mülki iş üzrə icraatına xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 175 (yüz yetmiş beş) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar