Məhkəmə qərarları › İş №2(012)-863/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-863/2021

23.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-863/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış 01 dekabr 2017-ci il tarixli, AL-720 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh AL-720 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 aprel 2020-ci il tarixə 634,04 manat gecikdirilmiş əsas, 147,30 manat gecikdirilmiş mükafat, 298,96 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2.490 manat məbləğində pulun, ümumilikdə 3.570,30 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X15 arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli AL-720 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA593441 ban, 0413 mühərrik nömrəli, qara rəngli avtomobil X9 müvəqqəti istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X12 illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,67 manat, ümumilikdə isə 18.704 manat məbləğində pulu İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. 04 dekabr 2017-ci il tarixdə X15, X7 və İddiaçı arasında AL- 720 saylı öhdəliklərin ötürürülməsi müqaviləsi bağlamış və 01 dekabr 2017-ci il tarixli AL- 720 saylı daxili lizinq müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 02 may 2018-ci il tarixdə X7, X3 və İddiaçı arasında LİZ-720 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlamış və 01 dekabr 2017-ci il tarixli AL-720 saylı daxili lizinq müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 05 iyul 2018-ci il tarixdə X3, Cavabdeh və İddiaçı arasında LİZ-720 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 01 dekabr 2017-ci il tarixli AL-720 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə son ödəniş 04 fevral 2020-ci il tarixdə 392 manat məbləğində olmuşdur. Lizinq alan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 aprel 2020-ci il tarixində istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2.490 manat ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 01 dekabr 2017-ci il tarixli AL-720 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 aprel 2020-ci il tarixə 634,04 manat əsas, 147,03 manat mükafat və həmin günə hesablanmış 298,96 manat dəbbə pulu, cəmi 1.080,30 manat borcu vardır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı (Lizinq verən) ilə X15 (Lizinq alan) arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli, AL-720 saylı daxili lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Lizinq verən İddiaçı Lizinq alan X1 etdiyi 1 saylı Əlavədə göstərilən lizinq obyektini (2014-cü il buraxılışlı, “DAEWOO GENTRA MİNİK” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA593441 ban nömrəli, 0413 mühərrik nömrəli, qara rəngli avtomobili) öz mülkiyyətinə əldə edilməsini və muzdla həmin avtomobili sonuncunun müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. İddiaçı həmin lizinq obyektini alqı-satqı müqaviləsi ilə X6 əldə edir. Lizinq müqaviləsinin ümumi məbləği 14.800 manat təşkil edir. Lizinq obyekti X15 na 48 ay müddətinə lizinqə verilir. Həmin müqavilənin 6.5.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektini saz və işlək vəziyyətdə saxlamalıdır. Müqavilənin 7.1.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir. Müqavilənin 11.1-ci bəndinə əsasən qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Müqavilənin 15.1-ci bəndinə əsasən lizinq verən lizinq alanı 1 (bir) ay əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqaviləyə birtərəfli qaydada xitam verə bilər; İddiaçı (Lizinq verən) ilə X15 (Lizinq alan) arasında bağlanmış 720 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən (ödəniş cədvəli) görünür ki, Lizinq alan X15 illik 12% hesablanmaqla 48 ay müddətinə hər ay 389,67 manat olmaqla, əsas məbləğ üzrə 14.800 manat, mükafat məbləği üzrə 3.904,13 manat, cəmi 18.704,13 manat məbləğində lizinq ödənişini Lizinq verən İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Son ödəmə tarixi 01.12.2021-ci ildir; İddiaçı (Lizinq verən) ilə X15 (öhdəlikləri qəbul edən) arasında 01 dekabr 2017-ci il tarixdə bağlanmış təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, tərəflər aralarında İddiaçı MMC-nin mülkiyyətində olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin öhdəlikləri qəbul edənə təhvil-təslimini aparmışlar; AC seriyalı 349368 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir; İddiaçı (Lizinq verən) ilə X15 (öhdəlik ötürən) və X7 (öhdəlikləri qəbul edən) arasında 04.12.2017-ci il tarixdə bağlanmış AL-720 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə öhdəlikləri ötürən arasında bağlanmış 11 fevral 2015-ci il tarixli, AL-720 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri ötürən İddiaçı qarşısında götürdüyü bütün öhdəlikləri öhdəlikləri qəbul edənə ötürməyi, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür; X15 (öhdəlik ötürən) və X7 (öhdəlikləri qəbul edən) arasında 04 dekabr 2017-ci il tarixdə bağlanmış təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, tərəflər aralarında İddiaçı mülkiyyətində olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin öhdəlikləri qəbul edənə təhvil-təslimini aparmışlar; İddiaçı (Lizinq verən) ilə X7 (öhdəlik ötürən) və X3 (öhdəlikləri qəbul edən) arasında 02.05.2018-ci il tarixdə bağlanmış LİZ-720 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə öhdəlikləri ötürən arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli, LİZ-720 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri ötürən İddiaçı qarşısında götürdüyü bütün öhdəlikləri öhdəlikləri qəbul edənə ötürməyi, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür; X7 (öhdəlik ötürən) və X3 (öhdəlikləri qəbul edən) arasında 02 may 2018-ci il tarixdə bağlanmış təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, tərəflər aralarında İddiaçı mülkiyyətində olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin öhdəlikləri qəbul edənə təhvil-təslimini aparmışlar; İddiaçı (Lizinq verən) ilə X3 (öhdəlik ötürən) və Cavabdeh (öhdəlikləri qəbul edən) arasında 05.07.2018-ci il tarixdə bağlanmış LİZ-720 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə öhdəlikləri ötürən arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli, LİZ-720 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlikləri ötürən İddiaçı qarşısında götürdüyü bütün öhdəlikləri öhdəlikləri qəbul edənə ötürməyi, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir; X3 (öhdəlik ötürən) və Cavabdeh (öhdəlikləri qəbul edən) arasında 05 iyul 2018-ci il tarixdə bağlanmış təhvil-təslim aktının təsdiq edilmiş surətindən görünür ki, tərəflər aralarında İddiaçı mülkiyyətində olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin öhdəlikləri qəbul edənə təhvil-təslimini aparmışlar; İddiaçı (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış LİZ-720 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən (ödəniş cədvəli) görünür ki, Lizinq alan Cavabdeh illik 12% hesablanmaqla 48 ay müddətinə hər ay 389,67 manat olmaqla, əsas məbləğ üzrə 14.800 manat, mükafat məbləği üzrə 3.904 manat, cəmi 18.704 manat məbləğində lizinq ödənişini Lizinq verən İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Son ödəmə tarixi 01.12.2021-ci ildir; X13 ilə Cavabdeh arasında 09 aprel 2020-ci il tarixdə bağlanmış təhvil-təslim aktından görünür ki, tərəflər aralarında İddiaçı mülkiyyətində olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçınə təhvil-təslimini aparmışlar; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş qüsur aktından görünür ki, “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri üçün 1.430 manat, avtomobilin təmir işləri üçün 1.060 manat, cəmi 2.490 manat tələb olunur; 07.09.2020-ci il tarixli 365 nömrəli xəbərdarlığın (pretenziya məktubu) surətindən və qaimədən görünür ki, Cavabdeh AL-720 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin 7 (yeddi) iş günü müddətində ödənilməsi, əks təqdirdə lizinq müqaviləsinin ləğvi və yaranmış borcun məhkəmə qaydasında məhkəmə qaydasında tələb ediləcəyi barədə İddiaçı tərəfindən xəbərdar olunmuşdur; 21.10.2020-ci il tarixli 464 nömrəli arayışdan görünür ki, Cavabdeh 01 dekabr 2017-ci il tarixli, AL-720 saylı daxili lizinq müqaviləsi üzrə 09.04.2020-ci il tarixə İddiaçınə əsas borcu 634,04 manat, mükafat borcu 147,30 manat, cərimə borcu 298,96 manat, cəmi 1.080,30 manat borcu vardır; 19.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2021-ci il tarixli, 9/2035 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1.839 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir; 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, X14 01 dekabr 2017-ci il tarixli, AL-720 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı mülkiyyətindən olan lizinq obyekti sayılan “DAEWOO GENTRA MİNİK” markalı avtomobili 48 ay müddətinə lizinqə götürmüş, Lizinq alan lizinq obyektinin dəyərini ödəniş cədvəlinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. X7 04.12.2017-ci il tarixdə bağlanmış AL-720 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X8 Lizinq verənin razılığı ilə AL-720 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklərini və lizinq obyekti sayılan “DAEWOO GENTRA MİNİK” markalı avtomobili qəbul etmiş və borcu ödəməyi öhdəsinə götürmüşdür. X3 02.05.2018-ci il tarixdə bağlanmış LİZ-720 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X4 Lizinq verənin razılığı ilə LİZ-720 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklərini və lizinq obyekti sayılan “DAEWOO GENTRA MİNİK” markalı avtomobili qəbul etmiş və borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 05.07.2018-ci il tarixdə bağlanmış LİZ-720 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X2 Lizinq verənin razılığı ilə LİZ-720 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklərini və lizinq obyekti sayılan “DAEWOO GENTRA MİNİK” markalı avtomobili qəbul etmiş və borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun İddiaçınə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən, lizinq verən İddiaçı pul məbləğini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yarandığından və borc tutulmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 63 manat məbləğinədək azaldılmalıdır. Həmçinin məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdehin lizinq obyektini yararsız vəziyyətdə şirkətə təqdim etdiyini və dəymişziyanın 2.490 manat təşkil etdiyi iddia etmişdir. Ekspert rəyi ilə sözügedən avtomobilin zədələndiyi və dəymiş ziyanın 1.839 manat olduğu müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarına və maddi hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, lizinq obyekti olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üçün 1.839 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 30 manat və ekspertiza xərci üçün 100 manatdan ibarətdir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu olan 30 manat pul vəsaitinin 20 manat məbləğindəki hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eləcə də ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti tərəflər arasında bərabər şəkildə bölünərək, 50 manat iddiaçıdan və 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə bağlanmış 01.12.2017-ci il tarixli AL-720 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, 634,04 manat əsas borc, 147,30 manat mükafat, 63 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 864,34 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, lizinq obyekti olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üçün 1.839 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia digər hissədə təmin edilməməli, İddiaçındən 50 manat və Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış 01.12.2017-ci il tarixli AL-720 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. 634,04 manat əsas borc, 147,30 manat mükafat, 63 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, cəmi 864,34 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Lizinq obyekti olan “DAEWOO GENTRA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üçün 1.839 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddiaçındən 50 manat və Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar