Məhkəmə qərarları › İş №2(012)-872/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-872/2025

14.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-872/2025 14.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 16.000 (on altı min) manat əmək haqqı, əmək haqqının verilmədiyi hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1 faizi məbləğin. 10.000 manat mənəvi ziyanın, həmçinin 60 manat mediasiya xərcinin tutulalaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında mübahisə əmək mübahisəsi yox, tərəflər arasındakı xidməti müqavilə əsasında yaranmış pul tələbi barədədir. Qüvvədə olan prosessual qanunvericiliyə görə isə pul tələbinə dair iddia ərizələrinin məhkəməyə təqdim edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumü ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. İş materiallarından müəyyən edilir ki, məhkəmə tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixli, 2(012)-872/2025 saylı məktubla verilmiş iddia tələbinin həcminə uyğun olaraq növbəti baxış iclasına qədər (xx.xx.2025-ci il) dövlət rüsumunun ödənilməsi təklif olunmuş və MPM-nin 259.0.12-ci maddəsində nəzərdə tutulan hallar izah olunmuşdur. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin müddəalarına, xüsusən də, həmin Məcəllənin 151.3cü maddəsinə nəzər yetirməsini, həmçinin hazırkı mübahisə əmək haqqı tələbi ilə bağlı olduğunu, Evro İnşaat MMC-nin qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işlədib, rəsmi olaraq bank yolu ilə əmək haqqı kartına köçürmədiyi pulun tələbi ilə bağlı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə rüsumun ödənilməsi barədə təklif göndərilməsinə baxmayaraq, İddiaçı bundan imtina etdiyindən, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı pul barədə iddia ərizəsinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar