Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-885/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (maraqlı şəxs: Abşeron rayon Qobu qəsəbə bələdiyyəsinin sədri Maraqlı şəxs Tofiq oğlu) pul tələbinə dair mülki işə 28 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (maraqlı şəxs: Abşeron rayon Qobu qəsəbə bələdiyyəsinin sədri Maraqlı şəxs Tofiq oğlu) etibardan sui-istifadə etməklə ələ keçirilmiş pul məbləğinin geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 24000 manat ödədiyi əsas borcun və özgəsinin pul vəsaitini qanunsuz ələ keçirməklə, saxlamaqla, onun qaytarılmasından imtina etməklə, vurduqları maddi ziyanla əlaqədar 20000 manat-cəmi 44000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və X4 tərəfindən İddiaçı 24000 manat pul vəsaiti və əmlakını ələ keçirmişlər. Onlar 2013- cü ilin may ayında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən kərpic zavodunun yaxınlığında Qobu bələdiyyəsinin balansında olan və özlərinə məxsus olmayan 0,08 ha torpaq sahəsini iddiaçıya göstərərək, həmin torpaq sahəsinin Qabilin əmisi oğluna məxsus olduğunu bildirmişlər və həmin sahəni sonradan onun adına sənədləşdirəcəklərini vəd edərək, etibarından sui-istifadə etməklə 09 may 2013-cü il tarixdə iddiaçını Xətai rayonu ərazisində yerləşən 14 saylı notarial kontoruna aparmışlar. Orada satdıqları torpaq sahəsinə heç bir aidiyyatı olmayan Abşeron rayonu Qobu bələdiyyə şurası tərəfindən X2 verilmiş rəsmi sənəd hesab edilən 09 nömrəli 17.05.2007-ci il tarixli Qərarın kserosurətini təqdim edərək həmin saxta sənəddən istifadə etməklə Qobu bələdiyyəsi ərazisində 0,08 ha torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı və s. hərəkətləri etməyə 09.05.2013-cü il tarixli etibarnaməni ona verərək notariusun qarşısında iddiaçıdan 4500 manat, 16.05.2013-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Nərimanov m/s-nın qarşısında 1500 manat, cəmi 6000 manat pulu almışlar. Ona və bir neçə vətəndaşa qarşı dələduzluq cinayəti törətmələri faktına görə onlar barəsində 31.03.2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə cinayət işi başlanmışdır və həmin cinayət işi baxılması üçün Bakı şəhər Nəsimi rayon məhkəməsinə verilmişdir. Məhkəmə hökmü çıxarılmazdan əvvəl məhkəmə zalında dəfələrlə bildirdilər ki, əgər onlar barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərsə, biz zərərçəkmişlərə dəymiş ziyanı torpaq sahəsi verməklə aradan qaldıracaqlar. Növbəti məhkəmə iclası zamanı, yəni 26 aprel 2017-ci il tarixdə onlar barəsində seçilmiş qətimkan tədbiri dəyişdirildi. Məhkəmə zalında onlar məhkəmənin qərarına əsasən həbsdən azad edildilər. İddiaçı və digər vətəndaşlar cavabdehlərlə birlikdə Qobu Bələdiyyəsi ərazisinə gələrək Bələdiyyənin o vaxtkı sədri Ənvər adlı şəxslə görüşmüşlər. Onların iştirakı ilə Bələdiyyədə işləyən Asif adlı şəxsə iddiaçıya veriləcək torpaq sahəsinin xəritəsini çəkmək üçün hər sahəyə görə 170 manat pul ödəmək lazım olduğunu bildirmişdir. Bundan sonra Qabil iddiaçıya Qobuda torpaq göstərərək Qobu Bələdiyyəsi tərəfindən X1 adma verilmiş paket sənədi verərək bildirmişdir ki, sənədlər çıxarış üçün hazırdır. Növbəti məhkəmə zamanı Qabil iddiaçıya Bayramov Meydan adlı şəxsin sənədlərini verərək ona Qobuya dəvət etmiş və ikinci torpağın yerini göstərərək bildirmişdir ki, çıxarış alması üçün ona kömək etsin. O da razılaşaraq əvvəlcə xəritənin çəkilməsi üçün 250 manat, sonradan isə 700 manat da çıxarışın alınması üçün pul vermişdir. Həmçinin Qabil torpağa görə ona məxsus Mersedes Benz-230 markalı, dövlət nömrə nişanı 01-BN- 253 olan avtomaşınını da təkidlə istəyərək dələduzluq yolu ilə ələ keçirmiş və sonra da sataraq özünə xərcləmişdir. Maşını isə dediyinə görə 9000 manata satmışdır. Sentyabr ayında məhkəməyə gələn Qabil iddiaçıya sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon şöbəsinə verdiyini və bunu təsdiqləyən sənədi verərək bildirdi ki, 24 oktyabr 2017-ci il tarixdə çıxarışı ala biləcəyini bildirdi. İddiaçıdan yenə də 3500 manat məbləğində pul almışdır. İddiaçı da 7 noyabr 2017-ci il tarixdə DƏDRX-nin Abşeron rayon şöbəsinə müraciət etmiş, oradan bu sənədin onlara məxsus olmadığını və sənədlərin saxta olduğunu bildirmişlər. Bununla bağlı Qabilə zəng etmişdir. İddiaçı bildirmişdir ki, onlardan şikayət edəcək. O isə şikayət etməməsini, etibarnamə verəcəyini bildirmiş, iddiaçıya isə yeni torpaq sahəsi göstərmişdir. Sonra Qabil iddiaçını 05 dekabr 2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontoruna gətirərək, onu notariat kontoruna girməyə qoymamış, özü içəri keçmiş və notariat kontorundan çıxdıqdan sonra öz adından olan 05 dekabr 2017-ci il tarixli, AR-1 №571965 nömrəli etibarnaməni ona vermişdir. Sonradan məlum olmuşdur ki, onun iddiaçıya verdiyi etibarnamə saxtadır və bildirmişdir ki, sənədləri qaydasına qoyacaq və torpaq sahəsində tikinti işləri apara bilər. Bundan sonra həmin ərazidə müəyyən işlər görmüşdür. 2020-ci ilin mart ayında torpaq sahəsini hasara almaq üçün həmin əraziyə gəlmiş və bu zaman görmüşdür ki, tanımadığı şəxslər ona məxsus torpaq sahəsində tikinti işləri aparırlar. Bu barədə onlara irad bildirəndə onlar iddiaçıya bildirmişlər ki, onun torpaq sahəsinii Qobu qəsəbə Bələdiyyəsinin sədri Maraqlı şəxs razılığı və iştirakı ilə Pünhan adlı bir nəfər satıb, lakin sənəd verməyib. Bu məsələyə aydınlıq gətirmək üçün iddiaçı Maraqlı şəxs ərizə ilə müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, etibarnamə ləğv edilib. Məsələyə aydınlıq gətirmək üçün mən Qobu bələdiyyəsinin sədri Maraqlı şəxs ərizə ilə müraciət etdmişdir. Cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsinə dair 05.12.2017-ci il tarixdə X4 iddiaçıya verdiyi etibarnaməni ləğv edib. İddiaçı bildirmişdir ki, Qabil Mehdiyev 02.08.2018-ci il tarixdə imzaladığı qəbzlə və Cavabdeh2 21.12.2017-ci il tarixdə imzaladığı qəbzlə, iddiaçıdan müxtəlif vaxtlarda ümumən torpaq sahələrinə görə 24000 manat aldadaraq pul aldıqlarına dair öz imzaları ilə qəbz veriblər və pulu qaytaracaqlarını vəd edirlər. Sonuncu dəfə onun razılığı ilə iddiaçının torpaq sahəsi digər şəxsə satılıb. Bundan sonra bələdiyyə sədri Qabilə zəng etdikdən sonra iddiaçıya yeni sahə verilməsini qeyd etmişdir. Həmin tarixdən, yəni 15.08.2020-ci il tarixdən 20.08.2020-ci il tarixə kimi iddiaçı hər gün bələdiyyəyə gəlmiş, ancaq bələdiyyə sədri Maraqlı şəxs tapa bilməmişdir. Orada olan vətəndaşlarla söhbət zamanı ona məlum oldu ki, onları da Bələdiyyə sədrinin iştirakı ilə bir neçə şəxsi aldadaraq pullarını alıblar. Qeyd edilənlərə əsasən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehləri torpaq almaq istədiyi vaxtdan tanıyır. Bir neçə il əvvəl Rəfail adlı şəxslə tanış olub. Onun adından kredit götürərək lizinq ilə avtomobil alıb. Qobu qəsəbəsində kürəkəni ev tikdirərkən Rəfail də orada fəhlə kimi çalışıb. Qobuda torpaq almaq istədiyini bildirəndən sonra Rəfail onu cavabdehlərlə tanış edib. Cavabdehlər ona Kərpic zavodunun yaxinlığılnda 8 sot torpaq sahəsi göstərərək oranın Qabilin əmisi oğluna məxsus olduğunu bildiriblər. Həmin torpaq sahəsini 6000 manata satdıqlarını, razılıq olarsa notarial qaydada onun adına keçirəcəklərini bildiriblər. Razılıq olub və notariusda Əli ona həmin torpaq sahəsini etibar etməsi barədə etibarnamə verib. O, Əliyə notariusda 4500 manat, sonra isə 1500 manat pul verib. Rəfail və Qabil də orada olub. Əli sənədləri hazırlayacağına söz verib. Bir müddət sonra Əli ona başqa torpaq sahəsinin də olduğunu və ucuz qiymətə satdığını bildirib. Alacağı təqdirdə xərcinin az çıxacağı üçün hər 2 torpaq sahəsini eyni zamanda sənədləşdirəcəyini bildirib. Əli torpağı 8000 manata satacağını bildirib, lakin onun o qədər pulu olmadığından lizinq ilə götürdüyü 12000 manat dəyərində avtomobili Əliyə etibarnamə ilə verib. Bank xərclərini ödəyəcəyi və avtomobili özü götürəcəyi barədə Əli ona söz verib. Uzun müddət keçsə də, torpaqlar onun adına sənədləşdirilməyib. Sonradan avtomobili Əlidən alıb. Bu barədə bələdiyyə sədrinə müraciət etsə də nəticəsiz qalıb. Torpağa dair sənədlər ona verilməyib və pul ona qaytarılmayıb. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki,iddia tələbi tam əsassızdır.Belə ki, iddiaçı ilə aralarında olan torpaq məsələsi tam həllini tapmışdır.Ona dəyən ziyan tam olaraq ödənilmişdir. Ona görə də iddiaçı notariat qaydada ərizəsi ilə ona və Qabilə qarşı heç bir şikayəti və tələbinin olmaması barədə ərizə vermişdir.. Məhkəmə iclasında Cavabdeh1 digər cavabdehin izahatına uyğun izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan 02.08.2018-ci il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı sənədləşmə məqsədilə 12000 manat pul almış və həmin pulu 2018-ci ilin avqust ayınadək qaytaracağı barədə öhdəlik götürmüşdür. Mülki işin materiallarından olan 21 dekabr 2017-ci il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh2 İddiaçı sənədləşmə məqsədilə 12000 manat pul almış və həmin pulu 2018-ci ilin mart ayının sonunadək qaytaracağı barədə öhdəlik götürmüşdür. Mülki işin materiallarından olan 808437 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, “Mercedes Benz 230” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 etibarnamə əsasında 11.06.2013-ci il tarixdə İddiaçı 9 il 2 ay 19 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir və etibarnamə 31.08.2022-ci il tarixədək qüvvədədir. Mülki işin materiallarından olan 07.06.2019-cu il tarixli **********602 saylı notariat qaydasında təsdiq edilmiş ərizədən müəyyən edilir ki, dəymiş maddi və mənəvi ziyan ödənildiyi üçün İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı heç bir tələbi və şikayəti yoxdur. Mülki işin materiallarında olan Nəsimi rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli 1(006)07/2018 saylı hökmdən müəyyən edilir ki, Qəribov Əli Xeybər oğlu və Cavabdeh1 CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1 maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəl olunmuşllar.Onlar bu cinayət əməlləri ilə bir sıra şəxslərə, o cümlədən Rəhimov Bəxtiyar Binnət oğluna qarşı cinayət əməli törədərək özərinə məxsus olmayan torpaq sahəsini zərərçəkənə satmaqla Qəribov Əli Xeybər oğlu və Cavabdeh1 tərəfindən ona ümumilikdə 1500 manat və 4500 manat olmaqla cəmi 6000 manat məbləğində ziyan vurulmuşdur. Beləliklə, iş materiallarından göründüyü kimi cavabdehlər tərəfindən iddiaçıya qanunsuz torpaq alqı-satqısı ilə əlaqədar cavabdehlər tərəfindən 12 000 manat və 12000 mnat olmaqla cəmi 24 000manat ziyan vurulsa da, sonradan onlar tərəfindən vurulmuş ziyan aradan qaldırılmış və iddiaçı 07.06.2019-cu il tarixli, **********602 saylı notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə dəymiş maddi və mənəvi ziyan ödənildiyi üçün İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı heç bir tələbi və şikayətinin olmmaması barədə ərizə vermişdir. Qeyd edilən ərizənin həqiqiliyini təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 24 000 manat maddi ziyan tələbi əsassız olmaqla təmin edilməməlidir. Əsas tələb rədd edildiyindən həmin tələbdən törəmə olan 20000 manat əldən çıxmış fayda barədə iddia tələbi də əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-885/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-885/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver