Məhkəmə qərarları › İş №2(012)-889/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-889/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-889/2024 19.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-997/2023 saylı qətnaməsinə əsasən X4 yetkinlik yaşına çatana kimi saxlanılması və X4 3 yaşına çatanadək Cavabdeh xeyrinə İddiaçı tərəfindən ödənilən alimentin ödənilməsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Həmin nikahdan bir uşaqları - xx.xx.2022-ci il təvəllüdlü X9 doğulmuşdur. Sonradan cavabdehin ona qarşı münasibəti pisləşdiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-997/2023 saylı qətnaməsinə əsasən nikah pozulmuş, uşaq X2 Aysel Nofəl qızının yanında saxlanılmış, X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi, həmçinin X9 3 yaşına çatanadək, Cavabdeh maddi tələbatlarının ödənilməsi üçün ondan hər ay 100 manat pulun tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bir müddət əvvəl müəyyən etmişdir ki, Cavabdeh uşaqları - xx.xx.2022-ci il təvəllüdlü X3 rəsmi qaydada imtina edərək, onu xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən X5 yerləşdirib. Cavabdeh qızımız - X3 imtina edib, onu xx.xx.2023-cü il tarixdən X5 yerləşdirdiyi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 997/2023 saylı qətnaməsinə əsasən onun tərəfindən Cavabdeh ödənilən alimentin ödənilməsinə xitam verilməlidir. Məhkəmə gedişatında iddiaçının nümayəndəsi İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-997/2023 saylı qətnaməsinə əsasən X4 yetkinlik yaşına çatana kimi saxlanılması və X9 3 yaşına çatanadək Cavabdeh xeyrinə İddiaçı tərəfindən ödənilən alimentdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsinə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan AZ-T 209339 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5145 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 997/2023 saylı qətnaməsinə əsasən qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat şöbəsində bağlanmış 78 nömrəli akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X9 anası Cavabdeh yanında saxlanılması, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulması, İddiaçı Cavabdeh xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 100 (yüz) manat pul vəsaiti tutulması, qətnamə alimentin və uşağın saxlanılması üçün pul vəsaitinin tutulması hissəsində dərhal icra olunması, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il 3-17-3/3-3-70/2023 saylı valideyn himayəsindən məhrum olmuş uşağın müəssisəyə yerləşdirilməsinə dair Qərardan görünür ki, valideyn himayəsindən məhrum olmuş X4 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov 122 ünvanında yerləşən Uşaq Psixo-Nevroloji Mərkəzə yerləşdirilməsi, qərarın bir nüsxəsi icra olunması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilməsi, qərarın icrasına nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdirinə (Cavid Şahmalıyevə) tapşırılması qərara alınmışdır. İş materiallarında olan **********975 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı övladı xx.xx.2021-ci il təvəllüdlü X4 digər şəxs(lər)ə övladlığa verilməsinə etiraz etmir, razı olduğunu bildirmişdir. İş materiallarında olan **********625 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh oğlu övladı xx.xx.2021-ci il təvəllüdlü X4 digər şəxs(lər)ə övladlığa verilməsinə etiraz etmir, razı olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 37 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli №3-17-3/3-3-70/2023 saylı Qərarına, uşağın atası-İddiaçı **********975 saylı (övladlığa verilməsinə etiraz etməməsi ilə bağlı notarial təsdiq olunmuş) və uşağın anası-Cavabdeh **********625 saylı(övladlığa verilməsinə etiraz etməməsi ilə bağlı notarial təsdiq olunmuş)- Ərizələrinə əsasən xx.xx.2023-cü il tarixdə müəssisəyə yerləşdirilmişdir. X4 maddi təminatları tam olaraq, “X8” Publik Hüquqi şəxs tərəfindən həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-997/2023 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdehin nikahları pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X9 anası, yəni Cavabdeh ilə qalmış və uşağın saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmuşdur. Cavabdeh aliment məbləğinin artırılması ilə bağlı Abşeron Rayon Məhkəməsində iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(012)-4174/2017 saylı qətnaməsinə əsasən aliment miqdarı artırılaraq hər bir uşaq üçün 136,6 manat olmaqla cəmi 273,2 manat məbləğində alimentin və İddiaçı Cavabdeh xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 100 (yüz) manat pul vəsaiti tutulması qət edilmişdir. Sonradan hər iki valideynin ərizəsinə əsasən X9 “X8” PHŞ-yə yerləşdirilmişdir. Məhkəmə sorğusuna əsasən əldə edilmiş məlumatlara görə X4 maddi təminatları tam olaraq, “X8” publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Belə olan halda X1 üçün Cavabdeh xeyrinə aliment tutulmasına zərurət yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-997/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2022ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün həmçinin X9 3 yaşına çatanadək Cavabdeh xeyrinə İddiaçı tərəfindən ödənilən alimenti ödəməkdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-997/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulması, xx.xx.2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 100 (yüz) manat pul vəsaiti tutulması barədə müəyyən edilmiş alimenti ödəməkdən azad edilsin. İddiaçı tutulan aliment üzrə alimentdən azad olma tarixi qətnamənin qanuni qüvvəyə mindiyi gündən müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar