Məhkəmə qərarları › İş №2(012)-924/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-924/2021

13.04.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-924/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğvi, pul və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğvi, pul və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası 13 aprel 2021-ci il tarixə təyin edilmiş, lakin tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «müqavilənin ləğvi, pul və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar