Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3521/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçı Qulı̇ yev Əvəz Quluş oğlunun, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qulı̇ yev Əvəz Quluş oğlunun cavabdehlər "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vı̇ nə, Nəsı̇ rova Səı̇ də Xeyrətdı̇ n qızına və Əhmədova Zəkı̇ yə İslamovnaya qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" MTK ilə bağladığı 14.11.2018-ci il tarixli müqaviləyə əsasən mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(012)-1916/2021-013 nömrəli qətnaməsindən iddiaçı Qulı̇ yev Əvəz Quluş oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab olunması və mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. İddiaçı Qulı̇ yev Əvəz Quluş oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 MTK ilə bağladığı 14.11.2018-ci il tarixli müqavilənin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli evin 3-cü blokunun 4-cü mərtəbəsində yerləşən 43.3 kv.m sahəsi olan izolə edilmiş 1 otaqdan ibarət 20 nömrəli mənzilə dair bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 MTK ilə bağladığı 14.11.2018-ci il tarixli müqavilənin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" MTK ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş, 29.02.2020-ci il tarixli "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli evin 3-cü blokunun 4-cü mərtəbəsində yerləşən 43.3 kv.m sahəsi olan izolə edilmiş 1 otaqdan ibarət, 20 nömrəli mənzilin alqısatqı müqaviləsinin etibarsız hesab olunması və həmin mənzilə dair onunla "xxxx" MTK arasında rəsmiləşdirilmiş 14.11.2018-ci il tarixli müqaviləyə əsasən mənzilin ona təhvil verilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MTK ilə 14.11.2018-ci il tarixdə bağladığı müqaviləyə əsasən, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli evin payçısı hesab olunmuş və həmin evin 3-cü blokunun, 4-cü mərtəbəsində yerləşən 53.02 kv.m sahəsi olan izolə edilmiş 1 otaqdan ibarət, 20 nömrəli mənzil payçı kimi ona ayrılmışdır. Müqavilənin 3.1-ci bəndinə müvafiq olaraq tərəflər mübahisəli mənzilin hər bir kv.m-nin qiymətini 450 manat məbləğində razılaşmaqla, ümumi qiyməti 23859 manat olaraq qiymətləndirmişlər. O, "xxxx" MTK-ya 14.11.2018-ci il tarixdə 10 000 manat ilkin ödəniş və həmin vaxtdan başlayaraq ayrı-ayrı vaxtlarda isə ümumi 5600 manat pul ödəmişdir. 2020-ci ilin fevral ayında o, növbəti dəfə cavabdeh təşkilata pul ödəmək üçün müraciət edəndə "xxxx" MTK-nın sədri Emil Səməndərov rəhbərlik etdiyi MTKda onun hər hansı bir evinin olmadığını, evləri istədiyi şəxslərə satmaq iqtidarında olduğunu və onun evini başqa şəxsə satdığını bildirmiş, bu səbəbdən də bununla razılaşdığı təqdirdə mənzilin dəyərinin ona qaytarılması təklifini irəli sürmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, bir mənzil bir neçə şəxsə satılmışdır. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq Emil Səməndərova razılıq vermişdir. Bu şərtlə ki, E.Səməndərov onun pulunu müqavilənin 6.1-ci bəndinə müvafiq olaraq 7 gün ərzində qaytarmalı idi. E.Səməndərov onun irəli sürdüyü bu şərtlə razılaşmış və yaxın günlərdə ödədiyi pulların tam olaraq ona qaytarılacağını bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilatın sədri verdiyi vədə riayət etməmiş, nəticədə bir neçə dəfəyə ona cəmi 2500 manat pul qaytarmışdır. Lakin sonradan ona mənzilinin cavabdeh təşkilat tərəfindən Cavabdeh2 satıldığı və sonuncu tərəfindən mənzilin dəyərinin tam ödənildiyi məlum olmuşdur. Eyni zamanda, "xxxx" MTK mənzilin ölçüsündə də onu aldatmışdır. Belə ki, realda mənzilin ölçüsü 43.3 kv.m olduğu halda müqavilə üzrə mənzilin sahəsi 53.02 kv.m göstərilmiş və bununla da o hesab edir ki, cavabdehin niyyəti ondan əlavə pul əldə etmək imiş. Eyni zamanda, o, "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış mənzilin alqı-satqı müqaviləsinin surətini əldə etmək məqsədilə vəkili vasitəsilə 22.01.2021-ci il tarixdə sorğu ilə müraciət etmiş, lakin MTK-nın sədri şifahi olaraq ona həmin sənədin verilməyəcəyini bildirmişdir. Bu səbəbdən də o, sorğunu poçt vasitəsilə göndərməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quliyev X4 Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. İşin halları tam, hərtərəfli, obyektiv araşdırılmamış, nəticədə qeyri-qanuni qətnamə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Qulı̇ yev Əvəz Quluş oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlər Nəsı̇ rova Səı̇ də Xeyrətdı̇ n qızı və Əhmədova Zəkı̇ yə İslamovnaya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən qeyd edilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini mənzilin dəyərindən 2500 manat ödəniş iddiaçıya qaytarılması və iddiaçı həmin məbləği qəbul etməklə müqavilənin ləğv edilməsini də “qəbul etmiş” olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narzı qalan iddiaçı apellyasiya şikayətində bu nəticəni mübahisələndirmişdir. İşdən görünür ki, iddia tələbi müqavilənin etibarsızlığı və mənzilin ona təhvil verilməsi barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 14 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli binanın 3-cü blokunun, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 53.02 kv.m sahəsi olan izolə edilmiş 1 otaqlı, 20 nömrəli mənzili iddiaçıya 23859 manata satmışdır. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya 15 mərtəbəli binanın İİİ blokunun 5-ci mərtəbəsində 53,02 kv.m. 1 otaqlı 20 saylı mənzil satıldığı halda, iddiaçı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 29.02.2020-ci il tarixli müqaviləni mübahisələndirmişdir. Halbuki bu müqavilə 16 mərtəbəli yaşayış evinin İİİ bloku 5-ci mərtəbəsində yerləşən 53,02 kv.m. olan izolə olunmuş 1 otaqlı 20 saylı mənzildən ibarətdir. Qeyd etmək lazımdır ki, hər iki mənzilin mərtəbəsi, ölçüsü, otağın sayı və nömrəsi eynilik təşkil etdiyi halda, mərtəbə fərqi mövcuddur. Belə ki, iddiaçının müqaviləsində 5-ci mərtəbə göstərildiyi halda, Cavabdeh2 müqaviləsində 16 mərtəbəli binanın 5-ci mərtəbəsi göstərilmişdir. Bundan başqa iddiaçı ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli binanın 3-cü blokunun, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,3 kv.m sahəsi olan 1 otaqlı, 20 nömrəli mənzili mübahisələndirdiyi halda Cavabdeh2 mənzilinin sahəsi 53,02 kv.m.dir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi mənzillə Cavabdeh2 adına olan müqavilədəki mənzildə uyğunsuzluq müəyyən olunur. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 29.02.2020-ci il tarixli müqavilənin etibarsızlığını tələb etsə də, əqdin etibarsızlığını təsdiq edən tutarlı sübutlar məhkəmməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müddətin tətbiqi barədə ərizə verməsi zərurəti yoxdur. İddiaçı 10.02.2021-ci ildə həmin əqdi mübahisələndirdiyindən, məhkəmə kollegiyasının bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının tələb etdiyi mənzil onunla bağlanmış 14.11.2018-ci il tarixli müqavilədə göstərilən mənzillə arasında yuxarıda qeyd olunan uyğunsuzluq aşkar edildiyindən, eləcə də tələb olunan artıq Cavabdeh2 sahibliyində və istifadəsində olduğundan, iddia tələbinin 14.11.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya təhvil verilməsi barədə iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1. maddəsi). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 390.1. maddəsi). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3521/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3521/2021
22.12.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver