Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-941/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı AtaSığorta ASC-nin cavabdeh Kalaycı Selimə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AtaSığorta ASC cavabdeh Kalaycı Selimə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək 2927 manat sığorta ödənişi, 500 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla cəmi 3457 manat pul vəsaitinin cavabdehdən tutulub iddiaçı AtaSığorta ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, AtaSığorta ASC ilə X4 arasında 09.04.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və QAZ 330202 markalı, ** FU *** qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Kalaycı Selim 29.05.2019-cu il tarixdə QAZ 330202 markalı, ** FU *** qeydiyyat nişanlı avtomobili idarə edərkən Neftçala rayonunda yol-nəqliyyat hadisəsi törətmiş və Toyota Prado markalı, ** PU *** qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün AtaSığorta ASC 2927 manat sığorta ödənişi həyata keçirmişdir. Neftçala Rayon Polis X20 Polisi Bölməsinin AtaSığorta ASC-yə təqdim etdiyi 30.05.2020-ci il tarixli, 177-U0-1219 saylı arayışa əsasən cavabdeh Kalaycı Selim yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Sorğuya əsasən Cəmiyyətə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28.09.2020-ci il tarixli, 04/3621 saylı məktubunda qeyd olunur ki, cavabdehə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 08.09.2019-08.09.2021-ci il tarixədək yaşama icazəsi verilmiş və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş cavabdehə məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh Selim Kalaycı QAZ 330202 markalı, ** FU *** qeydiyyat nişanlı avtomobili Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh Selim Kalaycı yol nəqliyyat hadisəsinin baş verdiyi QAZ 330202 markalı, ** FU *** qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. AtaSığorta ASC-nin məhkəməyə ünvanladığı 12.07.2021-ci il tarixli AS-SHTD- 21/1126 saylı ərizəyə əsasən iddiaçı iş həcminin çox olması səbəbindən 26.07.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına cavabdehin iştirak etmədiyi halda qiyabi icraat qaydası da daxil olmaqla nümayəndənin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Kalaycı Selimə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -31.08.2018-ci il tarixli AD 318305 saylı nəqliyyat vasiyəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2018-ci il buraxılışlı Toyota Prado minik markalı ** PU *** qeydiyyat nömrəli avtomobil X17 MMC-nin mülkiyyətindədir. -29.01.2019-cu il tarixli AD 438172 saylı nəqliyyat vasiyəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı il buraxılışlı Qaz 330202 yük markalı ** FU *** qeydiyyat nömrəli avtomobil X2 mülkiyyətindədir. -AtaSığorta ASC-nin 08.01.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, sığortalı X3 məxsus nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində X17 MMC-nin mülkiyyətində olan Toyota Prado markalı, ** PU *** qeydiyyat nişanlı avtomobilin təmiri üçün sığorta hadisəsinin baş verdiyi 29.05.2019-cu il tarixdə dəymiş zərər olaraq 3027 manat hesablanmışdır. -30.01.2020-ci il tarixli 20-00830/01/AA-041/20 saylı sığorta ödənişi aktından görünür ki, Atasığorta ASC-də PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən 09.04.2019-cu il tarixdən 09.04.2020-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış X3 məxsus QAZ 330202 markalı, ** FU *** qeydiyyat nişanlı avtomobilin 29.05.2019-cu il tarixdə Neftçala rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs X17 MMCnin mülkiyyətində olan Toyota Prado markalı, ** PU *** qeydiyyat nişanlı avtomobilə 3027 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 2927 manat pul vəsaitinin Paşa Sığorta ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. -05.02.2020-ci il tarixli 001428 saylı ödəniş tapşırığından görünür ki, AtaSığorta ASC tərəfindən Paşa Sığorta ASC-nin hesabına PAA********** saylı sığorta ödənişi olaraq 2927 manat köçürülmüşdür. -AtaSığorta ASC-nin Kalaycı Selimə ünvanlandığı 12.10.2020-ci il tarixli AS-SHTD- 20/324 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödədiyi 2927 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tələb etmək hüququna malik olduğunu bildirərək göstərilən məbləği 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, AtaSığorta ASC-də 09.04.2019-cu il tarixdən 09.04.2020-ci il tarixədək icbari sığorta növündə sığortalanmış sığortalı X3 məxsus QAZ 330202 markalı, ** FU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta haqqı 150 manat, bonus-malus əmsalı 0,75 olmaqla yekun sığorta haqqı 112.50 manat dəyərində (150 x 0.75 = 112.50) sığortalanmışdır. -29.05.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, 29.05.2019-cu il tarixdə saat 12:00 radələrində Neftçala rayonunda X17 MMCyə məxsus olan və 15.05.2019-cu il tarixli 04 saylı yol vərəqəsi əsasında X4 tərəfindən Toyota Prado markalı, ** PU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən Türkiyə Respublikasının vətəndaşı Kalaycı Selim tərəfindən QAZ 330202 markalı, ** FU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilən zaman geriyə hərəkət edərkən diqqətsizlik etmiş, düzgün manevr etməyib dayanmış və Toyota Prado markalı, ** PU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsini vurub zədələmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. -İnzibati tənbeh vermə haqqında 29.05.2019-cu il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X10 29.05.2019-cu il tarixdə Neftçala rayonu ərazisində QAZ 330202 markalı, ** FU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən geriyə hərəkət edən zaman Toyota Prado markalı, ** PU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsini vurub zədələmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 40 manat dəyərində cərimə olunmuşdur. -10.06.2019-cu il tarixli Toyota Bakı Mərkəzi MMC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Toyota Prado markalı, ** PU *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 3027 manat ziyan dəydiyi hesablanmışdır. -Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, X17 MMC-nin mülkiyyətində olan Toyota Prado markalı, ** PU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Paşa Sığorta ASC-də 15.08.2019-cu il tarixindən 14.08.2019-cu il tarixindən şərtsiz azadolma məbləği 100 manat, nəqliyyat vasitəsinin zədələnməsi və ya məhv olması halında sığorta məbləği 77300 manat, sığorta haqqı 1978.88 manat, üçüncü şəxslər qarşısında mülki məsuliyyət üzrə əmlaka dəyən zərərə görə 15000 manat, sığorta məbləği 25000 manat, sığorta haqqı 80 manat olmaqla sığortalanmışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 30.05.2019-cu il tarixli arayışdan görünür ki, Neftçala RPŞ DYPŞ bildirir ki, 29.05.2019-cu il tarixdə Neftçala rayonunda toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X2 mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Kalaycı Selim tərəfindən idarə olunmuş QAZ 330202 markalı, ** FU *** qeydiyyat nişanlı avtomobil X17 MMC-nin mülkiyyətində olan və sürücü X5 tərəfindən idarə olunmuş Toyota Prado markalı, ** PU *** minik markalı avtomobillə toqquşmuş və sonuncu avtomobilin arxa baqaj yerinin qapısı və şüşəsi əzilmişdir. -14.11.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X17 MMC ona məxsus olan Toyota Prado markalı, ** PU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini Aquaz MMC-nin əmək müqaviləsi əsasında çalışan qanuni işçilərinə etibar etmişdir. -Aquaz MMC-nin 14.10.2019-cu il tarixli 141019/01 saylı arayışından görünür ki, X5 14.11.2018-ci il tarixdən Aquaz MMC-də aylıq əmək haqqı 766.48 manat olmaqla sürücü vəzifəsində çalışır. -Türkiyə Respublikasının səlahiyyətli qurumu tərəfindən verilmiş sürücülük belgesindən görünür ki, Kalaycı Selimə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəd olaraq sürücülük vəsiqəsi verilmişdir. -Salyan RPŞ tərəfindən verilmiş 11.01.2011-ci il tarixli AZE № 08518883 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 şəhəri H.Əliyev küçəsi 24 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən müəyyən olunur ki, Kalaycı Selim Azərbaycan Respublikasının ərazisində 07.09.2018-ci il tarixdən 07.09.2019-cu il tarixədək olan müddətdə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -Dövlət Miqrasiya Xidmətinin 28.09.2020-ci il tarixli 04/3621 saylı məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı xx.xx.1987-ci il təvəllüdlü Kalaycı Selimə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün etibarlılıq müddətləri 23.04.2014-23.04.2015, 18.01.2016-18.01.2017, 06.09.2017-06.09.2018, 07.09.2018- 07.09.2019, 08.09.2019-08.09.2021-ci il tarixləri olan icazələr verilmişdir. Əcnəbi hazırda ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, X13 MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə hüquqi ünvanı ünvan 3 il tarixli, **********0989300 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X9 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Atasığorta ASC – adlı quruma, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Ş.Bədəlbəyli küçəsi ev 102 ünvanı, qanuni təmsilçi X11, X6 və X8 olmaqla VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair 25.09.2020-ci il tarixli,**********737500 nömrə ilə çıxarış verilmişdir. -14.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, AtaSığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 9/2663 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Paşa Sığorta ASC-nin 10.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı Toyota Prado markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2938,0 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, Paşa Sığorta ASC-nin 10.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı Toyota Prado markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3027 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 2227 manat, təmirbərpa işlərinin qiyməti - 800 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 1 il (2018-2019) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 2138 manat müəyyən edilir. / 2227,0 - 4 % / x 1 dəfə. Avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı mərkəz tərəfindən işlənib hazırlanmış Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsinə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 35-1 maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Atasığorta ASC-də sığortalanmış X2 mülkiyyətində olan Qaz 330202 markalı ** FU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Türkiyə Respublikasının sürücülük vəsiqəsinə sahib olan, lakin Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqəsi olmadan Türkiyə Respublikasının vətəndaşı cavabdeh Kalaycı Selim tərəfindən idarə edilmiş, 29.05.2019-cu il tarixdə Neftçala rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Kalaycı Selim tərəfindən idarə edilmiş Qaz 330202 markalı ** FU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Paşa Sığorta ASC-də sığortalanmış X17 MMC-nin mülkiyyətində olan, hadisə baş verən zaman yol vərəqəsi əsasında X5 tərəfindən idarə olunmuş Toyota Prado markalı ** PU *** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobilə 2927 manat zərər dəymiş, həmin ziyanın məbləği isə iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari Sığortalar haqqında Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində Toyota Prado markalı ** PU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 2927 manat, təmir-bərpa xərci 500 manat olmaqla cəmi 3427 manat, ekspert rəyinə əsasən isə dəymiş zərər olaraq 2227 manat, təmir-bərpa xərcləri 800 manat olmaqla qiymət verilmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb olunan məbləğ ilə ekspert rəyini yanaşı qiymətləndirərək baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 2227 manat, təmir-bərpa xərcinə görə 500 manat olmaqla cəmi 2727 manat sığorta ödənişinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 2227 manat, təmir-bərpa xərcinə görə 500 manat olmaqla cəmi 2727 manat sığorta ödənişi cavabdeh Kalaycı Selimdən subroqasiya qaydasında tutularaq iddiaçı AtaSığorta ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsi qismən təmin edildiyinə görə, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin əvəzi cavabdeh Kalaycı Selimdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Kalaycı Selimdən 2227 (iki min iki yüz iyirmi yeddi manat) manat sığorta ödənişi, 500 (beş yüz manat) manat işlərin görülmə xərci və ödənilmiş dövlət rüsumuna görə 30 manat (otuz manat) olmaqla cəmi 2757 (iki min yeddi yüz əlli yeddi manat) subroqasiya qaydasında tutularaq iddiaçı AtaSığorta ASC-nə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat cavabdeh Kalaycı Selimdən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov.