Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-942/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı «sığorta ödənişi və xərclərin tutulması» tələbinə dair mülki işə 27 aprel 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 595 manat sığorta ödənişi məbləğinin, 1400 manat işlərin görülməsi xərclərinin və 30 manat dövlət rüsumu olmaqla cəmi 2025 manat məbləğində pul vəsaitinin “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəklərini, iddianı müdafiə etdiklərini göstərmiş və mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında 10.03.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Dong Feng S 30» markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 09.06.2019-cu il tarixdə «Dong Feng S 30» markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xırdalan şəhəri, X4 küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və «Tofash Dogan» markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 595 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Abşeron RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi 12.06.2019-cu il tarixli, 128-38251- 1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Hadisə ilə bağlı tərtib olunmuş İnzibati xəta haqqında Qərarda Cavabdeh hadisə vaxtı «Dong Feng S 30» markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobili nikah haqqında şəhadətnamə əsasında idarə etdiyi qeyd olunmuşdur. Cəmiyyətə təqdim olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Dong Feng S 30» markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. Cavabdeh isə «Dong Feng S 30» markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. Odur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh «Dong Feng S 30» markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etmişdir. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında və məhkəməyə ünvanlandığı iddia ərizəsinə etirazda bildirdi ki, iddiaçı “xxxx” ASC ona qarşı 595 manat sığorta ödənişi məbiəğinin, 1 400 manat işlərin goruiməsi xərcinin və 30 manat doviət rüsumunun, cəmi 2 025 manat məbləğində pul vəsaitinin ondan tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə onun aramda 10.03.2019-cu i! tarixdə P.AA********** saylı sığorta müqaviləsi bağlanmış və “Dong Feng S 30” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı aldığını, 09.06.2019-cu il tarixdə “Dong Feng S 30” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xırdalan şəhəri X4 küçəsində yol-nəqliyyat hadisəsi törətdiyini, “Tofash Doğan” markalı, ** SA *** dövlət qeudiyyat nişanlı avtomobilə zərər vurduğunu, zərərin aradan qaldırılması üçün “xxxx” ASC 595 manat məbləğində sığorta ödənişini həyata keçirdiyini qeyd etmişdir. Abşeron RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi 12.06.2019-cu il tarixli 12838251-1219 saylı arayışa əsasən onun yol nəqliyyat hadisəsində təqsirli bilindiyi və bu səbəblədə onun zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yarandığını bildirilmişdir. İddiaçının ona qarş əsassız iddiası ilə qəti şəkildə razı deyildir. İddiaçının özünün də qeyd etdiyi kimi hadisə 2019-cu ilin iyun ayının 9da baş vermişdir. Yol nəqliyyat vasitəsi baş verən zaman Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirli bilinərək, hadisə yerində tərtib edilmiş cərimə məbləğini ödəmişdir. Qeyd etmək istəyir ki, “Tofash Doğan" markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 595 manat məbləğində ziyan şişirdilmişdir və həqiqəti əks etdirmir. Məlumdur ki, iddiaçı öz xeyrini güdmək üçün belə bir məbləğ ilə məhkəməyə müraciət etmişdir. Hələ üstəlik görülən işlər barədə ondan 1 400 manat məbləğində pul tələb olunur. Hansı görülən işlər? Əgər 1400 manat məbləğində iş görülübsə, ödənilən qəbzlər hardadır? Qeyd edilən iddia cəfəngiyyatdan başqa bir şey deyildir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilk öncə onu xəbərdar etməli və mobil telefonunu, ünvanını bildiyi üçün ona rəsmi şəkildə müraciət etməli idi. Hadisədən az qala 2 il vaxt keçdikdən sonra ondan şişirdilmiş bir məbləğə pul tələb olunur. “Tofash Doğan” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə 595 manat məbləğində ziyan dəyməmişdir. Həmin avtomobili ili köhnə idi və “xxxx” ASC tərəfindən iddia ərizəsinə əlavə edilmiş hesablama akti məlumdur ki, öz xeyirləri üçündür. Qeyd edilir ki, ona rəsmi şəkildə ərizə ilə müraciət olunmuşdur. O isə poçt zərfini almamış və imzalayaraq qəbul etməmişdir. Onun məhkəməyə qədər bu işdən xəbəri olmamışdır. O, məhkəmədən də xahiş edir ki, “Tofash Doğan” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məhkəmənin ekspertizası tərəfindən baxış keçirilərək, akt tərtib edilsin. O, zaman həqiqətən də həmin avtomobilə dəymiş ziyanın şişirdilmiş olduğunu ortaya çıxacaqdır. O, görülən işlər barədə xərclənmiş 1400 manat pulu da qəti şəkildə qəbul etmir. Öz xeyirləri üçün əsassız bir iddianın məhkəməyə hazırlanması üçün 1400 manat pul tələb olunur. Hesab edir ki, iddiaçının ona qarşı şişirdilmiş bu iddiası qərəzsiz şəkildə rədd olunmalıdır. Birincisi “Tofash Doğan” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 545 manat deyil. Hadisə baş verən zaman o, törətdiyi hadisəyə görə cərimə edilmiş və cərimə məbləğini də ödəmişdir. Odur ki, o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan olan “xxxx” ASC-nin 25.06.2019-cu il tarixli, 19-05833/06/AA-4869/19 nömrəli sığorta aktından görünür ki, 09.06.2019-cu il tarixdə Xırdalan şəhəri, X4 küçəsində yolnəqliyyat hadisəsi baş vermiş, idarə olunan «Dong Feng S 30» markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən «Tofash Dogan» markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Vurulan zərərin məbləği 595 manat təşkil edir və bu yol-nəqliyyat hadisəsi Abşeron RPİ DYPŞ tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Abşeron RPİ DYPŞ-nin 11.06.2019-cu il tarixli, TP ******* saylı İnzibati xəta haqqında Protokolun surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli 009367 saylı ödəniş tapşırığından görünür ki, Atəşgah sığorta şirkəti ASC tərəfindən 19-05833/06/AA-4869/19 saylı sığorta aktına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə 595 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. 09.06.2019-cu il tarixdə Xırdalan şəhəri, X4 küçəsində Cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunan X2 məxsus “xxxx” ASC-də sığortalanmış «Dong Feng S 30» markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə «Tofash Dogan» markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC tərəfindən 595 manat sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən zərərin aradan qaldırılması üçün iddiaçının ödədiyi 595 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, avonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[ Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, iddia tələbinin işlərin görülməsi xərcləri ilə bağlı 1400 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı şirkətə ödənilməsi hissəsi ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən həmin hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumundan iddianın təmin olunmuş hissəsinə mütənasib olan 9 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 595 manat məbləğində sığorta ödənişi və 9 manat dövlət rüsumu olmaqla cəmi 604 manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-942/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-942/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver