Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-952/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi layihə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı "xxxx" müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış "Kooperativ binanın tikintisi haqqında” müqavilənin şərtlərinə görə iddiaçı “ABŞERON-A1" Mənzil Tikinti Kooperativi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyevprospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş. 10-cıı mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzili tikib dəyəri tam ödənilməklə, sanitariya avadanlığı və daxili tamamlama işləri aparılmadan Cavabdeh verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 38000 (otuz səkkiz min) manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə öhdəsinə düşən vəzifəni indiyədək icra elməyərək, mənzilin dəyəri olan 38000 (otuz səkkiz, min) manatı iddiaçı "ABŞERON-A1” MTK-nın kassasına ödəməmişdir. cavabdehə verilmiş yalnız İddiaçı MTK-nın sədrinin imzaladığı və möhürlə təsdiq edilmiş 38000 manatın ödənilməsi barədə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi həmin mənzilin dəyərinin ödənilməsini təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. İddiaçı "xxxx" MTK-nın sədri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 38000 manatın ödənilməsi barədə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi cavabdeh tərəfindən qeyd edilən mənzilin dəyərinin ödənilməsi təəssüratı yaratsa da, bu həqiqətdən uzaqdır. Çünki, həmin kassa mədaxil orderinin qəbzini iddiaçı təşkilatın rəhbəri imzalasa da, nədənsə nə baş mühasib, nə də həmin pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassir imza etməmişdir. Həqiqət bundan ibarətdir ki, cavabdeh həmin pulu iddiaçı “ABŞERON- A1"xxxx" MTK-ın sədri imza etməklə, 38000 manat məbləğində pul vəsaitinin qəbul edilməsinə razılıq vermişdir. Bildirilir ki, iddiaçı "xxxx" MTK-na üzv olmaq barədə cavabdehin indiyədək müraciət etməməsi, əksinə susaraq bu hüququndan istifadə etməməsi də öz özlüyündə onun tərəfindən qeyd edilən mənzilin dəyərinin faktiki olaraq, ödəmədiyini təsdiq edən hal qismində qiymətləndirmək olar. Çünki, cavabdeh hələ 2019cu ilin yanvarında müəssisəyə qarşı qeyd edilən mənzilə dair giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbində Cavabdeh "xxxx" MTK-na üzv olmaq barədə qərarın ona verilməsini tələb etməmişdir. Halbuki, "xxxx" MTK-na üzv olmaq barədə qərar olmadan Cavabdeh qeyd edilən mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alına bilməz, qeyd edilən mənzilə dair cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınmasından ötrü 38000 manatın ödənilməsi barədə xx.xx.2017-ei il tarixli kassa mədaxil orderinin qəbzi deyil, iddiaçı “ABŞERON-A1" MTK tərəfindən verilmiş maliyyə arayışı təqdim edilir. Cavabdeh ona əmlak payının tam ödənilməsinə və borcunun olmamasına dair maliyyə arayışının verilməsi barədə indiyədək də iddiaçı "xxxx" MTK-na müraciət etməmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən mənzilin dəyəri olan 38000 manat həqiqətən də ödənmiş olsaydı, onda o, maliyyə arayışının da ona verilməsini qətiyyətlə tələb edərdi. Maliyyə arayışının ona verilməsini indiyədək tələb etməməsi də, cavabdeh tərəfindən mənzilin dəyərinin faktiki olaraq ödənilməməsi ilə əlaqədardır. Abşeron Rayon Məhkəməsində iddiaçı Cavabdeh ‘'ABŞERON A1” MTK-na qarşı yuxarıda qeyd edilən mənzilə giriş-çıxışın təmin olunması və həmin mənzildən maneəsiz istifadəyə şəraitin yaradılmsı tələbinə dair ilk iddia ərizəsi üzrə 03 aprel 2019-cu il tarixli 2(012)-1007/2019 nömrəli qətnamə qəbul edilmişdir. Həmin iddia ərizəsinə məhkəmədə baxılanda iddiaçı Cavabdeh məhkəmə iclasında şəxsən iştirak edərək, verdiyi izahatında qeyd edilən mənzilin pulunu “ABŞERON A1" MTK-nın inzibati binasında onun sədrinə deyil, ‘'ABŞERON A1” MTK-dan kənarda başqa şəxsə verdiyini bildirmişdir. Beləliklə, yuxarıda sadaladığı fakt və hallarla təsdiq olunur ki, cavabdeh xx.xx.2017-ci il tarixli "xxxx" müqavilə ilə üzərinə düşən öhdəliyi indiyədək üzürsüz səbəbdən yerinə yetirməyərək, mənzilin dəyəri olan 38000 manatın heç bir hissəsini iddiaçı "ABŞERON-A1 “ MTK-na ödəməmişdir. Ona verilən xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi isə qeyd edilən məbləğdə pulun qəbul edilməsinə iddiaçının rəhbərinin razılığını bildirir, ödənilmə isə edilməmişdir. Aralarında bağlanmış 17 mart 2017-ci il tarixli "Kooperativ binanın mənzil tikintisi haqqında" müqavilə üzrə pay haqqını 10 (on) gün müddətində tamamilə "ABŞERON- A1” MTK-nın xəzinəsinə ödəməsi, əks təqdirdə həmin müqavilənin ləğv edilməsi barədə xəbərdarlığa indiyədək cavab verilməmişdir. İddiaçı MTK-nın nümayəndəsi Vəkil2 məhkəmənin əvvəlki iclasında iddianı müdafiə edib təmin edilməsini xahiş etmişdir, sonuncu məhkəmə iclasında isə iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasını növbəti tarixə təxirə salmağı xahiş etmiş, vəsatət əsassız olduğundan təmin edilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, tərəflər arasındakı müqavilə münasibətləri üzrə iddia müddəti ötürüldüyündən mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinə verilən etirazı müdafiə edərək bildirdi ki, iddiaçı “Abşeron-A1" Mənzil Tikinti Kooperativinin iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. Belə ki, xx.xx.2017-ci il tarixdə cavabdehlə “Abşeron-A1’ Mənzil Tikinti Kooperativi arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş,10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin alınması ilə bağlı “Kooperativ binanın tikintisi haqqında" müqavilə bağlanmış və həmin müqavilə üzrə mənzilin dəyəri (38000 AZN) tam məbləğdə cavabdeh tərəfindən ödənilmişdir. Hazırki iş üzrə ləğv edilməsi mübahisə edilən xx.xx.2017-cü il tarixli "xxxx" müqavilə üzrə cavabdehin İddiaçı qarşısında olan borcunun tam məbləğdə (mənzilin dəyərinin (38000 AZN) ödənilməsi Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)- 3748/2021 saylı qanuni qüvvəyə minmiş qərarı ilə artıq sübut olunmuş fakt kimi öz təsdiqini tapmışdır. Eyni zamanda, onu da qeyd edir ki, İddiaçı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi, hazırki halda tərəflər arasında müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmış və iddiaçı tərəfindən isə 2021-ci ilin dekabrında məhkəməyə müraciət edilmişdir ki, müqavilənin bağlanma tarixindən 3 il keçdiyinə görə iş üzrə iddia müddəti tətbiq edilməlidir. Mənzilin dəyərinin tam ödənilməsi faktı MTK tərəfindən həm kassa məxaric orderində, həm də məhkəmə qətnamələri ilə təsdiqlənmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı ona qarşı xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı "xxxx" müqavilənin ləğv edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il “Kooperativ binanın Mənzil tikintisi haqqında” müqavilədən görünür ki, İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş. 10-cıı mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzili tikib dəyəri tam ödənilməklə, sanitariya avadanlığı və daxili tamamlama işləri aparılmadan Cavabdeh verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 38000 (otuz səkkiz min) manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli Kassa mədaxil orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən 38000 (otuz səkkiz min) manat xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı MTK-ya ödənilmişdir, MTK-nın rəhbəri və kassir tərəfindən imzalanmış və möhürlənmişdir. Mülki işin materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh MTK ilə arasında xx.xx.2017-ci il tarixli "xxxx" müqavilə üzrə pay haqqını 10 (on) gün müddətində tamamilə İddiaçı MTK-nın xəzinəsinə ödənilməsi əks təqdirdə müqavilənin ləğvinə razılıq verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3748/2021 saylı qanuni qüvvəyə minmiş qərarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə giriş-çıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şərait yaradılması iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli "xxxx" müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, ikinci apellyasiya baxışında Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2020ci il tarixli Qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, Ali Məhkəmənin qeyd edilən Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə qərarları ilə ilkin iddia tələbi təmin edilərkən məhkəmələr müəyyən etmişlər ki, Cavabdeh MTK ilə arasında xx.xx.2017-ci il tarixli "xxxx" müqaviləsinə əsasən MTK mübahisəli mənzili Cavabdeh 38000 manata satdığından və sonuncu da qeyd edilən pul məbləğini MTK-ya ödədiyindən həmin müqavilədə Cavabdeh başqa bir öhdəliyi olmadığından və həmçinin alqı-satqı müqaviləsinin MM-də müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, həmin müqavilə etibarsız sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair Cavabdeh ilə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyəri olan 38 000 manat cavabdeh tərəfindən MTK-nın kassasına ödənilmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi layihə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin tikintisi ilə bağlı "xxxx" müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı iddia tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının dəlilləri onun özünün təqdim etdiyi kassa mədaxil qəbzi ilə və işin müəyyən edilən halları ilə tam təkzib olunur. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisə daşınmaz əmlakla bağlı olduğundan MM-nin 373.2 maddəsinə görə belə tələblər üzrə altı il olduğundan cavabdehin vəsatəti əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-952/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-952/2022
20.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver