Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1162/2025 23.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi – atası Cavabdeh Balış oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı aliment tələbi barədə mülki işə 23 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2025-ci ildə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, cavabdeh T.Cavabdehla 2023-cü ilin iyul ayında qeyri rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2024-cü ildə Mübariz adlı uşağı olmuşdur. Uşağın səhhətində problem olduğu üçün cavabdehlə münasibətlərinin pozulduğunu, məcburiyyətdən uşaqla birlikdə valideyinlərinin yanında qaldığını, cavabdehin uşağın tələbatlarını ödəməkdə ona köməklik etmədiyini qeyd etməklə T.Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü Mübariz adlı uşağın saxlanması üçün hər ay 250 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək Mübariz adlı uşağın onun himayəsində qaldığını, cavabdehin uşağın saxlanmasına kömək etmədiyini qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh T.Cavabdeh numayəndəsi qismində məhkəmədə izahat verən M.B.Həsənov iddianı etiraf etməyərək 5 aydır İddiaçı onlara uşaqla görüşməyə icazə vermədiyini, Mübariz adlı uşağın onların himayəsinə veilməsini istədiyini qeyd etməklə tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş AZ-V № 012930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2024-cü ildə Mübariz adlı uşağı olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü T.Cavabdeh Mübariz adlı uşağın yetkinlik yaşılna çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən 44 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü ildə anadan olmuş Mübariz adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün X1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh T.Cavabdeh 44 manat dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. İddiaçınin iddiasının qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1162/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1162/2025
23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver