Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1334/2025 14.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 14 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2025-ci ildə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Cavabdehlə qeyri rəsmi nikahından xx.xx.2023-cü ildə Cənnət adlı uşağı olmuşdur. Cavabdehlə münasibətlərinin pozulduğunu, cavabdehin uşağın tələbatlarını ödəməkdə ona köməklik etmədiyini qeyd etməklə Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat alimentin və mediasiya üçün ödədiyi 60 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim edərək xx.xx.2023-cü il təvəllüdlü X2 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 246 manat alimentin alınıb ona verilməsi, xx.xx.2023-cü il təvəllüdlü X3 qulluğa görə uşaq 3 yaşına çatanadək hər ay 150 manat alimentin və mediyasiya üçün ödədiyi 60 manatın cavabdehdən alınıb on averilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2 il əvvəl Cavabdeh ərə getmiş, nikahı rəsmiləşdirməmişdir. 1 ilə yaxındır ki, valideyinlərinin yanında yaşadığını qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək Cənnət adlı uşağın atası olduğunu, uşağın saxlanması üçün hər ay maksimum 150 manat aliment ödəmək imkanının olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-İV № 889086 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2023-cü ildə Cənnət adlı uşağı olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə məlum olmuşdur ki, İddiaçı Cavabdeh ərə getmiş, aralarında olan nikahı rəsmiləşdirməmiş, onların xx.xx.2025-ci ildə Cənnət adlı uşağı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45-ci maddəsində qeyd olunmuşdur ki,uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin,uşağın qəyyumunun,uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü Cavabdeh Cənnət adlı uşağın yetkinlik yaşılna çatanadək saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə iddianın uşağın 3 yaşına çatana qədər hər ay 150 manat tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, mülki işə baxılarkən məlum olduğu kimi tərəflərin ümumi 3 yaşına çatmamış xx.xx.2023-cü ildə anadan olmuş Cənnət adlı uşağı İddiaçı himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün hər ay 200 manat aliment ödəyəcəyi halda onun 50 manatdan artıq zəruri vəsaitə malik olması məhkəmə baxışında təsdiq olunmamışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü iddianın həmin hissəsinin 50 manat həcmdə təmin olunmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən 44 manat dövlət rüsumu tutulmalı, həmçinin iddiaçının mediasiya şurası üçün ödədiyi 60 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Anası İddiaçı olan xx.xx.2023-cü ildə anadan olmuş Cənnət adlı uşağın atasının xx.xx.1991-ci ildə Beyləqan rayonu Türklər qəsəbəsində anadan olmuş və hazırda Beyləqan rayonu Türklər qəsəbəsində qeydiyyatda olan Cavabdeh olması müəyyən edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü ildə anadan olmuş Cənnət adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2023-cü ildə anadan olmuş Cənnət adlı uşaq 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 44 manat dövlət rüsumu tutulsun. İddiaçı mediasiya şurası üçün ödədiyi 60 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin aliment tələbinə dair hissəsi dərhal icra edilsin. İddiaçınin iddiasının qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1334/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1334/2025
14.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver