Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1345/2025 16.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 20 iyun 2016-ci il tarixli, 2(013)-408/2016 saylı Qətnaməsi ilə Cavabdeh ilə aralarında Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Sarıcalı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində bağlanmış 14 iyul 2018-ci il tarixli, 09 saylı nigah qeydi pozulmuş, xx.xx.2011-ci ildə anadan olmuş Aysu və xx.xx.2013-cü ildə anadan olmuş Elşən adlı uşaqlar yetkinlik yaşına çatana qədər onun himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentn onun xeyrinə tutulması qət edilmişdir. Hazırda cavabdeh alimenti ödəyir. Ağdam Rayon Məhkəməsinin həmin qətnaməsi ilə borclu Cavabdeh tutulan alimentin məbləğinin indeksasiya edilməsinə dair məhkəməyə müraciət etmiş, sonradan isə cavabdehlə nikahından xx.xx.2024-cü il təvəllüdlü Əli adlı uşaqları anadan olmuşdur. Ərizəyə əlavə etdiyi 15 fevral 2024-cü il tarixli, AZ-İV № 954438 X1 də görünür ki, Əli adlı uşağın atası N.Allahverdiyedir. Cavabdeh Əli adlı uşağa yardım göstərməkdən əsassız olaraq imtina edir. Qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı müasir dövrün tələblərinə cavab vermir və üçüncü uşağa görə aliment tələb etmək məcburiyyətindədir. Ərizəsinə əlavə edilmiş X3 xx.xx.2025-ci il tarixli, MŞA/MTO48/2025 saylı Arayışından görünür ki, cavabdeh mübahisənin həll edilməsi üçün Mediasiya Sessiyasında iştirak etmək üçün gəlməkdən imtina etmişdir. Belə olan halda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, cavabdehdən yeni anadan olmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat məbləğində aliment tutularaq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh Şəmkir Rayonu ərazisində parniklərdə işləyir. Hələ bundan əvvəl də 2 uşağın sxlanılması üçün aliment qət edilmiş, lakin cavabdeh məhkəmənin qətnaməsini icra etmir. Uzun müddətdir ki, cavabdeh uşaqlarla maraqlanmır. Ona görə də hesab edir ki, cavabdehdən yeni anadan olmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutularaq ona verilməlidir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir, məhkəmə iclas katibi bildirir ki, onunla telefon əlaqəsi saxlamış, Cavabdeh bildirmişdir ki, Şəmkir Rayonunda işləyir, məhkəməyə gələ bilməyəcək. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, iddia tərəfini dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA 243512 seriyalı X7 surətindən görünür ki, İddiaçı Ağdam Rayonundan məcburi köçkündür. Ərizəyə əlavə edilmiş X2 surətindən görünür ki, hazırkı tərəflərin birgə nikahlarından 08 fevral 2024-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ərizəyə əlavə olunmuş AZ-İ № 227469 saylı X8 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı aralarında olan nikah 11 avqust 2016-cı il tarixdə ləğv edilmişdir. X4 X9 17 mart 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh aralarında rəsmi nikah qeydiyyatı olmuş, sonradan nikah pozulmuş, birgə nikahdan 3 uşaqları var, uşaqlardan 2-si üçün aliment müəyyən edilmiş, yeni anadan olmuş 15 fevral 2024-cü il təvəllüdlü Əli adlı uşaq üçün aliment qət edilməmişdir, uşaqlar iddiaçının himayəsindədirlər. İddiaçı 3-cü uşağın saxlanılması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış miniumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyə vəzifəsinin icrası ilə bağlı olsa da iddiaçı cavabdehin qazancı ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən iddia qismən təmin edilməli, atasından, bir azyaşlı uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla və 01 aprel 2025-ci il tarixdən hesablanılmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.42 /168 manat/ mislində aliment məbləği tutularaq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. "X11" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti 1 il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 40.16 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla və 01 aprel 2025-ci il tarixdən hesablanılmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.42 /168 manat/ mislində aliment məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamənin aliment tələbi ilə bağlı hisəsi dərhal icra edilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilməli olan 40.16 /qırx manat on altı qəpik/ manat tutulub dövlət büdcəsinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1345/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1345/2025
16.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver