Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-141/2024 12.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il tarxidə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla, 440 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrimə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı 27 dekabr 2023-cü il tarixə saat 09:30-a Ağdam Rayon Məhkəməsinin binasına təyin edilmiş və bu barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclası 11 yanvar 2024-cü il tarixə saat 11:35-ə təxirə salınmış və bu barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq onlar gəlmədiyindən məhkəmə iclası 12 fevral 2024-cü il tarixə saat 11:30-a təxirə salınmış və bu barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Ona görə də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-141/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-141/2024
12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver