Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1694/2025 25.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı İmaməddin qızının Cavabdeh qarşı uşaqların öhdədə saxlanması və aliment tələbi barədə mülki işə 25 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, Cavabdehlə 2020-ci ildə qeyri rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2022-ci ildə Sünbülə və xx.xx.2023-cü ildə Yeganə adlı uşaqları olmuşdur. Cavabdehlə 2023-cü ildən ayrıldığını, uşaqların onun himayəsində qaldığını, cavabdehin uşaqların saxlanmasında maddi köməklik etmədiyini, özünün uşaqlar azyaşlı olduğu üçün işləyə bilmədiyini, lakin Cavabdeh işləyərək normal qazanc əldə etdiyini qeyd etməklə xx.xx.2022-ci il təvəllüdlü Sünbülə və xx.xx.2023-cü il təvəllüdlü Yeganə adlı uşaqların onun himayəsində saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı Sünbülə və Yeganə adlı uşaqların onun himayəsində qaldığını, cavabdehin gücü çatacağı məbləğdə hər ay vaxtında ödəyəcəyi təqdirdə 300 manat alimentə razı olduğunu bildirmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək Sünbülə və Yeganə adlı uşaqların iddiaçının himayəsində qalmasına etiraz etmədiyini, heç bir yerdə işləmədiyini, uşaqların saxlanması üçün hər ay vaxtı-vaxtında cəmi 300 manat aliment ödəmək imkanı olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-İV № 700430 saylı və AZ-İV № 882030 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2022-ci ildə Sünbülə və xx.xx.2023-cü ildə Yeganə adlı uşaqları olmuşdur. Məhkəmə araşdırmalara, sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il təvəllüdlü Sünbülə və xx.xx.2023-cü il təvəllüdlü Yeganə adlı uşaqlar İddiaçı himayəsində olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq Cavabdeh Sünbülə və Yeganə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli olmaqla cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən 63,20 manat alınaraq dövlət mədaxilinə köçürülməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşaqlar yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlansın. xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2022-ci ildə anadan olmuş Sünbülə və xx.xx.2023-cü ildə anadan olmuş Yeganə adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli olmaqla cəmi 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Cavabdeh 63,20 manat dövlət rüsumu tutulsun. İddiaçı iddiasının qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1694/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1694/2025
25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver