Məhkəmə qərarları › İş №2(013)-1841/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1841/2025

02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1841/2025 02.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – anası X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 02 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ərə getmiş, nikahı xx.xx.2021-ci ildə rəsmiləşdirmişdir. Birgə nikahdan xx.xx.2021-ci ildə İnci və xx.xx.2025-ci ildə Arda adlı uşaqları olmuşdur. İlk vaxtlar mehriban yaşasalarda sonradan aralarında olan münasibət pisləşmiş, 2 azyaşlı uşağı iləb birlikdə anasının yanında yaşamağa başlamışdır. Heç bir yerdə işləmədiyini, cavabdehin uşaqların saxlanmasında maddi yardım etmədiyini qeyd etməklə övladları xx.xx.2021-ci il təvəllüdlü İnci və xx.xx.2025-ci il təvəllüdlü Ardanın saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin və xx.xx.2025-ci il təvəllüdlü Arda adlı uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat alimentin cavabdehdən alınıb ona veriləsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində qismində məhkəmədə izahat verən N.M.Əsədova iddianı müdafiə edərək göstərmişdir ki, qızı İddiaçı 5 il əvvəl Cavabdeh ərə getmiş, birgə nikahdan İnci və Arda adlı uşaqları olmuşdur. Qızının hazırda uşaqları ilə birlikdə onun yanında qaldığını, uşaqların saxlanmasında maddi çətinlik çəkdiyini qeyd etməklə idianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək heç bir yerdə işləmədiyini, İnci və Arda adlı uşaqların saxlanması üçün baxım pulu daxil olmaqla cəmi 300 manat aliment ödəmək imkanının olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-İV № 684319 saylı və AZ-V № 086004 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2021-ci ildə İnci və xx.xx.2025-ci ildə Arda adlı uşaqları olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edilənləri, hər iki tərəfin mənafeyini, cavabdehin gəlirləri barədə tərəflərin sübut təqdim etmədiklərini nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü Cavabdeh İnci və Arda adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə iddianın uşağın 3 yaşına çatana qədər hər ay 100 manat tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, mülki işə baxılarkən məlum olduğu kimi tərəflərin ümumi nikahından hazırda 3 yaşına çatmamış xx.xx.2025-ci ildə anadan olmuş Arda adlı uşağı İddiaçı himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün hər ay hər uşağa görə 180 manat aliment ödəyəcəyi halda onun 50 manatdan artıq zəruri vəsaitə malik olması məhkəmə baxışında təsdiq olunmamışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü iddianın həmin hissəsinin 50 manat həcmdə təmin olunmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 124-cü maddəsinə əsasən Cavabdeh 63,20 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2021-ci ildə anadan olmuş İnci və xx.xx.2025ci ildə anadan oluş Arda adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2025-ci ildə anadan olmuş Arda adlı uşaq 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 63,20 manat dövlət rüsumu tutulsun. İddiaçı iddiasının qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar