Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1944/2025 17.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 246 manat olmaqla, cəmi 492 manat alimentin və mediyasiya xidmətinə görə ödədiyi 60 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh ilə 2025-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurduqlarını, birgə nikahlarından 2 övladlarının olduğunu, ailə münasibətlərinin pozulması səbəbindən nikahlarının Ağdam Rayon Məhkəməsinin qətnamsinə əsasən pozulduğunu və xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı övladının onun himayəsində saxlandığını, lakin sonradan barışıb bir yerdə yaşadıqları üçün alimentin tutulmasına xitam verildiyini, artıq bir ildən də artıq bir müddətdir ki, yənə də ayrıldıqlarını və bu müddət ərzində heç bir aliment tələb etmədiyini, ayrı yaşadıqları müddətdə uşaqlarına özünün baxdığını, hazirda uşaqlarının böyüdüyünü və onların təlabatlarını tək başına ödəyə bilmədiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı övladlarının saxlanması üçün aliment ödəməyə razı olduğunu, lakin İddiaçı tələb etdiyi məbləğdə alimenti ödəyə bilməyəcəyini, belə ki, onun orta məktəbdə müəllim işlədiyini və əmək haqqının 351 manat olduğunu bildirdi və qətnamə qəbul edilərkən bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağdam rayon Boyəhmədli Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV № 542822 “X4”nin surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından, xx.xx.2008-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Bərdə regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 548049 “X4”nin surətindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarına Ağdam Rayon Məhkəməsinə təqdim etmək üçün verilmiş - Ağdam rayon 2 saylı köçkün tam orta məktəbinin 30 iyun 2025-ci il tarixli, № 766 saylı arayışından görünür ki, Cavabdeh 2006-cı ildən Ağdam rayon 2 saylı köçkün tam orta məktəbində tarix müəllimi işləyir və 351 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, İddiaçı məhkəməyə 22 may 2025-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment qeyd edilən vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmsı üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli, iki uşağa ümumilikdə 1 misli həddində sabit pul məbləğində aliment 22 may 2025-ci il tarixdən hesablanılmaqla Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidır. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda cavabdeh 60 manat məbləğində mediyasiya xərci tutularaq iddiaçıya ödənilməli və 08 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmsı üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli, iki uşağa görə ümumilikdə 1 (bir) misli həddində sabit pul məbləğində aliment 22 may 2025-ci il tarixdən hesablanılmaqla Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 60 (altmış) manat məbləğində mediyasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 08 (səkkiz) manat dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1944/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1944/2025
17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver