Məhkəmə qərarları › İş №2(013)-2110/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2110/2025

20.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2110/2025 20.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının azaldılması tələbi barədə mülki işə 20 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2008-ci ildə Dərya adlı uşağı olmuşdur. Aralarında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(001)-33/2011 saylı qətnaməsi ilə pozulmuş, Dərya adlı uşaq Cavabdeh himayəsində saxlanmış və ondan 235 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Başqa nikahdan olan 3 azyaşlı uşağının tələbatlarınıda ödədiyini, 235 manat aliment ödəmək ona ciddi maliyyə çətinliyi yaratdığını qeyd etməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin azaldılaraq xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay abit pul məbləğində 110 manat alientin onda tutularaq Cavabdeh verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək başqa qadınla evləndiyini, həmin evlilikdən 3 uşağının olduğunu, Binəqədi Rayon Məhəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəək imkanı olmadığını, hazırda maddi vəziyyətinin acınacaqlı olduğunu qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(001)-2544/2024 saylı qətnaməsinin surətindən görünür ki, həmin məhkəmənin xx.xx.2011-ci il tarixli 2(001)-33/2011 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2008-ci il təvəllüdlü Dərya adlı uşağın yetkinlik yaşına çatanadək saxlaması üçün hər ay İddiaçı 235 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı iddiasının təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2544/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarında göstərilən əsaslardan heç biri mövcud deyildir. İddiaçı tələbinin təmin olunması üçün istər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normaları, istərsə də qanunvericiliyin digər normaları əsas ola bilməz. İddiaçı tələbinin təmin olunması Dərya adlı uşağın hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-2544/2024 saylı qətnaməsi çıxarıldıqdan sonra alimentin miqdarının azaldılmasına səbəb olan tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 101.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respuublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Həmin maddənin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin maddənin Vİ hissəsində qeyd olunmuşdur ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 49.2-ci maddəsinddə qeyd olunmuşdur ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 55.1-ci maddəsində göstərilmişdir ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.2-ci maddəsində göstərilmişdir ki, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının azaldılması tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar